Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ba­ha­rın sək­sən anı... Fər­man İs­ma­yı­lov...

Image


De­yir­lər ki, iki­ni iki­yə vu­ran­da ca­vab­da dörd alı­nır­sa, bu, ri­ya­ziy­yat­dır. İki də­fə iki be­şə bə­ra­bər olar­sa, bu, ədə­biy­yat­dır. Əgər hə­min vur­ma əmə­li­nin ca­va­bı da­ha bö­yük rə­qə­mə bə­ra­bər olar­sa, de­mə­li, bu, hə­yat­dır. Hə­ya­tın ya­ra­nı­şı, in­sa­nın var­lı­ğı, duy­ğu­la­rı, fi­kir və dü­şün­cə­lə­ri ta­rix bo­yu dər­ke­dil­məz­dən dər­ke­di­lə­nə doğ­ru mü­əy­yən mə­sa­fə qət edib. Bu mə­sa­fə­ni uzaq­gö­rən­lik­lə an­la­maq, ba­şa düş­mək üçün­sə elm ya­ra­nıb və bu el­mə fəl­sə­fə adı­nı ve­rib­lər. Bu adın mə­na­sı ilə ilk ta­nış­lı­ğı­mı be­lə xa­tır­la­yı­ram.

1988-ci ilin sentyabr ayı idi. Azər­bay­ca­nın ilk və ən qə­dim ali mək­tə­bi­nin - BDU-nun fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin II kur­sun­da oxu­yur­dum. Üçün­cü se­mestrdən bi­zə fəl­sə­fə fən­ni təd­ris olu­na­caq­dı. Adı be­lə qor­xu və təş­viş ya­ra­dan bu el­min əsas­la­rı­nın, ma­hiy­yə­ti­nin dər­ki pro­se­si biz tə­lə­bə­lər üçün ağ­la­sığ­maz gö­rü­nür­dü. Biz di­li və ədə­biy­ya­tı se­vir­dik, ta­ri­xi xoş­la­yır­dıq, pe­da­qo­gi­ka­nı öy­rən­mə­li idik, fəl­sə­fə­ni isə... Qə­ti şə­kil­də əmin idik, bu se­mestr əla­çı ola bil­mə­yə­cə­yik. Fəl­sə­fə və onu təd­ris edən fi­lo­sof bu­na im­kan ver­mə­yə­cək...

Bir ne­çə gün keç­miş­di. Dü­şün­cə­lə­ri­miz­də ya­nıl­mış ol­du­ğu­mu­zu eti­raf edir­dik. Fəl­sə­fə asan de­yil­di, an­caq fi­lo­sof öz fən­ni­ni gö­zəl bi­lir və bu el­mi xü­su­si mə­ha­rət­lə - sə­lis nitq, gö­zəl pa­fos­lu da­nı­şıq tər­zi, el­mi də­lil­lər, an­la­şıq­lı ifa­də­lər­lə izah edir, gö­zü­müz önün­də hik­mət də­ni­zi­nin son­suz­lu­ğu­nu, ən­gin­lik və əs­ra­rəngsiz­li­yi­ni alim­lə­rin heç də ha­mı­sı­na xas ol­ma­yan bir tərzdə ay­dın­laş­dı­rır, şərh edir, ba­şa sa­lır­dı.

İlk cüm­lə­lər xü­su­si əhə­miy­yə­tə ma­lik idi: "Fəl­sə­fə" sö­zü yu­nan­ca "fi­lo­so­fi­ya" sö­zün­dən olub, or­ta əsr Şərq alim­lə­ri­nin ərəb di­li­nə uy­ğun şə­kil­də tə­ləf­fü­zü nə­ti­cə­sin­də ya­ra­nıb. "Fi­lo" sev­mək, "so­fi­ya" hik­mət mə­na­la­rı­nı ifa­də edir, hik­mə­ti se­vi­rəm mə­na­sı­nı ve­rir. İl­kin fəl­sə­fi gö­rüş­lər Şərq dün­ya­sı­na məx­sus ol­du­ğu hal­da, sis­tem­li bir elm ki­mi fəl­sə­fə ilk də­fə Yu­na­nıs­tan­da öy­rə­ni­lib. Bu sö­zü ter­min ki­mi ilk də­fə Pi­fa­qor iş­lə­dib, özü­nü "fi­lo­sof" ad­lan­dı­rıb: "Mən öz ye­ri­mi bi­li­rəm. Bi­li­rəm ki, hik­mət yal­nız Tan­rı bi­li­yi­dir və mən­də ola bil­məz. Mən an­caq hik­mə­ti se­və bi­lə­rəm", - de­yib. Fəl­sə­fə­ni elm ki­mi ilk də­fə Pla­ton fərqlən­di­rib. Və be­lə­lik­lə, Fər­man İs­ma­yı­lo­vun mü­ha­zi­rə­lə­ri biz tə­lə­bə­lə­rin dün­ya fəl­sə­fə el­mi ilə ilk ta­nış­lı­ğı­na və­si­lə ol­du.

