Cümə günü, 06 noyabr 2026
     

Professor Zülfüqarlının sensasiyalı “monqol-tatar tədqiqatlarına” alimlər niyə susur?...

Image


Məhərrəm Zülfüqarlı: “...Bu onların bir tarixçi kimi bu cür böyük məsələlərə münasibət bildirmək səviyyəsində olmamasından irəli gəlir”

Tarix elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının baki-xeber.com-da yayımlanan “Marağa rəsədxanasına ögey münasibət-Ziyalılar niyə susur?” məqaləsində Azərbaycan tarixi ilə bağlı bəzi gizlin həqiqətlərdən də bəhs edilir.

Professor Zülfüqarlı yazır: “Dərsliklərdə əvvəllər tatar-monqol, monqol-tatarlar, hazırda isə monqollar adlandırılan topluma aid müxtəlif dövlətlərin tarixşünaslığının obyektiv tədqiqi sübut edir ki, bu tarix bilərəkdən saxtalaşdırılıb. Bu toplumumda əsas rol oynamış türk etnosunun izini itirmək üçün “tatar-monqol” adından tatar sözünü çıxararıb monqol adının saxlaması bu saxtarkarlığa münbit şərait yaradıb. Acınacaqlısı odur ki, bu saxtalaşdırmada müxtəlif türkdilli xalqların alimləri, o cümlədən Azərbaycan alinləri də fəal iştirak ediblər. Məhz bunun nəticəsidir ki, dünya tarixində mühüm izlər qoymuş bu toplumun mirasına uzun müddət heç kim, o cümlədən türk xalqları da sahib durmaq istəməyib.

Problemin ciddiliyini nəzərə alaraq 2019-cu ildə ” XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabını nəşr etdik. Əsas məqsəd XIII əsrdə Azərbaycana 3 dəfə yürüş etmiş, Hülakülər dövləti kimi möhtəşəm bir dövlət yaratmış, müasir dövrdə nəşr olunan kitablarda səhv olaraq monqollar adlandırılan toplumun Azərbaycan tarixində yeri və roluna işıq salmaqdan ibarətdir. Bundan başqa onlara olan düşmən münasibətin səbəblərini aşkara çıxarmaq və tarixin bu səhifəsinə düşmənçilikdən uzaq, yeni yanaşmanı ortaya qoymaqda da kitabın əsas məqsədlərindəndir. Kitab 2021-ci ildə “Tatar-monqoların Azərbaycan tarixində rolu ( XII-XIV əsrlər tarixinə alternativ baxış)” adı ilə rus, ingilis,fransız, alman, italyan, ispan, potuqal dillərində nəşr olunaraq beynəlxalq aləmdə yayılmasına nail olduq.

Lakin Azərbaycan tarixçilərinin kitaba münasibət bildirilməməsi bizi narahat etməyə bilməz”.

Azərbaycan tarixçiləri bu kitaba və bu mövzuya niyə laqeyd oldular? Siz Azərbaycan tarixçilərindən bu kitaba nə kimi reaksiya gözləyirsiniz? O gözlədiyiniz reaksiyanı Azərbaycan tarixçiləri niyə vermirlər? Tariximizə laqeyddirlər, yoxsa sizin irəli sürdüyünüz versiyanın əleyhinə getməyə, ya onu təsdiqləməyə cəsarətləri çatmır? Nə gözləyirsiniz və bu reaksiyanı niyə almırsınız? Tarixçi alimlər niyə buna reaksiya vermir? Sizin versiyanız nədən ibarətdir?

Professor Məhərrəm Zülfüqarlı bu barədə baki-xeber.com-a bildirdi ki, demokratik fikirli rus və qazax alimlərindən fərqli olaraq Azərbaycan aimlərinin bu məsələyə reaksiya verməməsinin bir neçə səbəbi var. “Bunun bir səbəbi ondan ibarətdir ki, Azərbaycanda keçmiş “Dağlıq Qarabağ” problemi olarkən ermənilər Azərbaycan əhalisinə “sizin babalarınız gəlmədir, bura XI əsrdə gəlib, biz isə yerli xalqıq” deyirdilər. Bu “yerli” və “gəlmə” məsələsi ortaya atılandan sonra bizim tarixçilərimiz çox asan bir yol seçdilər. Yəni “tatar-monqol” sözündən “tatar” sözünü çıxardılar və işğalçı haqqında nə qədər mümkün mənfi fikirlər söyləmək lazımdırsa bunu kitablarda yazmağa başladılar. Buna baxanda adam dəhşətə gəlir. Məsələn, türkçü hesab olunan tarixçi Süleyman Əliyarlının “Azərbaycan tarixi” kitabında belə bir məlumat salınıb: “Çingiz xanın dörd qudurmuş köpəyi var idi. Bunlar insan əti ilə qidalanırdılar. Uzaq səfərlərə gedərkən ehtiyat üçün insan ətindən aquzə götürürdülər”. Bu dərslikdə vardı. Bu tamamilə yanlış, düşmən fikirdir. Bilirsiz ki, tatar-monqol toplumu maldarlıqla məşğul idilər, qoşunun arxasından böyük mal-qara, qoyun sürüləri gəlirdi. Bu qədər mal-qarası olan toplum niyə insan əti ilə qidalanmalıdır? Bizim türkçü hesab etdiyimiz tarixçi bunu diqqəti cəlb edən bir məlumat kimi götürüb dərsliyə salıb. Amma fikirləşməyib ki, bu Azərbayca xalqının, türk xalqlarının əleyhinədir. Burada sən “tatar” sözünü çıxıb “monqol” yazmaqla deyil, erməni onsuz da bilir ki, biz kimik. Hətta özümüzü türk hesab etmək istəmədiyimiz Sovet dövründə də erməni bizə türk deyirdilər. Bizim tarixçilərimiz ermənilərin ortaya atdığı “yerli” və “gəlmə” məsələnin təsiri altına düşərək gəlmə əhalinin bizə dəxli olmadığını, gəlmə əhalinin monqol olduğunu, bizim isə burada yerli xalq olduğumuzu sübut etməyə çalışdlar. Bununla da çox böyük saxta yazılara rəvac verdilər. Bu da çox təəssüfedici haldır. Dediyimiz kimi, Azərbaycan tarixçiləri bu böyük “qara düyünü” açmaq, onu yenidən dövriyyəyə buraxıb ona işıq salmaq məsələsində tənbəllik etdilər və asan mövzulara qaçdılar.

