Bazar günü günü, 20 sentyabr 2026
     

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

Image


Bakı və ətraf qəsəbələrdə bir çox torpaq, ev sahiblərinin əlində bələdiyyə sənədləri var, amma sənədləşmə işində heç bir dövlət qurumu həmin sənədlərə yaxın durmur. Məsələ burasındadır ki, artıq 19 ildir bələdiyyələrin torpaqla bağlı sərəncam vermək səlahiyyəti əlindən alınıb. Barəsində bəhs edilən evlərin böyük əksəriyyətinin sənədi bələdiyyə tərəfindən verilmiş sərəncamlardır ki, vətəndaşlar onların əsasında torpaq alıb, onun üzərində ev tikiblər. Lakin həmin mülkiyyəti özəlləşdirə bilmirlər.

Bunlar fonunda son illərdə məhkəmələr Sulutəpə, Biləcəri, Binəqədi, Suraxanı və başqa Bakıətrafı qəsəbələrdə yüzlərlə fərdi yaşayış evinin sökülməsi barədə qərar çıxarır. Az qala hər həftə çıxarılan bu qərarlar neft şirkətlərinin məhkəmələrə şikayətləri əsasında verilir. İddia olunur ki, evlər neft şirkətlərinə məxsus torpaq sahələrində özbaşına inşa edilib. Həmin tikililər isə ərazidə neft-qaz əməliyyatlarının aparılmasına maneə yaradır. Bu üzdən hər bir evlə bağlı iddia ərizəsində onun sökülməsi, torpaq sahəsinin neft şirkətinin istifadəsinə qaytarılması tələb olunur. Ev sahibləri isə iddianı qəbul etmir. Deyirlər ki, 20-25 ilə yaxındır bu evlərdə yaşayırlar. Vaxtilə həmin torpaq sahələrini yerli bələdiyyələrdən alıblar, əllərində bunu təsdiqləyən sənədlər var. Ərazilərin hansısa neft şirkətlərinin istifadəsinə verilməsi barədə sazişlər olmasından xəbərləri olmayıb. Binəqədi sakini Sevinc Məmmədova məsələ ilə bağlı “Azadlıq” radiosuna deyir: “Biz hardan biləydik ki, belə bir saziş var? İndi çıxır ortaya ki, bu torpaq filan neft şirkətinin istifadəsinə verilibmiş. Şəxsən biz 20 il əvvəl torpaq alıb, zülmlə ev tikmişik. İllərdir qaz, su, işıq pulunu ödəyirik. Göz gördükcə uzanır, bu qədər qanunsuz ev olar? Bu, insanlara nağıl danışmaqdır”. Digər sakin Rəşad Həsənov bildirib ki, məhkəmə qərarları çıxarılsa da, hələ ki, kimsənin evini sökməyiblər. Onun sözlərinə görə, belə ərazilərdə ev tikənlərin əksəriyyəti Bakıda binalarda ev almağa maddi imkanı çatmayan şəxslər olub: “Düzdür, bir neçə mərtəbəli tikililər də var, əksəriyyəti isə iş üçün rayondan gəlib, sonra 1-2 sot torpaq alıb içində kiçik ev tikənlərdir. Bir otağında yaşaya-yaşaya təmir edib. Bu adamlar pis-yaxşı bir şərait qurub, illərdir yaşayır. Onsuz da vəziyyət ağırdır. Minlərlə evi uçurub adamları çölə tökmək bilirsiniz nə deməkdir?”. Bu qəbildən olan məhkəmə qərarlarının bir qismi ümumiyyətlə qiyabi – tərəflərin iştirakı olmadan çıxarılır. Ev sahibi bir də onda xəbər tutur ki, evinə məktub gəlir. Evlərin sökülməsinə qərar verən hakimlər bunu həmin vətəndaşların təhlükəli ərazilərdə yaşaması ilə əlaqələndiriblər. Qərarda yazıblar ki, düzdür, insanların əksəriyyəti ömür boyu işləyib çalışmaqla yalnız bir evə sahib ola bilir. Amma yaşamaq, sağlamlıq hüququ daha önəmlidir. Nazirlər Kabinetinin qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilib: “Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır”.

Vəkil Nemət Kərimli deyir ki, onillərlə insanların bu evlərdə yaşamasına imkan yaratmaqla, onları kommunal xidmətlərlə təmin etməklə dövlət faktiki vətəndaşların həmin əmlaklardan istifadəçi hüququnu tanıyıb. Belə olan halda, insanların istifadəçisi olduğu əmlakı onlara heç bir kompensasiya ödəmədən sökmək yolverilməzdir: “Bu insanlar həmin əmlakların mülkiyyətçisi deyil, amma istifadəçisidir. Onların əllərində mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışları yoxdur. Lakin 20-25 ildir ki, o evlərdə təbii qazdan, elektrik enerjisindən və sairdən istifadəyə dair ödənişləri öz adlarına həyata keçirdiklərini təsdiqləyən sənədlər var. Belə olan halda, o adamların əmlakını qanunsuz elan edib heç nə olmamış kimi sökmək, özünü də küçəyə atmaq mümkün deyil”. Vəkil hesab edir ki, söküntü baş verərsə, mütləq həmin insanlara kompensasiya ödənilməlidir. N.Kərimli əlavə edib ki, məhkəmə qərarlarında həm də dövlət mülkiyyəti ilə bağlı sərəncam vermiş şəxslərin məsuliyyəti məsələsi əksini tapmalı, bu istiqamətdə araşdırma aparılmalıdır.

Qeyri-rəsmi hesablamalara görə, Bakıda və Abşeron yarımadasında 500 min civarında sənədsiz ev və qeyri-qanuni tikili var, burada yaşayan insanların sayı isə 2 milyona yaxındır. Bu arada, hökumət sənədsiz evlərə amnistiya tətbiqini riskli hesab edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov cari il mayın 20-də keçirilən Ümumdünya Şəhərsalma Forumunda bildirib ki, qanunsuz tikililər üçün edilən sadə bir amnistiya gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər: “Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər”.

Amma dövlət qurumları illərdir ki, belə evlərə su, qaz, işıq satır. İndi sual odur: amnistiya olmasa, rəsmiləşmə baş verməsə, bu insanlar nə etməlidir? Onu da qeyd edək ki, qanunsuz tikililərlə bağlı problem təkcə onların yerləşdikləri ərazilərlə əlaqədar deyil. Ümumiyyətlə, qanunsuz tikililərin leqallaşması ümumi coğrafi baxımdan təhlil olunmalıdır. Təbii ki, bunların çox hissəsi ilk olaraq şəhərsalma planlamasına uyğun olmadığına görə həmin ərazi yaşayış məntəqələri kimi dövlət tərəfindən tanınmalıdır. İkinci istiqamət isə bu kimi evlərin hüquqi normativ əsasları, şəhərsalma əsaslarına uyğun tikilməməsidir. Həddindən artıq çox sıx evlər var ki, orada hər hansı bir təhlükəsizlik təminatının gələcəkdə olması mümkün deyil. Hələlik isə sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi aktual problemlərdən biri olaraq qalır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