Bir ne­çə gün əv­vəl çox hör­mət­li mü­əl­li­mim­lə - pro­fes­sor F.İs­ma­yı­lov­la gö­rüş­düm. Fər­man mü­əl­lim ilk də­fə 28 il əv­vəl gör­dü­yüm hə­min in­san idi. Şux qa­mə­ti, sə­li­qə­li qi­ya­fə­ti, nə­cib gü­lü­şü, mə­sum və qə­tiy­yət­li gör­kə­mi, aris­tok­rat rəf­ta­rı, fit­ri mə­də­niy­yə­ti və çox yük­sək nə­za­kə­ti ilə 80 ya­şın müd­rik­li­yi­ni və hə­mi­şə­ca­van, sağ­lam ru­hun vəh­də­ti­ni özün­də cəm­ləş­di­rən əsl mü­əl­lim, əsl zi­ya­lı, əsl şəx­siy­yət idi mə­nim mü­əl­li­mim. Uzaq keç­miş­dən ya­xın gə­lə­cə­yə uza­nan xa­ti­rə­lə­rin tə­si­ri ilə bu gö­zəl in­san­dan məs­lə­hət al­ma­lı idim. Haq­qın­da mə­ru­zə edə­cə­yi­mi de­dim. Mən nə et­mə­li ol­du­ğu­mu ar­tıq bi­lir­dim. Am­ma Fər­man mü­əl­lim R.Rza­dan iki mis­ra söy­lə­di və hər şey mə­nə ay­dın ol­du. Bu, Fər­man mü­əl­lim sa­ya­ğı xoş və mə­də­ni xə­bər­dar­lıq idi. Bə­dii və ob­raz­lı tə­fək­kü­rü­mün ar­dı­na dü­şüb ge­də bil­məz­dim, yal­nız el­mi və la­ko­nik cüm­lə­lər­lə, tə­rif­dən uzaq, konkret və yığ­cam da­nış­ma­lı, pə­rəs­tiş et­di­yim mü­əl­li­mim haq­qın­da mü­ba­li­ğə­lər­dən qaç­ma­lı idim.

Əziz fi­lo­sof, po­e­zi­ya­nı, şe­i­riy­yə­ti mən­dən az bil­mir­si­niz. Yax­şı­nı de­mək, yax­şı­lı­ğı, xe­yir­xah­lı­ğı təb­liğ et­mək la­zım­dır. Mə­sə­lə­yə Fü­zu­li­ya­nə ya­naş­saq, if­rat­dan və təf­rit­dən qa­ça­ca­ğam. Əli Kə­ri­min tə­bi­rin­cə, pi­sə yax­şı, yax­şı­ya pis də de­mə­yə­cə­yəm. Yal­nız öz gör­dü­yü­mü, hiss et­di­yi­mi və şa­hi­di ol­du­ğu­mu da­nı­şa­ca­ğam. Elə ona gö­rə də pro­fes­sor F.İs­ma­yı­lo­vun el­mi tər­cü­me­yi-ha­lı ilə oxu­cu­la­rı­mı ta­nış et­mək is­tə­yi­rəm.

