Bazar günü günü, 15 noyabr 2026
     

Bütün fənlər üzrə ortaq türk dili dərslikləri gündəmdə, tək tarix dərsliyi…

Image


Kamran Əsədov: “Əlbəttə, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlaması, sağlam əlaqələr qurması üçün vacib amildir”
Buludxan Xəlilov: “Mən “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslik layihələrinin hazırlanmasını təqdir edirəm”

 

Türk xalqı dünyanın ən qədim xalqlarından biri kimi böyük mədəniyyətə, tarixə malikdir. Bu gün türkdilli respublikaların hamısı ulularımızdan qalan bu tükənməz mirası böyük sevgi ilə paylaşırlar. Uzun illər Sovetlər Birliyinin tərkibində olan türkdilli respublikalar müstəqillik əldə etdikdən sonra ortaq türk dilinin formalaşdırılmasına, ortaq türk tarixi dərsliyinin yaradılmasına və s. böyük maraq göstərməyə başladılar. Məlum olduğu kimi,  “Ortaq türk tarixi” dərsliyi yazılıb və bu ildən etibarən Azərbaycan, Türkiyə və Qazaxıstanın orta məktəblərində “Ortaq türk tarixi” fənni seçməli dərs kimi tədris ediləcək.

“Ortaq türk tarixi” dərsliyindən sonra türk xalqları ilə bağlı yeni dərsliklərin yaradılması zərurəti meydana çıxıb. Məlumatlara görə, türkdilli ölkələrin şagirdləri üçün yeni ortaq dərsliklər hazırlanır.

Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev mətbuata bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının təlimatları çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin orta məktəb şagirdləri üçün “Ortaq türk tarixi” dərsliyinin proqram və layihəsi hazırlanıb. A.Keşikbayevin sözlərinə görə, Beynəlxalq Türk Akademiyası hazırda XV-XXI əsrləri əhatə edən “Ortaq türk tarixi” dərsliyinin konsepsiya və proqramını hazırlayır: “Eyni zamanda, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslik layihələri ilə də bağlı işlər davam etdirilir. “Atalar mirası” ensiklopediyası artıq onlayn rejimdə işlək vəziyyətdədir”.

“Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslik layihələrinin hazırlanmasının müsbət bir hal olduğunu qeyd edən mütəxəssislər hesab edirlər ki, bu amil türkdilli xalqların daha da yaxınlaşmasına səbəb ola biləcək.

Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlaması, sağlam əlaqələr qurması üçün vacib amildir: “Artıq bir müddətdir ki, orta məktəblərdə yeni fənn olacaq "Ortaq türk tarixi", “Ortaq türk coğrafiyası”, “Ortaq türk dili və ədəbiyyatı” dərslərinin tədrisi gündəmdədir və növbəti tədris ilindən bunun fakültətiv fənn kimi keçirilməsi nəzərdə tutulur. Həmən kitablarda türk xalqlarının ortaq tarixinin, ədəbiyyatı və coğrafiyasının bütün Türk dünyası üçün qəbul edilən bir baxış konsepsiyasında yazılması nəzərdə tutulur.

Əlbəttə, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlaması, sağlam əlaqələr qurması üçün vacib amildir”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların tamhüquqlu üzvü kimi, qonşu dövlətlərlə əlaqə quran etibarlı tərəfdaş kimi hansısa siyasi təsirə düşməməlidir. O hesab edir ki, bu addım bizimlə yaxşı münasibətləri olan slavyan və digər millətlərin nümayəndələri ilə gərginlik yarada bilər. Heç kim zəmanət verə bilməz ki, oradakı informasiyalar digər dövlətlərə və ya dövlətlər qrupuna qarşı yönəlməmiş olsun. Bu dərsliyin yazılması, istifadəyə verilməsi bir sıra ciddi problemlər yarada bilər. “Hər şeydən əvvəl türk xalqlarının tarixi və qarşılıqlı münasibətləri heç də həmişə hamar, ütülü olmayıb, enişli-yoxuşlu proseslər baş verib. Məncə, dərslik elə yazılmalıdır ki, onu oxuyanlar tarixdən ibrət alsınlar, buraxılan səhvləri təkrar etməsinlər. Tarixin XX əsrə qədər olan bütün dövrlərində türk dövlətləri bir-birilə amansız müharibələr aparıblar. Bir-birinə qarşı qanlı döyüşlər ediblər. Bunların yenidən işıqlandırılması türk dövlətləri arasında yaranmış xoş münasibətlərə xələl gətirə bilər.

