Cümə axşamı günü, 01 oktyabr 2026
     

AMEA orta məktəb dərsliklərini sərt tənqid, dilin tələblərini pozanları cəzalandırmağı təklif etdi

Image


Azərbaycan ədəbi dilinin tələblərini pozanlara qarşı inzibati qaydada cəza tədbirlərinin görülməsi məqsədəuyğun olardı. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, institut tərəfindən ədəbi dil normalarının qorunub saxlanılması üçün bir sıra tədbirlər görülüb.

Onun sözlərinə görə, Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması istiqamətində elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

M.Nağısoylu deyib ki, bir sıra türkdilli xalqlarda belə lüğət olsa da, Azərbaycan dilinin etimoloji lüğəti yoxdur: "Etimoloji lüğətin hazırlanması dilin tarixinin, onun əski dil əlaqələrinin öyrənilməsi üçün lazımdır. Bu mənada dilin etimoloji lüğətinin hazırlanması strateji baxımdan da əhəmiyyətlidir".

O bildirib ki, 2020-ci ilədək Azərbaycan dilinin yeni izahlı lüğətinin hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan dilinin təkmilləşdirilmiş orfoqrafiya lüğətinin, yeni, təkmilləşdirilmiş elmi qrammatikasının hazırlanması qarşıya qoyulan məqsədlərdəndir.

Azərbaycan dilinin elmi qrammatikasının sonuncu dəfə 1981-ci ildə hazırlandığını deyən M.Nağısoylu türk dilləri üzrə ortaq qrammatikanın da hazırlanmasını vacib sayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanılması üçün bir çox işlər gördüyünü deyən M.Nağısoylu hər il 2 avqust tarixinin ölkədə "Ana Dili Günü" kimi qeyd edildiyini söyləyib.

Onun sözlərinə görə, institutda 4 yeni şöbənin yaradılması dilçiliyin inkişafına xidmət edir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə deyib ki, AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub.

Onun sözlərinə görə, beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir.

Ölkədə təhsil sahəsində aparılan islahatların bakalavr və magistratura pillələrində əhəmiyyətli nəticələr verdiyini söyləyən akademik beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını qeyd edib. Bildirib ki, bu istiqamətdə 2015-ci ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində "Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami" layihəsi fəaliyyətə başlayıb. Layihənin baş koordinatoru Fransa Respublikasının Monpelye Universitetidir.

Akademik onu da əlavə edib ki, layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır.

İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb. Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da işçi qrupun yaradılması qərara alınıb. Bundan başqa, Rəyasət Heyəti aparatının müvafiq idarələrinə layihə çərçivəsində beynəlxalq öhdəlik və əsas vəzifələrin həyata keçirilməsi, eləcə də layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması və onun populyarlaşdırılmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

"Azərbaycanda 5-ci sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis kimi deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır. Dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var". Bunu da Möhsün Nağısoylu deyib (APA). Onun sözlərinə görə, küçələrdəki afişalarda bəzi obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir. Bu problemin həlli istiqamətində bəzi rayonların İcra hakimiyyətləri ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Məsələn, "supermarket" sözü bəzən ayrı və ya defislə yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".

İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərinin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