F.İs­ma­yı­lov 1936-cı il­də Şə­ki ra­yo­nu­nun Baş Göy­nük kən­din­də ana­dan olub. Or­ta təh­si­li­ni Baş Göy­nük kən­din­də­ki Gü­la­rə Göy­lü­qı­zı adı­na mək­təb­də alıb. 1956-cı il­də M.F.Axun­dov adı­na Azər­bay­can Pe­da­qo­ji Dil­lər İnsti­tu­tu­nun in­gi­lis di­li fa­kül­tə­si­nə qə­bul olu­nub, 1962-ci il­də ora­nı fərqlən­mə dip­lo­mu ilə bi­ti­rib. Tə­lə­bə ikən nü­mu­nə­vi dav­ra­nı­şı­na və təh­sil­də qa­zan­dı­ğı uğur­la­ra gö­rə həm Le­nin, həm də Sta­lin tə­qa­üd­çü­sü olub. Ali mək­tə­bi bi­tir­dik­dən son­ra El­mi Şu­ra­nın qə­ra­rı ilə "İn­gi­lis di­li­nin qram­ma­ti­ka­sı" ka­fed­ra­sın­da mü­əl­lim sax­la­nıb, 1962-1966-cı il­lər­də hə­min ka­fed­ra­da mü­əl­lim, baş mü­əl­lim iş­lə­yib. 1965-ci il­də EA-nın Fəl­sə­fə və Hü­quq İnsti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na qə­bul olu­nub. Təh­si­li­ni Tbi­li­si və Moskva şə­hər­lə­rin­də da­vam et­di­rib. Gür­cüs­tan Elmlər Aka­de­mi­ya­sı Fəl­sə­fə İnsti­tu­tu­nun şö­bə mü­di­ri məş­hur fi­lo­sof A.F.Be­qi­aş­vi­li­nin rəh­bər­li­yi al­tın­da mü­a­sir Qərb fəl­sə­fə­si üz­rə ix­ti­sas­la­nıb. Moskva­da təh­sil alar­kən fi­lo­sof Narski­nin tə­lə­bə­si olub. F.İs­ma­yı­lov 1970-ci il­də Azər­bay­can Elmlər Aka­de­mi­ya­sı­nın Fəl­sə­fə və Hü­quq İnsti­tu­tu­nun El­mi Şu­ra­sın­da mü­a­sir Qərb fəl­sə­fə­si üz­rə "Fəl­sə­fə və ali dil" (Linqvis­tik ana­liz fəl­sə­fə­si­nin me­to­do­lo­ji prin­sip­lə­ri­nin tən­qi­di)" möv­zu­sun­da na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı mü­da­fiə edib. Hə­min dis­ser­ta­si­ya Azər­bay­can­da XX əsr Qərb fəl­sə­fə­si ta­ri­xi­nə həsr edil­miş ilk el­mi əsər­dir. Fəl­sə­fə­nin mü­a­sir dün­ya el­mi­nə bəxş et­di­yi ye­ni­lik­lər, mü­la­hi­zə­lər gənc ali­mə bu təd­qi­qa­tı da­vam­lı ola­raq araş­dır­maq üçün sti­mul ve­rir­di. Di­gər tə­rəf­dən, in­gi­lis və rus dil­lə­ri­ni mü­kəm­məl bil­mə­si dün­ya fəl­sə­fə el­mi­ni araş­dır­maq, təd­qiq və təh­lil et­mək üçün onun qar­şı­sın­da ye­ni sə­hi­fə­lər açır­dı. 1972-ci il­də isə ar­tıq "İd­rak nə­zə­riy­yə­si və linqvis­tik ana­liz" möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı Tbi­li­si Döv­lət Uni­ver­si­te­ti­nin El­mi Şu­ra­sın­da təs­diq edi­lib. An­caq mü­əl­lim hər gün ye­ni-ye­ni qə­na­ət­lə­ri və dü­şün­cə­lə­ri ilə bu möv­zu­nu da­ha mü­kəm­məl, an­la­şıq­lı və el­mi şə­kil­də ye­ni­dən iş­lə­yir, təd­qiq edir­di.

1970-75 il­lər­də F.İs­ma­yı­lov Axun­dov adı­na AP­Dİ-nin par­ti­ya ko­mi­tə­si­nə sədrlik et­miş, ey­ni za­man­da fəl­sə­fə ka­fed­ra­sı­nın do­sen­ti ki­mi fə­a­liy­yət gös­tə­rib. F.İs­ma­yı­lov iki də­fə Nə­si­mi Ra­yon So­ve­ti­nin de­pu­ta­tı se­çi­lib. 1974-1976-cı il­lər­də baş el­mi iş­çi ki­mi Moskva­ya ezam edi­lib.

