Cümə günü, 06 noyabr 2026
     

Xüsusi təyinatlı gizir

Image


(On üçüncü yazı)

Müharibənin dəhşətli çağları idi. Xocavəndi güllə həniri, barıt qoxulu səngərləri əsgər kölgələri basmışdı... Cəsur kəşfiyyatçı-snayperçi Vüsalın atdığı güllələr havada qorxunc “mənzərə” yaratmışdı. Bəlkə də buna görə erməni tərəf susmağa məcbur olmuşdu...

Noyabr ayının soyuq ilğımları başını qatmışdı. Onun üçün arada yaş torpaqda arxası üstə uzanıb yuxarıdakı seyrək buludlara tamaşa etməyin ayrı bir nəşəsi vardı...

...Vüsal, döyüşçü dostunun narahatlığını dünəndən sezmişdi, payızın adamüşüdən havasını ciyərlərinə çəkməkdən bezib blindajdan çıxdı, yanı üstə torpağa uzanmış, hələ də hansısa fikrin cəngində çabalayan dostuna yaxınlaşdı, onunla qabaq-qənşər oturdu, baxışlarını sinəsində adda-budda qar görünən yamaca dikdi, astadan soruşdu:

- Dünəndən özündə deyilsən, yenə nə olub?

Dostu qançır olmuş gözlərini Vüsalın zəhm basmış üzünə zillədi:

- Saqqalını niyə qırxmırsan? Sən, üzünü təraş etdirəndə daha zəhmli görünürsən...

Vüsal ayağa qalxdı: - Bax, biz burda qardaşıq, əgər mənə ürək qızdırırsansa, məndən heç nə gizlətmə. - Gözlərini üç yerdən tüstü çıxan erməni səngərinə dikdi: - Bax, köpək uşaqları, soyuqdan donurlar. – Dostuna göz vurdu: - Deyirəm, bəlkə onlardan birini hədəf alım, canları tamam qızsın?!

Dostu dedi:

- Qoy bir az öz dünyamıza qısılaq. Onsuz da bir azdan buna vaxt olmayacaq…

Vüsal yaxşı bilirdi ki, dostu nədən bəhs edir…

Noyabrın duman qoxusu gələn havası Xocavəndin xırda təpələrinə yapışır, arabir onsuz da mərmi səslərindən cana doymuş kol-kosa qısılır, ətrafı üşüdürdü. Nədənsə havanın sərt nəfəsi ən çox soyuq səngərlərdə hiss olunurdu.

Mərmi düşmüş yerlər də səngər qədər soyuq idi. Sinəsi deşik-deşik olmuş lal təpələr islaq halda idi. Şehdən islanmış sərt külək üzü bizə sarı əsdiyindən, erməni tərəf atəş açmaqda çətinlik çəkmirdi. Düşmən güllələr çox hallarda təpələrə doluşurdusa, ara-sıra da Azərbaycan əsgərinə dəyirdi...

Elə bu güllələrdən biri qəfil Vüsalın dostuna dəydi. Erməni snayperçi Vüsalın dostunu gözlərinin qarşısında vurdu. Güllə onun başına dəydi. Heç bir saniyə çəkmədi, gözlərini əbədi olaraq yumdu.

Vüsal ani sarsıntıdan sonra dostunu qucağına aldı, əlləri də, üst-başı da onun qanına bulaşdı. Dostunu ehmalca arxası üstə uzatdı, titrək əllərini qaralmaqda olan buludlara sarı uzatdı, ağzının içində nəsə dedi, sonra da əli ilə dostunun yarıaçıq qalmış gözlərini örtdü, yalnız indi hamının eşidəcəyi səslə kəlmeyi-şəhadət səsləndirdi, snayperini sinəsinə sıxıb özünə təhlükəsiz yer seçdi, ard-arda düşmənin üç döyüşçüsünü qanına qəltan etdi. Hər vurduqca da sayırdı: bu, bir, bu iki, bu da üç…

Yanındakılar Vüsalı sakitləşdirməyə çalışdılar. Baş leytenant dedi ki, bir azdan hücuma keçəcəyik, özünü tam şəkildə ələ al. Dostunun qisasını ancaq bu şəkildə ala bilərsən.

Erməni səngərlərini hədəf almış bir tankımız hər dəfə oyuqdan çıxıb qarşı səmtə mərmi atdıqca boz-bulanıq havada alovun və tüstünün seyrək izləri qalırdı. Qarşı səngərlərdən atılan mərmilər də tankımızdan yan keçir, onsuz da yüz yerindən zədə almış təpələrin sinəsində yeni yara açırdı.

