Ukrayna Ufanın sənaye zonasına dronla zərbə endirib. Başqırdıstan qubernatoru Radi Xabirovun sözlərinə görə, Ufanın sənaye zonasında hücumdan sonra yanğın baş verib.
"Biz obyektlərimizə edilən daha bir hücumu dəf etdik. Pilotsuz təyyarənin qalıqları Ufa sənaye zonasına düşdü. Hazırda oradakı yanğını söndürürlər. Əsas odur ki, ölən və ya yaralanan olmayıb", - deyə qubernator qeyd edib.
"Ufada havanı zəhərlədiyinə dair yalan məlumatlar görürəm. Narahat olmağa heç bir səbəb yoxdur. Səyyar laboratoriyalar ekoloji vəziyyəti izləyir", - deyə regional qubernator vurğulayıb.
Tahir TAĞIYEV