1977-ci il­dən F.İs­ma­yı­lov el­mi və pe­da­qo­ji fə­a­liy­yə­ti­ni BDU-da da­vam et­dir­mə­yə baş­la­yıb. 1977-1991-ci il­lər­də BDU-nun fəl­sə­fə ka­fed­ra­sı­nın do­sen­ti və­zi­fə­sin­də ça­lı­şıb, min­lər­lə tə­lə­bə­yə fəl­sə­fə el­mi­nin əsas­la­rı­nı öy­rə­dib.

1991-ci il­də BDU-nun Şə­ki fi­li­a­lı­na di­rek­tor tə­yin edi­lib. Hə­ya­tı­nın on ili­ni doğ­ma şə­hə­ri­nin el­mi yük­sə­li­şi­nə həsr edib, 90-cı il­lə­rin çox çə­tin ta­ri­xi şə­ra­i­tin­də müs­tə­qil­li­yi­ni ye­ni­dən qa­za­nan gənc res­pub­li­ka­nın təş­kil olun­ma­sı­na öz gər­gin əmə­yi, ça­lış­qan­lı­ğı, məq­səd­yön­lü­lü­yü və vic­da­nı ilə xid­mət et­mə­yə sə­fər­bər olub, əya­lət­də ali mək­təb fi­li­a­lı­nın açıl­ma­sı və fə­a­liy­yə­ti üçün əlin­dən gə­lən hər şe­yi edib. BDU-nun Şə­ki fi­li­a­lı ya­ran­dı­ğı gün­dən F.İs­ma­yı­lov onun di­rek­to­ru və ey­ni za­man­da hu­ma­ni­tar elmlər ka­fed­ra­sı­nın mü­di­ri olub.

1996-cı ilin iyu­nun­da Azər­bay­can Res­pub­li­ka­sı Elmlər Aka­de­mi­ya­sı­nın Fəl­sə­fə və Hü­quq İnsti­tu­tu­nun nəz­din­də­ki İx­ti­sas­laş­dı­rıl­mış El­mi Şu­ra F.İs­ma­yı­lo­va dis­ser­ta­si­ya mü­da­fiə et­mə­dən fəl­sə­fə elmlə­ri dok­to­ru alim­lik də­rə­cə­si ve­ril­mə­si haq­qın­da yek­dil­lik­lə qə­rar qə­bul edib. Bu, Azər­bay­can el­mi ta­ri­xin­də baş ve­rən ikin­ci bö­yük ha­di­sə idi. Ke­çən əs­rin 30-cu il­lə­rin­də yal­nız fi­lo­sof Hey­dər Hü­sey­no­va gös­tə­ri­lən bu eti­mad təx­mi­nən 60 il son­ra fi­lo­sof F.İs­ma­yı­lo­va mü­yəs­sər olub. Bu qə­rar da Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı tə­rə­fin­dən təs­diq edi­lib.

"İd­rak nə­zə­riy­yə­si və linqvis­tik ana­liz" ad­lı qiy­mət­li ki­tab mü­da­fiə şu­ra­sı­nın qə­ra­rın­dan son­ra çap­dan çı­xıb. Bir fak­tı xü­su­si­lə qeyd et­mək is­tə­yi­rəm ki, F.İs­ma­yı­lo­va dok­tor­luq el­mi də­rə­cə­si dis­ser­ta­si­ya­ya gö­rə yox, hə­min əsər­lə­rin əsa­sın­da da­ya­nan kon­sep­si­ya­ya gö­rə ve­ri­lib.

1997-ci ilin ma­yın­da BDU-nun bö­yük El­mi Şu­ra­sın­da, ha­be­lə fi­li­a­lın nəz­din­də fə­a­liy­yət gös­tə­rən Na­mi­zəd­lik Mü­da­fi­ə­si üz­rə İx­ti­sas­laş­dı­rıl­mış El­mi Şu­ra­nın üz­vü, fi­li­a­lın El­mi Şu­ra­sı­nın səd­ri olub. 1997-ci il­dən BDU-nun pro­fes­so­ru­dur.