Ani sakitliyin ardınca qalxan təlatümdən sonra ağır yerişi, ahəstə duruşu ilə düşməni aramsız atəşə tutan tankımız Vüsalın dostu kimi atılan mərmilərdən birinin hədəfinə tuş gəldi, oyuğa qayıda bilmədi, təpənin yaxasındaca “can verdi”, lüləsi yana çevrildi, üst qapağı açıldı, alovun içindən çıxan qaraltının əl-qol atmasından aydın oldu ki, tankçını alov bürüyüb; kömək çatana qədər onun da vücudu tamam yandı...

Komandir Vüsala xüsusi tapşırıq vermişdi. O, Xocavəndlə Şuşa rayonu arasındakı yastı təpələrin ortasından uzanan torpaq yolda əvvəlcə kəşfiyyat aparmalı, sonra da oradan keçən erməni maşınlarını hədəfə almalı idi. Gecənin qatı çağında erməni kəşfiyyatı bizim tərəfin təmas xəttinə ən çox bu yolla keçirdi. Vüsal tapşırığı qəbul etdikdən sonra blindaja qayıtdı - komandir ona dincəlmək üçün vaxt vermişdi. İçində qaynayan acıların sızıltısını unudub başını silahına söykədi. Onu duyğuların qoynundan alan ilğımla plan cızdığı tapşırığın arasında zəngulə vuran küləyin səsini bir vaxtlar dərədə quzu otararkən eşitdiyi səsə bənzətdi. Gözlərini dikdiyi səmtdə də xırda duyğular rəqs edirdi… Gecənin düşməsinə də hələ altı saat vardı. Vüsal indi blindajdan bir az aralıda arxası üstə uzanmışdı; iti gözləri ilə barıt rənginə çalan səmanı seyr edir, yaxın-uzaq xatirələrə ürək qızdırırdı. Qəribə idi: Xocavəndin başının üstündə bir dənə də olsun quş qalmamışdı. Hətta leş yeməyə müntəzir qarğalar belə buraları tərk etmişdilər…

Bu, Vüsalı narahat edirdi. Ancaq əmin idi ki, çox yaxında buralarda qaranquşlar ötəcək…

Gecənin rəngi, ilk baxışda soyuqlamış, sonra da dərman içib özünə bənd olan adamlarsayaq üstünə gəlmişdi...

Saat 1-ə işləyirdi. Ermənilərin olduğu səngər­lərdən işartılar görünürdü. Bu işartılar bəlkə də Azərbaycan əsgərinin diqqətini yayındırmaq üçün idi; belə məqamlarda erməni kəşfiyyatı “işə başlayırdı”.

Vüsal tələsirdi. Fanarını yandırmırdı ki, ermənilər duyuq düşməsinlər. Tələsirdi ki, tapşırığı lazımınca yerinə yetirsin. Təmkinli idi. Nəfəsini də ehtiyatla alırdı. Gedəcəyi torpaq yola çatanda saatın əqrəbləri yerlərini dəyişmişdi.

Vüsal, gecənin vücudunda sıxılıb qalan zülmətdən bezib dayandı, silahını çiyninə otuzdurub torpaq yolu nişan aldı, barmağını çaxmağa söykəyib gözlədi. Heç üç dəqiqə keçmədi, içi silah-sursat və canlı qüvvə ilə dolu yeddi zirehli maşın torpaq yolda ard-arda düzüldü. Vüsal cəld hərəkətlə yastı təpələrdən birinə dırmandı, üzü üstə uzanıb silahını maşınlara tuşladı. Hədəf buradan daha yaxşı görünürdü. Axırıncı maşın yola çıxanda Vüsal barmağını çaxmağa dirədi. Bir atəşlə qabaqda gedən zirehli maşının silah-sursatını vurdu, güclü partlayış oldu, maşın alışdı. Onun sonrakı atəşləri ermənilərin silah-sursatla dolu o biri maşınlarını da sarsıtdı. Ard-arda partlayan maşınların səsindən, ölmüş, yaxud yaralı halda üst-üstə qalaqlanan erməni saqqallılarının iniltisindən təxminən iki-üç yüz metr ərazini əhatə edən vadidə əsl cəhənnəm əzabı yaşandı. Vüsal cəld təpədən endi, istiqamətini dəyişib yenidən silahını doldurdu, açdığı atəşlər o qədər sərrast oldu ki, arxadakı maşın ümumiyyətlə partlayışla havaya qalxdı və qabaqdakı maşının üstünə düşdü. Səngərlərdə səs-küyləri bir-birinə qarışan ermənilər Vüsalın olduğu yeri gülləyə tutdular. Seçdiyi yer etibarlı olduğundan o, gülləyə tuş gəlmədi. Lakin yolun yuxarı səmtdən - ermənilər olan səngərlərdən görünən iki-üç metrini keçə bilmək çətinliyi ilə üz-üzə qaldı. Ancaq etdiyi manevrlər buna imkan yaratdı; arxasında gizləndiyi təpə güllə yağışına tutulduğu an Vüsal yolu keçə bildi. Bir tərəfi azacıq sıldırım olan təpənin böyründən ehtiyatla öz səngərlərinə qayıtdı. Erməni tərəf hayıf almaq üçün səngərlərimizi minamyotlardan atəşə tutanda əvvəlcədən məlumat almış topçularımız onları susmağa məcbur etdilər...

