ABŞ Prezidenti Donald Tramp Kemp Deviddə keçirilən kabinet iclasında müdafiə naziri Pit Heqsetdən İranla münaqişə fonunda raket ehtiyatlarının tükənməsi ilə bağlı izahat tələb edib. Bu barədə The Washington Post mənbələrə istinadən məlumat verir. Nəşrin məlumatına görə, Tramp Heqsetdən "indi İrana qarşı hərbi variantları məhdudlaşdırmaqla hədələyən kəskin sursat çatışmazlığı ilə bağlı niyə yanıldığını izah etməsini" tələb edib. Qarşıdurma ötən cümə günü baş verib və mənbələrə görə, Tramp sursat məsələsinin "artıq həll olunduğunu" düşünürdü. Qəzetin mənbələrindən birinin məlumatına görə, sursat çatışmazlığı, xüsusən də uzaq mənzilli idarə olunan raketlər və zenit tutucularının çatışmazlığı Trampın son günlərdə İrana əlavə kütləvi zərbələr endirməməsinin səbəblərindən biri olub. Cümə axşamı gecəsi Trampın “lazımsız itkilərin qarşısını almaq üçün” yenə də İranla razılığa gəlməyə üstünlük verəcəyini bildirməsinin arxasında da bu məsələ dayanır. "Mən razılığa gəlməyi üstün tuturam, çünki insanları öldürmək istəmirəm", - deyə o, Las-Veqasda keçirilən mitinqdə bildirib.
ABŞ prezidenti onu da bildirib ki, danışıqlar davam edir və bundan sonra nə baş verəcəyini hələlik özü də bilmir.
SAMİRƏ