"Ermenihaber"in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk aşpazı Uğur Aydın Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyanı Adanaya səfər etməyə və yerli kababı dadmağa dəvət edib. Dəvət Rubinyanın 2 avqustda parlament iclasında verdiyi açıqlamadan irəli gəlib. Hrant Dink Fondunun Təqaüd Proqramı çərçivəsində Türkiyədə keçirdiyi vaxtdan danışan Aydın, Adana kababı və İskəndər kababını sevdiyini qeyd edib. "Əgər hər kəs oturub kabab yesə, sülh hökm sürəcək və bütün məsələlər həll olunacaq. Biz qonşularımızı sevirik və onlara yaxşı davranmağa hazırıq. Qoy gəlsinlər bura, kabab yeyərək gərginliyə son qoyacağıq", Aydın qeyd edib.
SAMİRƏ