Rusiya Qara dənizdə iki Ukraynaya məxsus iki hərbi yük gəmisini vurduğunu açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya ordusunun Ukrayna gəmilərinə hücumlarını davam etdirdiyini bildirən nazirlik, yük gəmilərinin Odessa şəhərinin cənub və şərq bölgələrində hədəfə alındığını açıqlayıb.
Rusiya hakimiyyəti hücuma məruz qalan gəmilərin hərbi yük daşıdığını və hücumda pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyini iddia edib.
Tahir TAĞIYEV