Rusiya Aerokosmik Qüvvələri komandanının kürəkəni Moskvada öldürülüb.
Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin komandanı Aleksandr Çaykonun kürəkəni Daniil Peredri avqustun 1-də Moskvanın "Balzi Rossi" restoranında baş verən partlayış nəticəsində həlak olub.
Rusiya KİV-i yazır ki, Peredriyin ölümü onun şəxsi sənədlərindən birinin 1 avqustda etibarsız elan edilməsi ilə təsdiqlənib. Onun ölümü Rusiya hüquqi şəxslərin reyestri tərəfindən də təsdiqlənib.
"Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun kürəkəni Daniil Peredrinin ölümü ilə bağlı məlumat Fərdi Sahibkarların Vahid Reyestrində yer alıb", - deyə Agentstvo yazıb.
Tahir TAĞIYEV