Bazar günü günü, 15 noyabr 2026
     

Ümumdünya bakılılar günü – fərqli baxışlar, kəskin mübahisələr...

Image


Məhərrəm Zülfüqarlı: “Bu günün qeyd edilməsi Azərbaycan dövlətinə və dövlətçiliyinə təxribat sayıla bilər”
Nəzakət Məmmədova: “Hesab edirəm ki, 1 iyul “Bakılılar günü”nün qeyd edilməsi  bakılıların bağa köçmə törəni ilə bağlıdır”
Şamil Əliyev: “Təklif edirəm ki, 1 iyul “Bakılılar günü” deyil, “Bakını sevənlər günü” kimi qeyd edilsin”

 

Biz hamımız eyni bulağın gözündən su içməsək də, Vətənimiz birdir. Azərbaycan bütün dünya azərbaycanlılarının hamısının Vətənidir. Qərib ellərdə yaşayan azərbaycanlılar hər gün xəyallarında Azərbaycana - doğma, isti ana qucağına qanadlanırlar. Nə xoş hissdir, nə gözəl yaşantıdır.

Azərbaycan ünvanı və azərbaycanlı adı bizi birləşdirir və əbədiyyətə qədər bütövləşdirir. Bu bütövlüyümüz, birliyimiz zədələnməməlidir. Parçalanmamalıyıq, bizi hansısa qüvvələrin parçalamasına imkan verməməliyik. Biz xalq olaraq bütövləşməyə, birləşməyə və həmrəyliyə layiqik.

Bakı bütün Türk dünyasının görən gözü, düşünən beyni, bir sözlə, düşüncə mərkəzidir. Bakı özünü azərbaycanlı sayan, özünü bu xalqın bir parçası hesab edən insanların hər birinin qibləsidir, yönüdür.

1 iyul “Bakılılar günü” elan edilib və müxtəlif sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da bu gün münasibətilə bakılılara təbriklər ünvanlanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan təbrikdə dünyada yaşayan bütün bakılılar təbrik edilib və onlara sülh, əminamanlıq və xoşbəxt yaşamaları arzu olunub.

Bu paylaşımlar bir çox istifadəçi tərəfindən həm maraqla, həm də bir qədər anlaşılmazlıqla qarşılanıb. Hətta belə bir günün elan edilməsini tənqidlə qarşılayanlar, bunun milli birliyimizə, dövlətçilik prinsiplərinə, eləcə də azərbaycançılıq məfkurəsinə zərbə vurduğunu deyənlər də tapılıb. Bir sözlə, 1 iyul “Bakılılar günü” ilə bağlı sosial şəbəkələrdə, elektron KİV-lərdə geniş müzakirələr aparılıb. 

Bir məqamı da qeyd edək ki, baklıları təbrik edənlərdən biri də aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə olub. Tanınmış simalardan olan B.Bağırzadə bununla bağlı mətbuata bildirib ki, o bu günün hansı səbəbdən və nə zamandan keçirilməsindən xəbərsizdir: “Gördüm ki, bir çox adam bu məlumatı paylaşır, bu üzdən mən də paylaşım etdim. Özünü bakılı hiss edənləri təbrik etdim. Amma, sözün düzü, bu günün tarixi və niyə keçirilməsi ilə bağlı heç bir məlumatım yoxdur”.

Bildirdiyimiz kimi, 1 iyul “Bakılılar günü” ilə bağlı fikirlər haçalanır.

Tarix üzrə fəlsəfə doktoru, tarixçi-alim Məhərrəm Zülfüqarlı bu günün qeyd edilməsini müsbət qarşılamır. O hesab edir ki, bu, milli birliyə, dövlətçilik, azərbaycançılıq maraqlarına zidd olan tədbirdir. “Bu günün qeyd edilməsi çox xoşagəlməyən haldır. Yəni mən özüm də 50 faiz bakılıyam, yəni ana tərəfim Bakı kəndlərindəndir. Bu günün qeyd edilməsi Azərbaycan dövlətinə və dövlətçiliyinə təxribat sayıla bilər. Yadınıza gəlirsə, ölkənin rusdilli əhalisi ilə bağlı  “Belə bir millət var - bakılı” adlı film də çəkilmişdi. O filmi vaxtilə Bakıda yaşamış və sonradan köçüb getmiş ermənilər və yəhudilər ərsəyə gətirmişdilər. Yəni bir milləti parçalamaq, onu qarşı-qarşıya qoymaq adətən böyük dövlətlərin “parçala, hökmranlıq et” siyasətidir. Bu ideyanı kim ortaya atıbsa, o, birbaşa Azərbaycan dövlətinə təxribat edib” - deyə M.Zülfüqarlı bildirdi.

