Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan “Azercell” 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir. Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir.
Təsadüfi deyil ki, “Azercell” 2017-ci ilin ikinci rübündə də rəsmi “Facebook” səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə “Azercell” növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.
Regionda ilk dəfə olaraq məhz “Azercell” öz “Facebook” səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırır və vaxtlarına qənaət etmiş olurlar.
“Azercell” bu uğuru “Twitter“sosial şəbəkəsində də təkrarlayıb və 2017-ci ilin ikinci rübü üçün 81% nəticə ilə bütün rəqiblərini geridə qoyub. Azərbaycanda mobil operatorlar arasında yalnız “Azercell” bu uğura imza atıb. Məlumat üçün bildirək ki, şirkət ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə “Twitter” rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda “Azercell”in “Twitter”də 110 000 artıq izləyicisi var və bu göstəriciyə görə də “Azercell” Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.