Venesuela və İrandan sonra Kubanı hədəf alan ABŞ, aylardır ağır iqtisadi və hərbi təzyiq altında olan ada dövlətində casusluq fəaliyyətlərini gücləndirib.
Vaşinqton administrasiyasının Kubaya təzyiqi, ada dövlətinə Venesuela neft tədarükünün dayandırılması və limanlarının blokadası ilə daha da arıb. ABŞ-ın blokadası səbəbindən ciddi enerji böhranı ilə üzləşən ada, milli elektrik şəbəkəsinin çökməsi nəticəsində ölkə miqyasında böyük elektrik kəsintilərlə üzləşib.
Son məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kuba hökumətinə təzyiqi artırmaq və adanı hədəf alan kəşfiyyat əməliyyatlarını genişləndirmək üçün gizli bir əməliyyat qrupu yaradıb.
“New York Times” qəzetinin məsələyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, MKİ insan kəşfiyyatı, kiber əməliyyatlar və gizli təsir fəaliyyətləri üçün regiona əhəmiyyətli maliyyə və texniki resurslar ayırmağa başlayıb.
Yeni yaradılmış qrupa sahə agentləri, analitiklər və kiber mütəxəssislər daxildir. Onun əsas missiyası Kubanın siyasi elitasında bölünmələr yaratmaq və Vaşinqtona qarşı olan rəsmiləri ABŞ-a yaxınlaşmaqda daha çox meylli olanlarla əvəz etməkdir.
Digər tərəfdən, məlumatlara görə, ABŞ ordusu Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını da nəzərdən keçirir.
Tahir TAĞIYEV