ABŞ Ukraynanın Rusiyanın dərinliklərinə hücumlar başlatmasına kömək etdiyini etiraf edib. Belə ki, senator Mark Uorner "Politico"ya bildirib ki, ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi əvvəlki yüksək səviyyəsinə qayıdıb.
O, əlavə edib ki, kəşfiyyat paylaşımı müqaviləsində irəliləyiş əlamətləri görür və bunun Kiyevin Moskva ilə müharibədə üstünlük qazanmasına kömək etdiyinə inanır.
"Təfərrüatlara varmaq istəmirəm, amma vəziyyət yaxşılaşıb", - deyə o qeyd edib və əlavə edib ki, Ukraynanın dronlardan və uzaqmənzilli raketlərdən istifadəsi ona Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə və mövqelərini gücləndirməyə imkan verib.
Tahir TAĞIYEV