F.İs­ma­yı­lov Azər­bay­can­da Qərb fəl­sə­fə­si üz­rə ilk mü­tə­xəs­sis, mü­a­sir Qərb fəl­sə­fə­si üz­rə ilk elmlər dok­to­ru­dur.

Pro­fes­sor 1999-cu il­də İs­tan­bul Uni­ver­si­te­tin­də üç ay­lıq ya­ra­dı­cı­lıq mə­zu­niy­yə­tin­də olub, Mər­mə­rə və Bey­kənd uni­ver­si­tet­lə­rin­də mü­ha­zi­rə­lər­lə çı­xış edib, pro­fes­sor-mü­əl­lim və tə­lə­bə he­yə­ti­nin rəğ­bət və hör­mə­ti­ni qa­za­nıb.

2011-ci il­də döv­rü­mü­zün fəl­sə­fə ta­ri­xi el­mi­nin gör­kəm­li təd­qi­qat­çı­sı, bu el­min Azər­bay­can­da təd­ris və təb­li­ğin­də əvəz­siz ro­lu olan fəl­sə­fə elmlə­ri dok­to­ru, pro­fes­sor F.İs­ma­yı­lo­vun "Se­çil­miş əsər­lə­ri­nin VI cildli­yi" Ba­kı­da "Oğuz eli" nəş­riy­ya­tın­da çap­dan çı­xıb. "Se­çil­miş əsər­lə­ri" gör­kəm­li ali­min bu vax­ta qə­dər yaz­dı­ğı əsər­lə­rin heç də ha­mı­sı­nı əha­tə et­mir.

2012-ci il­də fi­lo­sof hu­ma­ni­tar elmlər üz­rə "İlin ali­mi" elan olu­nub. Pro­fes­sor 20-dən çox iri­həcmli mo­noq­ra­fi­ya­nın, çox­lu say­da el­mi mə­qa­lə­nin mü­əl­li­fi­dir. O, "Mü­a­sir po­zi­ti­vizm", "An­ti­kom­mu­nizm və in­san prob­le­mi", "Mü­a­sir bur­jua fəl­sə­fə­si­nin böh­ra­nı (Ne­o­po­zi­ti­vizm və Ek­zis­ten­si­a­lizm), "Mü­a­sir Qərb fəl­sə­fə­si", "XX əsr fəl­sə­fə­si­nə da­ir oçerklər", "Ziq­mund Freyd", "İn­san və dün­ya", "İd­rak nə­zə­riy­yə­si və linqvis­tik ana­liz", "XX əsr Qərb fəl­sə­fə­si ta­ri­xi (II cilddə) "Di­lin me­ta­fi­zi­ka­sı", "Klas­sik psi­xo­a­na­li­zin əsas­la­rı", "Re­ne De­kart", "İn­san "mə­ni"nin fe­no­me­no­lo­gi­ya­sı, "Mü­qəd­dəs od, ya­xud fəl­sə­fə­nin fəl­sə­fə­si" əsər­lə­ri­nin mü­əl­li­fi­dir. Hə­min əsər­lə­rin ana xət­ti­ni bü­tün dövrlə­rin fəl­sə­fə­si tə­fək­kü­rü­nün mə­hək da­şı he­sab olu­nan me­to­do­lo­gi­ya təş­kil edir. Fəl­sə­fə­nin əsas su­al­la­rın­dan bi­ri ki­mi in­san nə ba­rə­də dü­şü­nə bi­lər, nə ba­rə­də dü­şü­nə bil­məz - nə mə­na­da mə­na­lı da­nış­maq olar, nə­yin ab­surd ol­du­ğu­nu dərk et­dik­dən son­ra sus­maq la­zım­dır. Söh­bət ana­li­tik fəl­sə­fə­də tə­fək­kür və di­lin məh­sul­dar fə­a­liy­yə­ti­nin hü­dud­la­rı­nın mü­əy­yən edil­mə­sin­dən ge­dir.

