Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalır.
Onun sözlərinə görə, 2026-cı ilə qədər bu rəqəm 2025-ci illə müqayisədə üçdə iki dəfə azalıb və azalmağa davam edəcək: “AİB ilə Ermənistan arasındakı münasibətlərdə vəziyyətin inkişafı proqnozlaşdırıla bilən idi. Son üç-dörd ildir ki, Ermənistandakı həmkarlarımıza bu cür risklərin, xüsusən də ticarət dövriyyəsinin azalması riskinin mövcud olduğunu bildiririk”.
Overçuk qeyd edib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çatıb - təxminən 12 milyard dollar. “Keçən il bu rəqəm təxminən 8 milyard dollara düşüb. Bu il ticarət dövriyyəsi kəskin şəkildə azalır - 2025-ci il səviyyəsi ilə müqayisədə təxminən üçdə iki azalıb. Vəziyyət elədir ki, azalmağa davam edəcək”, - deyə Overçuk qeyd edib.
Tahir TAĞIYEV