Cümə günü, 06 noyabr 2026
     

BƏLKƏ BİZ DƏ ATTESTATLA TƏLƏBƏ QƏBUL EDƏK?

Image


Bu il də ali məktəblərin bəzi ixtisaslarına abituriyentlər 150 balla qəbul ediləcəklər. 700 ballı sistemin 20 % qədər. Yəni, 20 % ball topla, tələbə ol. Bu "uğur" 5 ballı sistemin 1 balına uyğundur. 35 il əvvəl attestat almaq, tələbə olmaq üçün ən azı hər fəndən 60 % ball toplamaq lazım idi. İndi isə 20 % bəs edir. Bu 35 ildə bizim təhsil sistemi irəli gedib, yoxsa geri? 150 ball ("1" qiyməti) həm də bizim təhsil sisteminin aldığı real qiymətdir. Bu qiyməti ona DİM vermir, ETN özü qazanır, "halal" qiymətidir. Bu sadə statistikadır. Əvvəllər də yazmışdıq, attestat almağa biliyi çatmayanlara biz həm attestat, həm ali təhsil, həm də 4 ildən sonra diplom veririk. Belə təhsil sistemi quran ETN sertifikasiyadan keçə bilərmi? Təbii ki, yox. Bəs necə olur ki, sertifikasiyadan kəsilən müəllim işini itirir, kəsilməsə ortalama maaşı cüzi artır, amma sertifikasiyadan kəsilən təhsil menecerlərinin maaşı 3-4 qat artır? Bu keyfiyyətlə (20 %) ETN ölkənin insan kapitalını necə formalaşdıracaq? Belə insan kapitalı ilə dünyanln sürətli inkişaf etdiyi bir mərhələdə innovativ iqtisadiyyat qurmaq, rəqəmsal transformasiya etmək mümkündürmü? ETN hansı möcüzəyə güvənir? 150 balla universitetə qəbul ona görə mümkün olur ki, məktəbdə tədrisin keyfiyyəti ilbəil enir, kölgə təhsili inkişaf edir, mənimsəmə azalır, eyni zamanda universitetlərə qəbul planı da artır. Universitetlərdə plan yerlərini doldurmaq üçün bu addım atılır. Deyəsın bu proses hələ gələcəkdə də belə davam edəcək. Çünki, təhsil sistemində real heç bir islahat aparılmır. Nazirlik attestatla, imtahansız xaricdə ali təhsilin qarşısını almağa, belə tələbələri hərbi xidmətə yollamağa cəhdlər edir. Halbuki, attestatla xaricdə oxuyanların DİM -də topladığı ball çox vaxt 150-dən xeyli yüksək olur. 150 balla tələbə qəbul etməkdənsə, elə attestatla, imtahansız tələbə qəbulu aparmaq daha yaxşıdır. Ən azından repetitorluq ləğv olunar, məktəbdə normal tədris bərpa olunar, təhsilin keyfiyyəti artardı. Biz əvvəllər də bu təklifi vermişdik, amma ETN bəyənmir bunu. Görünür 150 balla qəbul və repetitorluğun saxlanılması onlara əl verir. Nazir deyir: " əgər şagird görsə ki, ingilis dili müəllimi ona heç nə öyrətməyib, müəllimi və məktəbi məhkəməyə versin, pulunu geri tələb etsin. Belə müəllimə biz niyə maaş verməliyik?". ETN zəif ingilis dili müəlliminə maaş vermək istəmir, onda keyfiyyəti təmin edə bilməyən menecerlərə niyə maaş verilsin ki? Özü də müəllimdən 10-15 dəfə çox maaş? Bəs 20-30 % mənimsəmə verən təhsil nazirliyinin məsuliyyəti yoxdurmu bunda? Dövlət büdcəsindən məktəbdə bir şagirdin 11 il təhsil almasına ortalama 15 min manat sərf edilir, sonda da 150 ball. Belələrinin sayı hər il yüz minlərlədir (60 %-dən az ball yığanlar). Dövlətin ümumtəhsil məktəblərinə hər il xərclədiyi 2,6 milyard manat, ETN-nin səriştəsizliyi səbəbi ilə səmərəsiz olur. Bu pul gələcəkdə ölkə iqtisadiyyatına əlavə dəyər yaratmır. Sonra da ETN DİM-i təqsirkar bilir ki, sən heç də ideal işləmirsən, niyə məzunlar məktəb proqramını 40 % mənimsəyir (guya məktəbləri DİM idarə edir)? Niyə magistrturada 4 min yer boş qalır (guya ali məktəblri DİM idarə edir). 150 balla universitetə gələn tələbəyə universitet yazıb oxumağı, hesabı öyrətsin, yoxsa ali məktəb proqramını? 20 % ball yığan tələbə ali məktəb proqramını mənimsəyə bilməz, bu faktdır, təhsildə varislik prinsipi var. Amma bizim reallıqda bu tələbə 3 aydan sonra universitetdə 6 fənndən "uğurla" imtahan verib, hər fənndən 51 % + ball toplayır. Maraqlıdır ki, 95 % tələbələr (əgər təhsil haqqını vaxtında ödəyə bilibsə), nəinki 51 % + ball toplayır, hətta diplom da alır. Çünki, kasıb universitetin bu təlıbənin verdiyi təhsil haqqına çox ehtiyacı var, axı o PHŞ edilib zorla. Nazir haqlıdır: bəli, təhsilimiz tərsinə qurulub, özü də yuxarıdan üzü aşağıya doğru.

İlham Əhmədov

Təhsil ekspeti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