Mü­əl­lif hər şey­dən əv­vəl Azər­bay­can oxu­cu­su­nu Qərb fəl­sə­fə­si­nin əsas cə­rə­yan­la­rı ilə ta­nış edir; bu­ra­da ne­o­po­zi­ti­vizm, ek­zis­ten­si­a­lizm, ne­o­to­mizm, linqvis­tik ana­liz ki­mi fəl­sə­fi tə­lim­lə­rin tən­qi­di şər­hi ve­ri­lir. Bu əsər­lər­də ağ­la­sı­ğan­lıq və ağ­la­sığ­maz­lıq, mə­na­lı­lıq və mə­na­sız­lıq prob­le­mi əsas apa­rı­cı möv­qe tu­tur. Mu­run, Ras­se­lin, Vittqeynştey­nin, Ray­lın, Viz­do­mun, Hay­deq­qe­rin, Yas­per­sin, Sartrın, ne­o­to­mistlə­rin ba­xış­la­rı ilə oxu­cu­la­rı ta­nış edir. Fi­lo­so­fun iza­hı­na gö­rə, əgər sağ­lam fi­kir fəl­sə­fə­si­nin ba­ni­si C.E.Mur üçün ağ­la­sı­ğan­lıq və mə­na­lı­lıq adi di­lin, sağ­lam fik­rin hü­dud­la­rı­dır­sa, Ras­sel üçün bu ağ­la­sı­ğan­lı­lı­ğın və mə­na­lı­lı­ğın hü­dud­la­rı­nı ri­ya­ziy­yat, ri­ya­zi pa­ra­diq­ma mü­əy­yən edir. Ana­li­tik fi­lo­sof­lar elə hə­min pa­ra­diq­ma­ya apel­ya­si­ya va­si­tə­si­lə fəl­sə­fə­də in­qi­lab et­mək, onu tə­bi­ət elmlə­ri ki­mi məh­sul­dar et­mək niy­yə­ti­ni gü­dür­lər. Ey­ni məq­sə­də il­kin Vittqenşteyn can atır­dı. La­kin onun üçün ar­tıq ri­ya­ziy­yat de­yil, ge­o­met­ri­ya ağ­la­sı­ğan­lı­ğın və mə­na­lı­lı­ğın pa­ra­diq­ma­sı ki­mi çı­xış edir. Be­lə­lik­lə, "ağ­la­sı­ğan mə­na­lı nə­dir?" su­a­lı­na ne­o­po­zi­ti­vistlə­rin ca­va­bı be­lə­dir: məz­mu­nu hiss üzvlə­ri­lə yox­la­na bi­lən mü­la­hi­zə mə­na­lı və ağ­la­ba­tan­dır. F.İs­ma­yı­lov ne­o­po­zi­ti­viz­min bu bö­yük nü­ma­yə­də­si­nin fi­kir­lə­ri­ni izah edə­rək həm də mü­a­sir Qərb fəl­sə­fə­si­nin ge­ne­zi­si mə­sə­lə­lə­ri­nə mü­na­si­bə­ti­ni "Fren­ses Be­kon", "Re­ne De­kart" mo­noq­ra­fi­ya­la­rın­da şərh edir. De­mə­li, mü­a­sir Qərb fəl­sə­fə­si­nin ge­ne­zi­si­nin əsa­sın­da da çox ay­dın ol­ma­sa da, ağ­la­sı­ğan­lıq və mə­na­lı­lıq prob­le­mi ya­tır. Be­kon üçün bu pa­ra­diq­ma­nı tac­rü­bə, De­kart üçün zə­ka təş­kil edir.

F.İs­ma­yı­lov Qərb fəl­sə­fə­si­nin D.Mur­dan B.Ras­se­lə, C.Rayldan Vit­qenştey­nə, De­kat­dan Be­ko­na, Yum­dan Krey­ke­ho­ra, mü­a­sir Qərb fəl­sə­fi fik­ri­nin fəl­sə­fə­dən ədə­biy­ya­ta, ri­ya­ziy­yat­dan in­cə­sə­nə­tə, linqvis­ti­ka­dan tə­bi­ət­şü­nas­lı­ğa qə­dər bü­tün sa­hə­lə­ri­ni əha­tə edən dər­ki mü­rək­kəb "izm"lə­rin - ne­o­po­zi­ti­viz­mi, ni­hi­liz­mi, praq­ma­tiz­mi, empri­ok­ri­ti­siz­mi, per­so­na­liz­mi, ek­sis­ten­si­a­liz­mi Azər­bay­can zi­ya­lı­sı­na, ali­mi­nə, tə­lə­bə­si­nə, və­tən­da­şı­na izah edir, təh­lil edir, el­mi araş­dır­ma­lar apa­rır.

