Türkiyədə hazırda hakimiyyətə ən real namizədlərdən biri olan Özgür Özəlin həbs olunması gözlənilir. Hazırda onun deputat toxunulmazlığının qaldırılması üçün müraciət olunduğu deyilir.
Məsələ burasındadır ki, Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə Cumhuriyyət Xalq Partiyasının rəhbərliyinə gətirilməsinin ardından Özgür Özəl partiyadan istefa verməyə məcbur oldu. Lakin çox keçmədən Özəl yeni partiya yaratdığını bəyan etdi və 91 millət vəkili də onun ardınca getdi.
Üstəlik, yeni yaranmasına baxmayaraq, Özəlin partiyası tez bir zamanda CHP-dən qat-qat güclü siyasi təşkilata çevrilməyi də bacardı.
Əli TURABOV