Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sibiha ilə görüşünün yekunlarına dair paylaşım edib. C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Kiyevə rəsmi səfərim çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşməkdən məmnun oldum.
Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gücləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apardıq.
Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri birləşdirir”, - paylaşımda qeyd olunub.