Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda görüş keçirilib.
Nəsimi RİH İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Nəsimi rayon icra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün respublikamızda əsası ulu ondər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
Gülarə Verdiyeva bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. O, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açıb.
Tədbirdə daha sonra çıxış edən Bakı Şəhər Icra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova bildirib ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir. O deyib ki, qadınlarımızn mötəbər qurumlarda təmsil olunması bizim üçün böyük fəxrdir.
Daha sonra Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qadınların hüquqlarının qorunmasında, qadınların məşğulluq, sağlamlıq və sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkim müavini Məhəbbət İbrahimova da çıxışlarında Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailərinə olan xüsusi diqqət və qayğısindan ətraflı söz açaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib. Görüşün sonunda Nəsimi rayon qadınları adından Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlanıb.
Baki-xeber.com