Səhər məlum oldu ki, komandirin tapşırığına əsasən erməni tərəfin yeddi maşını, xeyli silah-sursatı və onlarla canlı qüvvəsi məhv edilib...

Bu, Vüsalın qəhrəmanlığı idi, aldığı təşəkkürlər ona xüsusi zövq yaşadırdı…

Qarşı tərəfdən gələn uğultu kosmik sayıqlıqla Vüsalın qulaqlarına dolanda, onun səngər silkələyən səsi ətrafda yırğalandı, səngər başdan-ayağa bu səslə doldu, səsin ardınca da o, gənc bir əsgərin çiynindən basıb: - Əyil!!! - dedi və snayperini sinəsinə qondurub hədəfə tuşladı. Bu an səngərin sinəsində güclü partlayış oldu. Gənc əsgər nə baş verdiyini anlamamış snayperdən açılan atəş sarı-boz rəngə çalan təpələri lərzəyə gətirən erməni dığalarını pərən-pərən saldı.

Vüsal dedi:

- İstiqaməti dəyişmək lazımdır!

Gənc əsgər heyranlıqla Vüsalı süzdü, ölümdən qurtardığı üçün gözləri ilə ona təşəkkür etdi.

Vüsal da, bu nəvazişdən öyünmək azarına tutulmamaq üçün üzünü gənc əsgərə tutdu:

- Daha qorxmursan?

Əsgər başı ilə “yox” dedi.

Noyabrın 8-i idi. Qəhrəman əsgərlərimiz Şuşada ermənilərə qan uddururdular. Şuşa demək olar ki, düşməndən azad edilmişdi. Bu işdə Vüsalın da qəhrəmanlıq payı az deyildi. O, snayperini sinəsinə sıxanda, çoxları elə bilirdi ki, o, qranatamyot atır. Çünki hədəf aldığı yerlər toza qərq olurdu…

Havadakı ilğımlar saat əqrəbləri kimi bir-birinə ilişdi. Şuşanın çox az hissəsində ermənilər qalmışdı və bəlkə də beş-on dəqiqəyə onlar da yox ediləcəkdilər. Hamının bu sevinc hissi ilə yaşadığı an Vüsalın yanına bir mərmi düşdü. Mərmidən yaralananlar və şəhid olanlar da oldu. Mərmidən qopan qəlpə Vüsalı da baş nahiyəsindən ağır yaraladı. Təcili yardım çağırıldı. O vaxta qədər komandir Vüsalın başını sarıdı. Vüsal daha ehtiyatlı yardım göstərilməsi üçün yardım maşınına mindi. Bu an gözləri qaraldı, pəjmürdə halda dedi:

- Gözlərim görmür, komandir…

Komandir ona rahatlıq vermək üçün dedi:

- Gözlərini sarımışam, sən necə görə bilərsən ki?

O an komandir də, yardıma gələn tibb bacıları da əmin idilər ki, mərmi qəlpəsi Vüsalı ağır yaralayıb…

Komandirin səsi eşidildi:

- Onu təcili qospitala aparın!..

Noyabrın 8-i Qələbə elan olundu. Təəssüf ki, Vüsal Tahirov bundan xəbər tutmadı. O, 8 gün Bakıdakı xəstəxanalardan birində komada qaldı…

Noyabrın 16-da xüsusi təyinatlı gizir Vüsal Tahirov şəhid oldu. İkinci Fəxri xiyaban onu da öz dogma balası kimi qoynuna aldı…

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