Vacib bir məqamı qeyd edim ki, müstəqillik bərpa edildikdən sonra Türk dünyası tarixi istər orta, istərsə də ali məktəblərdə keçirilir. Orta məktəblərdə istifadə olunan tarix dərsliklərində geniş şəkildə Türk dünyasının bütün dövlətləri ayrıca olaraq tədris olunur. Ali məktəblərdə bu istiqamətdə kafedralar da yaradılıb. Hətta universitetlərdə ayrıca dissertasiyalar da yazılır. Azərbaycan Türk dünyasının tərkib hissəsi kimi digər dövlətlərə geniş şəkildə yer və önəm verir. Amma digər türkdilli dövlətlərdə bu məsələ hələ yox dərəcəsindədir. Yəni bizim etdiyimizin heç bir faizini bir çox türk dövləti etmir. Biz onlar haqqında, tarixləri, ədəbiyyatları, mədəniyyətləri barəsində dərsliklərimizdə, tədris proqramımızda kifayət qədər yer ayırsaq da, onlar bizə münasibətdə bunu etmirlər. Türk dünyasına daxil olan bir çox ölkənin tarix dərsliyində Azərbaycan haqqında, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında geniş məlumat yoxdur” - deyə bildirən K.Əsədov qeyd edir ki, bizim dərsliklər kifayət qədər informasiya yükünə malikdir. Bundan başqa, ölkəmizin tolerant bir dövlət kimi bütün dinlərlə, millətlərə bərabər imkanlar yaratdığını deyən K.Əsədovun sözlərinə görə, bu dərsliyin istifadəyə verilməsi dövlətin konsepsiyasına ziddir: “Düzdür, bir kökdən olan, bir dilə mənsub xalqların etnik, mədəniyyət, tarix birliyindən eyni dərəcədə xəbərdar olmasına, digər tərəfdən, keçmiş tarixin elə bir şəkildə təqdimatına ehtiyac var ki, bu xalqlar bir-birinə daha yaxın olsun, ortaq mədəniyyətin sahibləri olduqlarını bilsinlər.

Lakin burada başqa bir problem də ortaya çıxır. Belə ki, Türk dünyası irili-xırdalı 120-yə yaxın dövləti əhatə edir. Bunların ortaq dərsliyi necə, hansı həcmdə ola bilər? Bu qədər dövlətin coğrafi quruluşu, ədəbiyyatı ilə bağlı nə qədər məlumat yerləşdirmək mümkündür? Burada hər bir xalq öz səsini ucaldacaq. Onların Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında heç bir məlumatı yoxdur. Çünki həcm etibarilə o qədər materialı yerləşdirmək mümkün olmayacaq. Burada da əsas faktlar kölgədə qala bilər, ziddiyyətli məqamlar verilə bilər.

Ancaq əminəm ki, bu, fundamental bir dərslik olmayacaq. Böyük türk dövlətləri var. Onların tarixlərini hansı həcmdə təqdim etmək olar? Ona görə də bu, əsaslı yox, sadəcə, bir məlumatverici dərslik ola bilər ki, onsuz da bizim dərsliklərdə kifayət qədər məlumat verilir.

Düşünmək olar ki, belə bir dərslik türk xalqlarının bir-birinə nə qədər yaxın olduqlarını, ortaq dəyərlərinin olmasını anladacaq. Amma faydasından daha çox ziyanı ola bilər”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor, dilçi-alim Buludxan Xəlilov isə hesab edir ki, sözügedən dərsliklərin hazırlanmasının ancaq müsbət tərəfləri var, burada heç bir mənfi əlamət yoxdur: “Artıq Türk dünyası anlayır ki, ortaq dəyərlər əsasında Türk dünyasının müxtəlif sahələrini gənc nəslə öyrətmək lazımdır. Təbii ki, burada coğrafiya, dil, ədəbiyyat, tarix, mədəniyyət və s. nəzərdə tutulur. Bu işlərin həyata keçməsi üçün isə iki böyük türk dövlətinin - Türkiyə Cümhuriyyətinin və Azərbaycanın bu işə qoşulması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan tarix boyu türkoloji düşüncənin beşiyi, mərkəzi olub. Türkiyə isə həm dövlətçilikdə, həm iqtisadiyyatda,  həm siyasətdə, mədəniyyətdə, təhsildə çox böyük nailiyyətlər əldə edib. Bu baxımdan, hesab edirəm ki, nəzərdə tutulan dərsliklərin hazırlanmasında bu iki ölkə daha aktiv olmalıdır. Mən “Ortaq türk tarixi” dərsliyinin yazılmasını və tədrisini alqışlayıram. Çünki bizim gənclər ortaq türk tarixini dərindən öyrənəcəklər. Bununla yanaşı, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslik layihələrinin hazırlanmasını da təqdir edirəm. Gənclik ortaq türk ədəbiyyatından, ortaq türk coğrafiyasından və s. kifayət qədər məlumatsızdır. Bu da nəyi göstərir? Onu göstərir ki, biz bu gün Türk dünyasının birləşməsindən danışırıq. Əgər gənclik ortaq türk ədəbiyyatını, tarixini, coğrafiyasını yaxşı bilmirsə, onların birləşməsi çox müşkül olacaq. Ortaq türk dili məsələsini gündəmə gətiririk. Deyim ki, dilin birləşdirici xüsusiyyətləri çoxdur. Ancaq dil ortaq ədəbiyyatı, ortaq tarixi, ortaq coğrafiyanı, ortaq mədəniyyəti öyrənməklə birləşir. Bu amillər, qeyri-ixtiyari olaraq, ortaq dilin işləkliyinə gətirib çıxaracaq, ortaq dilin leksik fondunu da formalaşdıracaq. Bu da dünyada yaşayan 250 milyonluq türk xalqının birləşməsinə, türk dilinin beynəlxalq dillərdən biri kimi status almasına səbəb olacaq. Bütün bunlar isə ortaq dəyərlərimizi öyrənməkdən keçir. Açığını deyim ki, biz ortaq dəyərlərimizi öyrənmək işində çox geridə qalmışıq”.

