İran bəyan edib ki, Omanla əldə edilən razılaşma Hörmüz boğazının açılacağı anlamına gəlmir. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının birinci katibi Behnam Səidi bildirib ki, İrana qarşı təhdidlər aradan qalxana qədər boğaz bağlı qalacaq.
O, bildirib ki, Omanla danışıqlar yalnız gəmilərin və dəniz gəmilərinin səyahət üsullarını və marşrutlarını müəyyən etməklə bağlıdır: "Hörmüz boğazı, amerikalılar təhdidlərini, blokadanı dayandırıb bölgəni tərk etdikdə və müharibənin bitdiyi elan edildikdən sonra müzakirə ediləcək. Buna görə də bu mərhələdə Hörmüz boğazının açılması üçün heç bir səbəb yoxdur".
Səidi bildirib ki , Oman nəzərə almalıdır ki, İran amerikalıların Hörmüz boğazına müdaxilə etməsinə və orada olmasına icazə verməyəcək".
Xatırladaq ki, İran və ABŞ arasında 14 iyunda Pakistanın vasitəçiliyi ilə əldə edilən razılaşmanın birinci mərhələsində ABŞ-ın dondurulmuş İran aktivlərini azad etməsi müqabilində Hörmüz boğazının açılacağı və İranın bu strateji su yolundan 60 gün ərzində keçid üçün ödəniş almayacağı nəzərdə tutulurdu.
Lakin sazişin imzalanmasından sonra ABŞ İranın dondurulmuş aktivlərini buraxmadı və Hörmüz boğazından keçmək üçün Oman sularından alternativ bir yol təyin etdi. Bu hərəkətləri sazişin pozulması hesab edən İran boğazdan keçidi məhdudlaşdırdı və icazəsiz keçməyə çalışan bəzi gəmilərə hücum etdi. Sazişə baxmayaraq, iki ölkə arasında gərginlik yenidən artdı və 8 iyulda Hörmüz boğazı ətrafında təxminən iki həftə davam edən şiddətli toqquşmalara səbəb oldu.
İran Hörmüz boğazında gəmilər üçün təhlükəsiz keçid yollarını müəyyən etmək üçün Hörmüz boğazı ilə həmsərhəd olan Omanla danışıqları bərpa edib.
Tahir TAĞIYEV