Dediyim kimi, mən Nəsrəddin Tusinin əzəmətli orta əsr abidəsini-Marağa Rəsədxanasını o şəkildə görəndən sonra bu məsələni yenidən işləmək qərarına gəldim. Amma çox tarixçi var ki, bundansa asan bir mövzuya girişir. Saxta tarixçilərimiz də çoxdur ki, heç əsərlərini, kitablarını, dissertasiyalarını heç özləri yazmırlar, kimsə yazır. Ona görə də bunların reaksiyası çox az oldu. Məsələn, Bakı Dövlət Universitetinin professorlarından biri mənə dedi ki, “Mən eşitmişəm, sənin kitabın var, çox maraqlıdır, onu mənə verə bilərsən?” Yəni bu kitab PDF formasında Axundov kitabxanasında, Prezidentin İşləri İdarəsinin kitabxanasında, saytda var. Yəni maraqlananlar da istəyirlər ki, bunlara kimsə kitab hədiyyə etsin. Amma mənə belə gəlir ki, Azərbaycan dövlətçiliyinə əsl sədaqətli, türk xalqlarının tarixini saxtalaşdırmadan qorumaq istəyən tarixçilər özləri araşdırmalıdır, tapmalıdır, yazılanlara qiymət verməlidir. Bunlara münasibətin hansı səbəbdən mənfi olduğunu bir-bir analiz etmişəm.

Hətta mən Türkiyədə olanda da gördüm ki, türk tarixçilərinin çoxu da bəzi fikirlərlə razılaşmır. Nəyə görə? Məsələn, götürək ərəb mənbələrini. Bilirsiniz ki, Hülakü Xan Bağdadı tutub xilafətin varlığına son qoyub və xəlifəni də öldürüb. Özü xəlifəni də Nəsrəddin Tusinin məsləhəti ilə öldürüb. Xəlifəni keçiyə bükərək sıxmışlar və öləndən sonra buraxmışlar. İndi baxaq görək, ərəb mənbələri bunlar haqqında müsbət yaza bilər? Yaza bilməz. Deməli, onların fikirləri subyektivdir. Amma çox təəssüf ki, bizim tarixçilərimiz ərəb mənbələrində nə varsa hamısını tərcümə edib olduğu kimi verirlər. Bunlara tənqidi yanaşmırlar. İkincisi, bir başqa məsələni qeyd edim. Məsələn, Qərb tarixçiləri niyə bunların əleyhinə yazırlar? Çünki Çüngiz xanın nəvələri Avropaya, Polşaya, indiki Avstriyaya qədər gedib çatmışdılar. Lakin xan öldükdən sonra geri qayıtmağa məcbur oldular. Bu barədə Qərb tarixçilərinin mənfi yazmasının əsas səbəbi odur ki, onlar birincisi, o təhlükəyə görə mənfi yazıblar. İkincisi də, katolik kilsəsinin nümayəndəsi Katolik Kilsəsindən Qaraqorma Papadan məktub gətirir ki, "Siz gəlin katolik məzhəbini qəbul edin”. Orada isə onlara çox gözəl cavab verilir ki, "Bütün məsələləri Tanrı idarə edir. Əgər Tanrı məsləhət görsə idi, siz bu boyda əraziləri tutub dövlət yaradardınız. Tanrı bizə bunu bəxş edibsə, siz gəlməlisiniz, diz çökməlisiniz, bizim hakimiyyəti qəbul etməlisiniz.”

Ondan sonra da bunlara qarşı düşmən fikirlər yazılmağa başlayır.

