Cümə günü, 07 avqust 2026
     

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

Image


İşğala qarşı 7 ay davam etmiş üsyana akademik C. Quliyevin düşmən münasibəti

Azərbaycan tarixinin hələ də tam obyektiv öyrənilməmiş səhifələrin¬dən biri XI qırmızı rus ordusu tərəfindən Azərbaycan Xalq Çümhuriyyəti işğal olunarkən və işğaldan dərhal sonra düşmənə qarşı xalqın göstərdiyi qəhrəmanlıqlardır. Azərbaycan xalqının işğala qarşı göstərdiyi mərdlik və dəyanət nümunələrindən biri də Lənkəran üsyanıdır

XI qırmızı rus ordusunun işğalına qarşı baş vermiş üsyanlardan əsasən Gəncə, Qarabağ və Zaqatala üsyanı haqqında dərsliklərdə və digər kitablarda ətraflı məlumatlar verildiyi halda Lənkəran üsyanı haqqında məlumatların olmaması və ya çox az olması təəccüb doğurmaya bilməz. Fikrimizcə Lənkəran üsyanının başqa üsyanlardan fərqli olaraq ən üzünmüddətli üsyan olması onun obyektiv şəkildə ciddi tədqiq olunmasını zəruri edir. Azərbayan tarixinə aid sovet dövründə və dövlət müstəqilliyinin bərpasından sonra yazılmış kitablarda düşmənə qarşı 7 ay davam edən qəhrəmanlıq mübarizəsi olan Lənkəran üsyanı haqqında yazılanları təhlül edərkən təəssüflənməmək mümkün deyil. Keçək konkret faktlara.

XI rus ordusunun işğalı qarşı baş vermiş Gəncə, Qarabağ və Zaqatala üsyanları haqqında sovet dövründə Azərbaycan tarixinə aid yazılmış rəsmi kitabların əksəriyyətində məlumat verilsə də, Lənkəran üsyanı haqqında məlumata rast gəlmək olmur. Məsələn, 1973-cü ildə nəşr olunmuş 3 cildilik “Azərbaycan tarixi” kitabının 3-cü cild, 1-ci hissəsində qeyd olunur ki, “Azərbaycanda sovet hakimiyyətinə qarşı Gəncədə (25-31 may 1920), Qarabağda (5-15 iyun 1920), Zaqatalada (9-20 iyun 1920) və s. ərazilərdə üsyanlar baş vermişdir”. Üsyanlar haqqında bu cümlə sonradan kitabdan-kitaba köçürülərək əsas diqqət qeyd olunan üsyanlara verilmiş, digər üsyanlar, o cümlədən başqa üsyanlardan fərqli olaraq uzun müddət davam etmiş Lənkəran üsyanı diqqətdən kənarda qalmışdı.

Dövlət müstəqilliyinin bərpasından sonra AMEA Tarix İnstitutunun nəşr etdiyi 7 cildlik Azərbaycan tarixi kitabının akademik Cəmil Quliyevin elmi redaktor və giriş, I, II və IV fəsillər, nəticə hissəsinin müəllifi olduğu 6-cı cildində isə Lənkəran üsyanı haqqında nəinki obyektiv məlumata rast gəlinmir, əksinə sovet arxivlərinə istinad edilməklə bu üsyana qarşı düşmən münasibət özünü açıq aydın göstərir. Bu kitab ilk dəfə 2000 -ci ildə, sonra isə 2008-ci ildə təkrar nəşr olunmuşdur (Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya.)

Kitabda 43-53- səhifələri əhatə edən “Antisovet üsyanları” başlıqlı bölmədə Lənkəran üsyanı oxuculara aşağıdakı kimi təqdim edilir: “Azərbaycanın Araz boyunca bütün sərhəd rayonu Qaryagin (Cəbrayıl) və Cavad qəzaları, Muğan düzünün bir hissəsi və Lənkəran qəzasının bütün dağlıq hissəsi sovet hakimiyyətinə zidd adamlarla dolu idi, onlar silahlı basqınlar edir, malqaranı və külli miqdarda taxılı İrana aparırdılar. İrandakı quldur dəstələri onlara kömək edirdilər. Təkcə Lənkəran qəzasında 3 min nəfərədək İran və Ərçivan quldurları var idi” (s.39, istinad olunmuş mənbə: RDHA, f. 7940, s. 2, i. 80, v. 49-51.)

