"Ermənistan Elektrik Şəbəkələri" məsələsində biz artıq konseptual qərar qəbul etmişik. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 6-da hökumətin iclasında bildirib.
"Ermənistan Elektrik Şəbəkələri" şirkəti milliləşdirmə prosesi başa çatdıqdan sonra konsessiya əsasında idarəetməyə veriləcək. Şirkətlə bağlı konseptual qərarımız belədir: şirkət dövlət mülkiyyətində olacaq və idarə olunması lisenziyalı şirkətə həvalə ediləcək. Bu məsələ aydındır", – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, 17 noyabr 2025-ci ildə Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin elektrik paylama lisenziyasını ləğv edib. Hakim Mülki Müqavilə Partiyasının idarə heyətinin üzvü Romanos Petrosyan daha sonra şirkətin müvəqqəti meneceri təyin edilib.
Tahir TAĞIYEV