F.İs­ma­yı­lo­vun əsər­lə­ri ABŞ-da, İn­gil­tə­rə­də, İran­da da nəşr edi­lib. O, uzun il­lər­dir İran­da nəşr olu­nan "Fəl­sə­fə və psi­xo­lo­gi­ya" jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü­dür.

Təh­sil və el­mi fə­a­liy­yə­tin­də­ki uğur­la­rı­na gö­rə o, də­fə­lər­lə Təh­sil Na­zir­li­yi­nin, BDU-nun "Fəx­ri fər­man"la­rı, "Ali mək­təb əla­çı­sı" döş ni­şa­nı ilə təl­tif olu­nub. F.İs­ma­yı­lov AP­DİA-da fə­a­liy­yət gös­tə­rən dok­tor­luq dis­ser­ta­si­ya­sı üz­rə Mü­da­fiə Şu­ra­sı­nın üz­vü­dür.

Öl­kə­miz­də yük­sək ix­ti­sas­lı kadrla­rın ha­zır­lan­ma­sın­da onun əmə­yi bö­yük­dür. AMEA-nın fəl­sə­fə ta­ri­xi şö­bə­si­nin və elə­cə də hu­ma­ni­tar elmlər üz­rə fəl­sə­fə ka­fed­ra­sı­nın ma­gistr, as­pi­rant, dok­to­rant və dis­ser­tantla­rı­na, o cüm­lə­dən xa­ri­ci öl­kə və­tən­daş­la­rı­na el­mi rəh­bər­lik edir və et­mək­də­dir.

Fər­man mü­əl­lim yal­nız gör­kəm­li fi­lo­sof, pro­fes­sor de­yil, o həm də dil­çi və linqvistdir, na­tiq­dir. Qərb fi­lo­sof­la­rı­nın el­mi təd­qi­qat­la­rı­nı on­la­rın öz dil­lə­rin­də - in­gi­lis və rus dil­lə­rin­də ori­ji­nal­dan oxu­ya­raq təd­qiq edir. O, dil­çi-fi­lo­sof, əda­biy­yat­çı-alim, mü­əl­lim-na­tiq, rəh­bər və iş­çi­dir. Au­di­to­ri­ya­da aka­de­mik na­tiq­li­yin bü­tün prin­sip­lə­ri­nə əməl edən bu in­san yük­sək zə­ka sa­hi­bi, us­tad-mü­əl­lim, pe­da­qoq-alim­dir. Düz­gün, də­qiq və gö­zəl nit­qə ma­lik­dir, au­di­to­ri­ya­nın sə­viy­yə­si­ni nə­zə­rə al­maq, nit­qi­ni bu amplu­a­da qur­maq işin­də pe­şə­kar­dır. Nit­qin in­to­na­si­ya­sı və rit­mi, jest və mi­mi­ka­la­rın öl­çü­lü şə­kil­də is­ti­fa­də­si, möv­zu­nun ma­hiy­yə­ti və mət­lə­bin iza­hın­da tə­fər­rü­at­dan, yer­siz uzun­çu­luq­dan is­ti­fa­də onun nit­qi­nə yad­dır. Mü­kəm­məl­li­yi ilə sa­də, sə­mi­mi­li­yi ilə bən­zər­siz­dir. İn­di­ki ya­şın­da be­lə ru­hən çox-çox gəncdir. İs­tə­ni­lən mə­sə­lə­də in­sa­na təm­kin, an­la­yış və nə­za­kət gös­tə­rə bi­lir. Ömər Xəy­yam­dan Hö­te­yə qə­dər Şərq-Qərb fəl­sə­fi po­e­zi­ya­sı­nı mü­kəm­məl bi­lir. Qərblə Şər­qin ara­sın­da fəl­sə­fi kör­pü sa­la­raq ora­dan qərbli qi­ya­fə­sin­də müd­rik şərqli­sa­ya­ğı ad­dım­la­yır.

Yo­lu­nuz açıq ol­sun, gö­zəl mü­əl­lim və əziz in­san. Si­zə sağ­lam ömür, ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu edi­rik.

İla­hə Sü­ley­ma­no­va,

Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti

Şə­ki fi­li­a­lı­nın baş mü­əl­li­mi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