Kitabın bu fəslinin müəllifi akademik Cəmil Quliyevin Lənkəran üsyanına bu cür qərəzli, düşmən münasibətini başa düşmək üçün onun kitabın “Giriş” hissəsində yazdığı fikrlərə diqət etmək kifayətdir. C.Quliyev yazır: “VI cild 20-30-cu illər Azərbaycan tarixinin əsas problemlərinin kompleks halında elmi araşdırılmasına doğru ilk addımdır. Bu iş müəyyən mənada, hələ 50-60-cı illərdə müəllif kollektivi tərəfındən başlanıb, üçcildlik “Azərbaycan tarixi” ilə başa çatan çox dəyərli işin davamıdır.”

Əgər C.Quliyev müəlliflərdən biri olduğu və sovet dövrü tarixinin saxtakarlaşdırıldığı üçcildlik “Azərbaycan tarixi”nı çox dəyərli iş hesab edirsə deməli dövlət müstəqilliyinin bərpasından sonra buraxdığı səhvlərin haradan qaynaqlandığı məlum olur.

Fikrimicə C.Quliyevdən sovet dövründə Moskvanın diqqəti ilə yazılmış “Azərbaycan Kommunist partiyası tarixi” və üçcildlik “Azərbaycan tarixi” müəlliflərindən biri kimi tanınırdısa dövlət müstəqilliyinin bərpasından sonra AMEA-nın hazırladığı 7 cildliyin 6-cı cildinin hazırlanmasına ona həvələ etmək kobud səhv idi.

AMEA Tarix İnstitutunun nəşr etdiyi 7 cildlik Azərbaycan tarixi 6-cı cildində Lənkəran üsyanı ilə yanaşı digər məsələlərə də diqqət verdikdə aydın olur ki, kitabın əvvəlində Heydər Əliyevin epiqraf kimi yazılmış “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır ” fikirlərinə əməl olunmamışdır. Sovet dövrünün səhvləri kobud şəkildə təkrar olunmuşdur.

Belə bir fikir yarana bilər ki, kitab nəşr olunan zaman Lənkəran üsyanı haqqında obyektiv məlumatı olmaması belə səhvlərə gətirib çıxarıb. Fikrimizcə elmi redaktor C. Quliyev və altıncı cildin digər müəllifləri kitab üzərində işləyərkən dövlət müstəqilliyinin bərpasından sonra obyektiv tədqiqatlar nəticəsində yazılmış kitab və məqalələrlə tanış olmağa borclu idilər. Belə olduqda çox güman ki, onlar qəhrəman üsyançıları quldur adlandırmaqda ən azı çəkinərdilər.

“Lənkəran üsyanı” haqqında obyektiv məlumatların öz əksini tapdığı kitablardan biri t.e.d. professor Fəzail İbrahimlinin 2001-ci ildə nəşr olunmuş “Azərbaycan tarixində sosial-siyasi proseslər (1920-1930)” adlı kitabıdır. Bu kitabda Lənkəran üsyanı haqqında ətraflı məlumat verilib.

1920-ci ilin iyununda başlanmış, həmin ilin sentyabrında kütləvi xarakter almış Lənkəran üsyanı əsasən, bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılmışdır. Ən böyük dəstələrə Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qalmış türk zabiti Yusif Camal bəy, Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər. Üsyançı silahlı dəstələrdəki döyüşçülərin sayının 6–10 min arasında olduğu güman edilir.

F.İbrahimlinin kitabında 7 ay davam etmiş üsyanın son mərhələsi haqqında da məlumat verilib: “1921-ci ilin yanvarın əvvəllərində Lerik ətrafında Şahverənin başçılıq etdiyi üsyan yenidən alovlandı. Şahverən taktiki gediş edərək, buradakı sovet ordusuna ciddi zərbələr endirdi. Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə əlahiddə sovet süvari divizionu 196 nəfər itki vermiş, 78 nəfər yaralanmış, 75 nəfər isə döyüş qabiliyyətini itirmişdi.”