Rusiyada isə IV İvandan başlayaraq tarix saxtalaşdırılıb. XIX əsrdə rus tarixçisi Karamzin də saxtalaşdırma işi görüb. Bir də Stalin dövründə bu baş verib. Gəlin rus əhalisinə baxaq. Əgər saxta tarixdə deyildiyi kimi tatar-monqollar buradan getmişdilərsə, bəs Rusiyada ruslardan sonra sayına görə böyük çoxluq təşkil edən əhali olan tatarlar, başqırd, başqırdlar, kalmıklar haradan peyda oldu? Deməli, bunlar heç araya getməyiblər. Bir tatar tarixçisi yaxşı yazıb. Deyir ki, çox deyirlər tatar-monqol, tatar-monqol, bax biz tatarlar burdayıq, amma hanı monqollar? Yəni o, da onu sübut edir ki, bu tarix bilərəkdən saxtalaşdırılıb.

Məsələn, Batı xana Türkiyədə heykəl qoyulub. Rusiyada türk dilli xalqların yaşadığı ərazilərdə bunlara heykəllər qoyulub. Ulan Batırda Cingiz xana böyük heykəllər qoyulub. Azərbaycan isə dediyim kimi, bu məsələdə elə bil ki, Sovet dövründən donuq şəkildə qalıb. Bu barədə danışmaq istəyənlər azdır. Özü də bunları bilərəkdən gözən salmaq üçün lətifələr də edirlər, aşağılayırlar da. Əhalinin içində geridə qalmışlara bu cür addlar verməklə bu məsələdə, bu mövzuda danışmaqdan ehtiyat edirlər.

Bir məqama da toxunmaq istəyirəm. Əgər, Yusif Vəzir Çəminzəminlinin "İki od arasında" əsərini oxusaq bilərik ki, Qarabağ xanlığının da əsası Hülakülərin nəslindən götürülüb. Yusif Vəzir Çəminzəminli yazırdı ki, İbrahimxəlil xan toplantılarda dəfələrlə fəxrlə deyirmiş ki, "Mən Hülaki xanın nəslindənəm." Amma bizim müasir tarixçilərimiz bunu deməkdən çəkinirdilər ki, Qarabağ problemi var, biz deyərik ki, belədir, onda ermənilər deyər ki, "Siz gəlməmisiniz, buranı işğal etmisiz. İndi bizim işğalımız torpaqları geri qaytarmaqdır" və s. Yəni erməni kimi bura köçürülən saxta bir toplumun olması bizim tarixçiləri bu mövzuda yazmaqdan ehtiyatlandırıblar. Hətta qalib gələndən sonra da bu məsələyə yanaşmaqdan çəkinirlər. Amma biz öz tariximizə sahib çıxmalıyıq”.

M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycan xalqının formalaşmasında digər türkdilli tayfaları, o cümlədən, Səlcuk tayfalarının iştirakı olduğu kimi, XIII əsrdə buraya gəlmiş və tərkibində 200 mindən artıq türk ailəsinin olduğu toplum da bizim etnogenezdə iştirak edib. “Yəni söhbət tatar-monqol toplumundan gedir.

Bir məsələni də deyim, çox zaman bunu qarışdırırlar. Bizim Hülakülər dövlətindən sonra onun bazasında sonradan Cingiz xanın nəslindən olmayan digər tatar tayfasının yaratdığı Cəlairlər dövləti olub. Çox qəribədir ki, buna da hələ ki, ögey münasibət var. Çox qəribədir. Hərçənd ki, bu yaxında sizin qəzetdə yazdığım məqalələrdən birində Cəlairlərə münasibətdən yazmışdım. Yəni bu bizim dövlətimizdir və buna sahib çıxmalıyıq. Cəlairlər dövlətinin əmirləri Qaraqoyunlular olublar. Yəni o dediyimiz Hülaki xanın qoşunun tərkibində gələn 200 türk ailəsinin içərisində Qaraqoyunlular və Ağqoyunlular da olublar. Qəribədir ki, biz tatar-monqollara münasibətdə hələ ki, səhv yanaşmada qalırıq, amma Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə doğma dövlətlər kimi yanaşırıq. Halbuki, onlar həmin olar Hülakülərin tərkibində Azərbaycana gələn tayfalardır. Yəni maraqlı məsələlər çoxdur. Azərbaycan tarixçilərinin bu məsələlərə yanaşmada gözləmə mövqeyi tutması təəssüf doğurur. Bu gözləmə mövqeyi ya problemi bilməməzdikdən, ya ehtiyyatdan yaranır, ya da ki, bu ümumiyyətlə, onların bir tarixçi kimi bu cür böyük məsələlərə münasibət bildirmək səviyyəsində olmamasından irəli gəlir.

Amma universitetlərin tarix fakultələrində kafedralar və XIII, XIV əsrlərlə birbaşa məşğul olan mütəxəssislər, Akademiyanın Tarix və Etnologiya İnstitutunda bu dövrü tədqiq edən tarixçilər var, bunların bilavasitə münasibət bildirməsi vacibdir. Əgər bu məsələlərə münasibət bildirmirlərsə, demək onlar öz işləri ilə məşğul olmurlar”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