Moskva və İrəvan Kapanda Rusiyanın baş konsulluğunun və Vladiqafqazda Ermənistan konsulluq çöbəsinin açılmasını müzakirə edirlər. bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Baqir Mamiev RİA Novosti agentliyinə bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ildə Şimali Osetiyada konsulluq açmaq planlarını açıqlamışdı.
"Bu günə qədər bu məsələ (Vladiqafqazda Ermənistan konsulluğunun açılması – red.), Rusiyanın Kapanda (Ermənistan) baş konsulluğunun açılması məsələsi kimi, ikitərəfli gündəmdən çıxarılmayıb, lakin hər hansı konkret müddətlər barədə danışmaq hələ tezdir", - deyə Mamiev qeyd edib.
Tahir TAĞIYEV