Kitabda üsyanın yatırılması aşağıdakı kimi qeyd olunur: “1921-ci il, fevralın əvvəlində Lənkəran ətrafında Nəcəfqulu xanın başçılığı ilə, həmin ilin avqustun sonlarında isə Astara ətrafında bir necə dəstənin iştirakı ilə üsyanlar yenidən başlandı. Astara ətrafındakı üsyanda Nəcəfqulu xanın, qardaşı Əhməd xanın, Şahverənin, Ataxanın, Rəşid xanın dəstələri iştirak edirdilər. Üsyançılar kifayət qədər şücaət göstərsələr də, Bakıdan gətirilən əlavə qüvvələrdən, xüsusən gəmi artilleriyasından geniş istifadə etməklə onların müqavimətini qırmaq mümkün oldu. Beləliklə əlavə gətirilən qüvvələrin hesabına üsyan yatırılırtar”

Fikrimizcə coxcildlik Azətrbaycan tarixinin hazırlanması sovet təfəkkürünün daşıyıcıları olan akademik, professorlardansa müstəqil Azərbaycan Respublikası dövlətçiliyinə bağlı olan tarixçilərə tapşırılması daha düzgün olardı.

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində “Lənkəran üsyanı” haqqından yazmışdır: “Bolşevik aləmində Camal paşa namilə məruf bulunan bu zat iltilalın əqəbində həbs edilmişdi. Həbsdən azad edildikdən sonra Lənkəran qəzasına qaçmış və orada əhalinin başına keçərək bolşeviklərə qarşı aylarla müqavimət eyləmişdir. Yusif Camal bəy ... Azərbaycan istiqlal və hakimiyyətinə rəbti-qəlb və bəzi mövcud etmiş bir fədai idi. Xatirəyi-ehtiramı Azərilərin qəlbində mədfundur.”

Sonda bir məsələni də xatırlatmaq yerinə düşər ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 2017-ci il üçün təsdiq elmi-tədqiqat işlərinin planına əsasən 9 ildir ki, yeni 3 cildlik “Azərbaycan tarixi” nəşrə hazırlanır. Fikrimizcə 7 -cildik “Azərbaycan tarixi”ndə olan səhvləri təkrarlamaq üçün yeni nəşrə çox ciddi, məsuliyyətlə yanaşılmaq, səhvlərə yol verməmək üçün geniş müzakirələrin keçirilməsinə ciddi ehtiyac var.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

06.08.2026 / 16:17
Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

06.08.2026 / 16:12
İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

06.08.2026 / 16:03
Bilal Ərdoğanın restoranlar şəbəkəsi Bakıya ayaq açdı - Ərdoğanlar biznesdə başqa növ seçim edə bilərdimi?

06.08.2026 / 15:44
"Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır" - Ceyhun Bayramov

06.08.2026 / 14:09
Mərkəzi Kəşfiyyat İdarəsi ölkəyə sızdı - neft və elektrik kəsildi… ABŞ-ın Kubanı daxildən qarışdırmaq planı ortaya çıxdı…

06.08.2026 / 13:56
Astarada narkotiklə saxlananşəxs tanışını da ələ verdi...

06.08.2026 / 13:50
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edildi

06.08.2026 / 13:48
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı

06.08.2026 / 13:22
İdxal olunan qeyri-qida mallarına nəzarət gücləndirilir...

06.08.2026 / 13:17
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

06.08.2026 / 13:12
Ermənilərin apellyasiya məhkəməsində yekun qərar elan olundu - FOTO

06.08.2026 / 13:11
AZCON-a yeni səlahiyyət verildi

06.08.2026 / 12:57
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gücləndirilməsi Kiyevdə müzakirə edildi

06.08.2026 / 12:50
Ukrayna Tver bölgəsindəki Wildberries anbarına da hücum etdi…

06.08.2026 / 12:44
Ukraynalı nazır Qara dənizdə həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

06.08.2026 / 12:35
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalmağa davam edəcək” - Overçuk

06.08.2026 / 12:26
Rusiya Qafanda baş konsulluq, Ermənistan Şimali Osetiyada konsulluq şöbəsi açır…

06.08.2026 / 12:12
Gürcüstandan İrana narkotik aparan maşın “Mazımqara” postunda saxlandı...