“Məhərrəm müəllim, bəlkə də bu aksiyaya qoşulan insanların məqsədi tamamilə başqadır. Yəni heç onlar təxribat məqsədilə bu günü qeyd etmirlər” - deyə müsahibimizdən soruşduqda, o nəzərə çatdırdı ki, təbii, əhalinin bu təxribatdan xəbəri olmaya bilər, ancaq burada maraqlı insanlar var və onlar, kortəbii olaraq, o insanların fitvasına uyurlar: “İnsanların çoxu siyasi cəhətdən savadsız olur və onlardan istifadə edirlər. Tarixən insanlar arasında nifaq ya milli, ya dini zəmində, ya da bölgələrə bölməklə salınır. Sadə insanlar heç zaman belə işlərin mahiyyətini, məqsədini bilmədən o proseslərə qoşulurlar. Elə tədbirlər xüsusilə idarə olunur. Məsələn, Sovetlər Birliyində yaşayan xalqları bir-birinə qarşı qoymaq üçün xarici ölkələrdə sovet xalqları ilə bağlı lətifələr düzəldirdilər. Bu lətifələrdə xalqların birini aşağılayır, o birini isə üstün tutur və bunu da yayırdılar. Bilirsiniz ki, elə lətifələr də tez yayılırdı. Yəni o dövrdə belə təxribatlar vardı və bu da həmin təxribatlardan biridir. Azərbaycanın xüsusi idarələri var və onlar bununla məşğul olmalıdırlar. Bu gün “Bakılılar günü” qeyd olunursa, sabah naxçıvanlılar, lənkəranlılar, qubalılar günü keçirəcəklər. O vaxt meydan hərəkatı dövründə belə bir fikir vardı: “Biz bakılı, qubalı, naxçıvanlı, lənkəranlı və s. kimi meydana gəldik, ancaq azərbaycanlı kimi çıxdıq”. O vaxt millət həqiqətən də bütövləşdi, birləşdi. Amma bu gün o bütövləşmiş milləti parçalamaqla məşğuldurlar. Bunun qarşısı alınmalıdır”.

Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, əslən bakılı olan Nəzakət Məmmədova isə hesab edir ki, 1 iyul “Bakılılar günü” xoşməramlı bir gündür. N.Məmmədovanın fikrincə, “Bakılılar günü”ndə hansısa bir siyasi motiv axtarmaq, onun milləti parçalamağa xidmət etdiyini demək olmaz. Bu günün nostalji hisslər üzərində kökləndiyini deyən N.Məmmədovanın bildirdiyinə görə, bu, əslində, azərbaycanlıların göz bəbəyi olan Bakıya ehtiramın, sevginin nümunəsidir: “Bakını ürəkdən sevirəm, hətta onun küləyini də sevirəm. Hərdən dostlara deyəndə ki, çoxdandır külək əsmir, külək üçün darıxıram, onlar mənə qəribə baxırlar. Deyirlər ki, Bakının küləyi dəhşətdir, onu sevmək olarmı?  Məncə, küləyi heç də hamı sevmir. Ancaq mən Bakını küləksiz təsəvvür edə bilmirəm. Bakını küləyi ilə, dənizi ilə, havası ilə, bir sözlə, bütün şıltaqlıqları, nənəmdən mənə keçmə adət-ənənələri ilə sevirəm. Hətta barışmadığım bəzi şeylər var ki, onlarla belə, Bakını sevirəm. Təbii ki, bəzən “bakılılar” sözü ilə barışmıram. Çünki Bakı mərkəzi bir şəhərdir. Bura, qeyri-ixtiyari olaraq, hər hansı bir bölgənin ucqar kəndindən belə insanlar can atır. Hamı burada yaşamağı, təhsil almağı, özünə iş qurmağı ürəkdən arzulayır. Mən bu baxımdan bakılılarla rayonlular arasındakı fərqi çoxdan itmiş bilirəm. Çünki Bakı çox inkişaf etdi, çox böyüdü, artıq bir meqapolisə çevrildi. Əvvəllər bakılılarla rayonlular arasında qohumlaşma prosesi böyük tərəddüdlərdən keçərdi, qohum olmaq üçün çox götür-qoy edərdilər. Ancaq bu gün o problem yoxdur. Sizinlə danışarkən 40 il əvvəlki Bakı gözlərim qarşısında canlanır. İndi o Bakı yoxdur. Şəhərimiz çox böyüyüb, gözəlləşib, amma mən o kiçik şəhərin, kiçik evlərin və o böyük ürəkli adamların həsrətini çox çəkirəm. O Bakı üçün çox darıxıram”.

