Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirib.
RİA Novosti agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib ki, Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşması onların Rusiya ilə müttəfiqlik əməkdaşlığına hazırlığına şübhə yaradır.
"Kiyev rejimi ilə nümayişkaranə şəkildə yaxınlaşma... Ermənistanın hakim dairələrinin Rusiya ilə həqiqi müttəfiqlik əməkdaşlığına hazırlığına dair ciddi şübhələr yaradır" – deyə Fadeyev brifinq zamanı bildirib.
Tahir TAĞIYEV