06.08.2026 / 11:56
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərdi

06.08.2026 / 11:42
Valideynlərdən biri məcburi köçkün olmayan şəxslərə vahid aylıq müavinət verilmir – RƏSMİ

06.08.2026 / 11:25
Ceyhun Bayramovla Andriy Sibiha arasında təkbətək görüş keçirilir

06.08.2026 / 11:10
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir...

06.08.2026 / 10:57
Paşinyan Karapetyanın “Ermənistan Elektrik Şəbəkəsi”ndən danışdı…

06.08.2026 / 10:44
DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verildi

06.08.2026 / 10:07
Azərbaycan nefti ucuzlaşdı - 91 dollar...

06.08.2026 / 09:47
Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı...

06.08.2026 / 08:07
ABŞ-ın sursat ehtiyatı tükənir? - Tramp Heqsetdən izahat tələb etdi

05.08.2026 / 23:19
Özgür Özəlin də həbsinə qərar verildi

05.08.2026 / 23:00
Ukraynanın Rusiyaya əks-zərbələri artır… Deputat Putinə çağırış etdi - ciddi təhlükə altındayıq…

05.08.2026 / 22:06
Zəngəzur dəhlizində iş başlamadan Tramp maliyyəni 2 dəfə artırdı - maraqlı deyil?...

05.08.2026 / 21:44
Rusiya Ermənistan məhsullarına idxal qadağasını bir az da böyütdü...

05.08.2026 / 21:27
Hökumətin “hüquq üzrə doktorantura” qərarı mübahisələrə yol açıb...

05.08.2026 / 21:10
Türkmənistan nəyə “sevinir”, dünyada beynəlxalq hüququ sayan var?!

05.08.2026 / 20:57
İrandan Azərbaycana bahalıq gəlir - proses başlayıb...

05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...

05.08.2026 / 20:26
Ermənistanın yeni Konstitusiyası üzərində iş başladı...

05.08.2026 / 20:10
Rayon teatrlarında direktorlar və müavinlər seçilir, ya təyin edilir...

05.08.2026 / 19:55
İran Cənubi Qafqazda yenə Ermənistana “stavka” edir... Kifayət deyil?

05.08.2026 / 19:25
ABŞ-a qarşı İran-Rusiya-Çin-Şimali Koreya oxu - Avropa da Vaşinqtondan üz döndərib

05.08.2026 / 19:15
Səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlandı...

05.08.2026 / 19:02
Avropa "yezidin cəngində"- çaylarında su quruyur, isti dalğalar canlıları yandırır...

05.08.2026 / 18:45
Ceyhun Bayramov və Hikmət Hacıyevin açıqlamalarına Ermənistandan reaksiyalar gəldi...

05.08.2026 / 18:30
Ermənistanın KTMT-dən qovulma prosesini başlada bilmirlər...

05.08.2026 / 18:17
ABŞ-İran münaqişəsi həm diplomatiyada, həm də hərbdə dalana dirənib...

05.08.2026 / 18:04
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda göndərəcək

05.08.2026 / 17:46
Rusiyada dron zavodunun rəhbərinə sui-qəsd cəhdi - Tkaçukun avtomobili partladıldı - FOTO

05.08.2026 / 17:31
Rusiya Aerokosmik Qüvvələri komandanının kürəkəni Moskvada öldürüldü…

05.08.2026 / 16:46
Tramp Zelenskiyə “Patriot” vədindən imtina etdi - Kiyev Rusiya raketləri qarşısında müdafiəsiz qaldı…

05.08.2026 / 16:30
Ukrayna Ufada sənaye zonasını vurdu…

05.08.2026 / 16:18
AB dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı..

05.08.2026 / 16:07
Azərbaycanlı bloger Rusiya hakimiyyətinin qəzəbinə niyə tuş gəldi?..

05.08.2026 / 15:52
NATO və Rusiyanın dəniz müharibələri başlaya bilər - Almaniya sularına hərbi gəmilər gətirilir...

05.08.2026 / 15:30
ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə etdi

05.08.2026 / 15:11
Rusiya ilə Avropa ölkələri arasında daha bir gizli görüşün üstü açıldı – Bakıdan sonra Vyana…

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