“Bakılılar günü”nün keçirilməsinə xaricdə yaşayan qeyri-millətlərin də qoşulmasına gəlincə, N.Məmmədova bildirdi ki, onları qınamaq lazım deyil, çünki onlar Bakının xiffətini çəkirlər: “Mən onları qınamıram.Əgər biz burada yaşaya-yaşaya köhnə Bakı və köhnə bakılılar üçün darıxırıqsa, onların da darıxmağı təbiidir. Bu günün qeyd edilməsinin 1 iyul tarixinə salınmasını təsadüfi saymıram. Bunun öz fəlsəfəsi, anlamı var. Məncə, bu günün qeyd edilməsi bakılıların Bakı bağlarına köçməsi ənənəsi ilə bağlıdır. Bakılıların Bakı bağlarına köçməsi böyük bir etnoqrafik hadisə idi. Bağlara köç iyulun 1-nə qədər qurtarmalı idi. Biz indi bağa gedirik. O vaxtlar isə bağa köçürdülər. Siz necə ki, arandan yaylağa köçürdünüz, biz də şəhərdən bağa köçürdük. Bağa bir köç başlanardı ki, gəl görəsən. O köç böyük bir mərasim idi. Hətta belə bir maraqlı adət vardı. Hansı adamın köçü gəlirdisə, bağ qonşusu uzaqdan səslənərdi: “Ay qonşu, həmişə göy bağlarda”. Bu, insanların salamlaşması, bir-birinə “xoşgəldin” deməsi idi. Bağa köçmə mərasimi ilə bağlı o qədər maraqlı adət-ənənələr vardı ki... Mənə belə gəlir ki, bu gözəl adətlərə görə bakılılar yay mövsümü ilə əlaqədar bu adı qazana biliblər. Hesab edirəm ki, 1 iyul “Bakılılar günü”nün qeyd edilməsi də bakılıların bağa köçmə törəni ilə bağlıdır. Bu, xoşməramlı bir işdir. Bundan ehtiyatlanmaq, onda başqa bir rəng axtarmaq olmaz. 1 iyul bakılıların Bakı bağlarını nostalji hisslərlə xatırlaması deməkdir. Bakı ögey ana kimi yox, doğma ana kimi hər kəsə qucaq açdı, hamıya öz mehriban qucağında yer verdi. Bakı sakinlərinin ürəyi çox geniş olub həmişə. Baxmayaraq ki, onlar kiçik evlərdə yaşayıblar, amma o kiçik evləri özləri üçün böyük imarətlər biliblər. O evlərdə onların böyük arzuları və xeyirli əməlləri pərvazlanıb, hər kəsə oradan pay düşüb. Xaricdə yaşayan insanlar da Bakının həsrətini çəkirlər. Bakının gözəlliyi, şirinliyi bağ mövsümü ilə başlayırdı... 1 iyul “Bakılılar günü”nün qeyd edilməsi qətiyyən milli bölücülüyə gətirib çıxarmır”.

Tanınmış kinorejissor, kinossenarist, bakılı Şamil Əliyev bizimlə söhbətində bildirdi ki, hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının borcu Azərbaycanı sevmək və onun bütövlüyünü qorumaqdır. Ş.Əliyev hesab edir ki, Azərbaycanın hər bir bölgəsi bizim üçün əziz olmalıdır: “Mən “Bakılılar günü”nün mahiyyətini anlamıram. Təklif edirəm ki, 1 iyul “Bakılılar günü” kimi deyil, “Bakını sevənlər günü” kimi qeyd edilsin. Bu daha gözəl olar. Çünki biz hamımız Bakını sevirik. Bakıda Azərbaycanın bütün bölgələrindən olan insanlar yaşayırlar. Onlar heç də Bakını bakılılardan az sevmirlər. Ümumiyyətlə, belə günləri bir bayrama, milli birlik törəninə çevirməliyik. Bu günlər başqa bölgələrimizlə də bağlı qeyd edilsin. Qoy “Lənkəranı sevənlər günü”, “Qubanı, Gəncəni sevənlər günü” də keçirilsin. Bu törənlərin mahiyyətində bütövləşmə, milli birlik, dövləti, vətəni, xalqı sevmək prinsipi olsun”.

O hesab edir ki, “Bakını sevənlər günü”nü dünyanın istənilən yerində keçirmək olar və bununla ölkəmizin tarixini, dövlətçiliyini, mədəniyyətini, gözəl dəyərlərini təbliğ etmiş olarıq. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