B.Xəlilovun sözlərinə görə, Avropa ölkələri bizimlə bağlı maraqlarımıza zidd siyasət aparırlar. Onun dediyinə görə, Avropa ölkələri bizə qarşı müstəmləkəçilik siyasəti yürüdür və çalışırlar ki, harada bir boşluq varsa, ondan öz maraqlarına uyğun şəkildə istifadə etsinlər.

“Bu dövlətlər bizə qarşı tərksilah siyasəti həyata keçirirlər. Bu ondan ibarətdir ki, onlar Türk dünyasının siyasi, iqtisadi, hərbi, elmi nüfuzunun artmasını qısqanclıqla qarşılayırlar. Qısqanırlar ki, dünyada türk dövlətlərinin nüfuzunun artması onların meydanını daraldır. Bu siyasət zaman-zaman olub. Biz bunun qarşısını almaq üçün ortaq türk dəyərlərini öyrənməklə Türk dünyası ilə daha sıx birləşməliyik. Bu da gəncliyin üzərinə çox böyük bir yük qoyur. Bu birləşdiricilik məsələsində gənc nəsil aktiv olmalıdır. Orta və yaşlı nəsil isə ideoloq rolu oynamalıdır. Bu layihənin mükəmməl şəkildə işlənməsi üçün onlar fəaliyyət göstərməli, ancaq bu işə əsasən gəncləri yönəltməlidirlər. Bu baxımdan da ictimai əsaslarla, ya başqa vasitələrlə orta məktəblərdə “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslikləri tədris edilməlidir ki, gənclər ortaq dəyərlərdən xəbərdar olsunlar. Təbii ki, milli dəyərlər daha vacibdir. Ancaq milli dəyərlərə qədərki ortaq dəyərlərimiz də mütləq şəkildə öyrənilməli və təbliğ edilməlidir” - deyə bildirən B.Xəlilovun sözlərinə görə, bu gün Türk dünyasının ortaq dəyərlərlə bağlı maariflənməsinə, bilgi əldə etməsinə çox böyük ehtiyac var.

Bu məsələdə Türkiyə və Azərbaycanın başqa türkdilli respublikalarla müqayisədə nisbətən irəlidə olduğunu qeyd edən professor Xəlilov hesab edir ki, digər türkdilli respublikaların da ortaq dəyərlərimiz haqqında bilgilərə sahib olması vacibdir. “Orta Asiya türkləri də, Rusiyada yaşayan türklər də bu sahədə çox geridədirlər. Bu gün Tatarıstanda, Başqırdıstanda, Sibirdə yaşayan türkdilli xalqlar bu sahədə tamamilə məlumatsızdırlar. Bu gün ortaq türk dəyərləri ilə bağlı layihələrin həyata keçirilməsu zamanın tələbidir. Əks təqdirdə Avropa Türk dünyasını öz əlinə almağa çalışacaq. Etiraf edək ki, bu gün dünyanın siyasi mənzərəsində ən çox gündəmdə olan məsələ Türk dünyasıdır. Ona görə də biz bu səhnədə öz yerimizi tutmaq üçün ortaq dəyərlərlə bağlı dərsliklərin hazırlanması işini genişləndirməli, kitablar, vəsitlər hazırlamalıyıq” - deyə bildirən B.Xəlilov qeyd edir ki, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası”, “Atalar mirası” dərslik layihələrinin hazırlanması, onların daha mükəmməl olması işində çox yüksək səviyyəli mütəxəssislər çalışmalıdırlar. B.Xəlilov təklif edir ki, bu layihələr hazır olduqdan sonra daha da cilalanması, mükəmməlləşdirilməsi üçün türkdilli ölkələrdə ictimai müzakirəyə təqdim edilsin.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