Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Jurnalist, ictimai-siyasi xadim, böyük dövlət adamı Nəsib bəy Yusifbəyli...
Tarix: 15.08.2015 / 01:20
Bölmə: Sosial
Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayan şəxsiyyətlərdən biri Yusifbəyli Nəsib bəy Yusif oğludur. Nəsib bəy Yusifbəyli Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yer tutur. Görkəmli dövlət xadimi iti qələmli publisist kimi tarixə düşüb. Qeyd edək ki, Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub.
Orta təhsilini Gəncə Gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olsa da, buranı bitirə bilməyib. Buna səbəb tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökumətinin universiteti müvəqqəti bağlaması olub. Bu hadisədən sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə gedir və burada İsmayıl Qaspıralının "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Burada o özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.
Tədqiqatçılar yazır ki, 1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olub. Az sonra İsmayıl Qaspıralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalır. 1909-cu ildə Gəncəyə qayıdaraq şəhər bələdiyyəsində çalışır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak edir. Bu zaman o, Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur və ictimai-siyasi fəaliyyətə başlayır.
1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmağa nail olur. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə.Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlayıb və onun proqramlarında millətçi federalistlərin əsas tələbi-Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanıb.
Tədqiqatçılar yazır ki, M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli olub. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi baş nazir, eləcə də daxili işlər naziri (16 iyun 1919-22 dekabr 1919) işləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilir. Bolşevik terrorunun qurbanı olan Nəsib bəy Yusifbəylinin Azərbaycan dövlətçiliyinin yaranmasında, inkifında əməyi danılmazdır. Bu da sirr deyil ki, o, vətənimizi istila etmək istəyənlərə qarşı ömrünün sonuna qədər mübarizə aparıb. Mübaliğəsiz deyə bilərik ki, torpaq uğrunda, dövlət və dövlətçilik yolunda şəhid olub. Nəsib bəy Yusifbəyli xalqımızın tarixində əhəmiyyətli rol oynayan şəxsiyyət kimi hər zaman ürəklərdə öz yerini tutur. Bir məqamı da xatırladaq ki, Nəsib bəyin fəaliyyəti ancaq bir sahə ilə məhdudlaşmır. O həm qələmi, həm düşüncəsi, həm də bütün potensialı ilə xalqa, dövlətə, dövlətçiliyə xidmət edib.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, Azərbaycan Cumhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir. Tədqiqatçı Mövsüm Əliyevə istinadən məlumat verən V.Ömərov bildirir ki, Nəsib bəy Yusifbəyli Odessada təhsil aldığı dövrdə universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biri idi. Yazılana görə, təşkilatın rəhbərlərinin 1904-cü ildə çəkilmiş fotoşəklində Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və başqa şəxslərlə yanaşı, Nəsib bəy Yusifbəyli görünür. Nəsib bəy Yusifbəyli Krımda olduğu illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib: "Tərcüman" qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya qoyulduğu, Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, N.Yusifbəyli o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünası F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" və Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adlı əsərlərinin Bağçasaray şəhərində çap olunması üçün çox çalışıb. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmayıb. Ümumiyyətlə, Nəsib bəy XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyanlardan biridir".
Aybəniz Kəngərli Nəsib bəy Yusifbəylinin İsmayıl bəy Qaspıralı ilə əlaqəsindən bəhs edərək yazır: "Güman etmək olar ki, Nəsib bəyi də İsmayıl bəy Qaspıralı ailəsi ilə Nəriman Nərimanov tanış edib. Universitetdəki siyasi fəallıq hökuməti qorxuya salıb, bir müddət hökumət Odessa Universitetini müvəqqəti bağlamalı olub. Sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı olub. 1907-ci ilin sonlarına doğru Bağçasaraya gəlib, "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Bu tarixdən etibarən Nəsib bəy Yusifbəylinin adını tez-tez "Tərcüman" qəzeti səhifələrində görürük. Burada Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla evlənib, bu nikahdan iki uşağı olub. Qızı Zöhrə xanım İsmayıl bəy Qaspıralının dünyadan vaxtsız köçmüş sevimli xanımının adını daşıyırdı və bu günə qədər İstanbulda Zöhrə Göygöl adı ilə yaşamaqdadır. Çox güman ki, o, atasının xatirəsinə bu soyadı qullanıb. Nəsib bəy Yusifbəylinin evlilik həyatı da İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik!" çalışmaları kimi talesiz bir sonluğa düçar olub, 1909-cu ildə o, Şəfiqə xanımdan ayrılıb, sonralar başqa bir qadınla evlənsə də, ömrünün sonuna qədər uşaqlarına qayğı göstərib, hətta bu ayrılma belə onun İsmayıl bəylə münasibətlərinin pozulmasına səbəb olmayıb. İsmayıl bəy Qaspıralı 1914-cü ildə dünyasını dəyişdikdə onun məzarı başında çəkilmiş tarixi bir foto dediklərimizin əyani təsdiqidir. Yenicə torpağa tapşırılmış İsmayıl bəy Qaspıralının məzarı başında iki nəfər dizi üstə dayanıb: onlardan biri İsmayıl bəy Qaspıralının oğlu, bir müddət "Tərcüman" qəzetini redaktə etmiş Rifət bəy, ikincisi isə Nəsib bəy Yusifbəylidir. Təkcə bu şəkil hətta qızı ilə ayrıldıqdan sonra da Nəsib bəy Yusifbəylinin İsmayıl bəyə münasibətinin, ehtiramının dərəcəsini anlamağa imkan verir. İsmayıl bəy Qaspıralının yaxın silahdaşı Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında bulunan doğmalar sırasında Nəsib bəy Yusifbəylinin də olduğunu, İsmayıl bəy Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirir. Bu kitabda həmin material-"İsmayıl bəyin vəsiyyəti" bütöv şəkildə "İqbal" qəzetindən transliterasiya edilərək sizə təqdim edilir. Nəsib bəy Yusifbəyli bir müddət İstanbula siyasi mühacirət edib, orada "Türk dərnəyi" adlı türkçü cəmiyyətin qurucularından olub. Sonra 1909-cu ildə Gəncəyə qayıdaraq orada ruhani mədrəsəsində müəllimlik edib. Nəsib bəy Yusifbəyli sonralar Azərbaycan türklərinin tanınmış liderlərindən biri kimi məşhurlaşıb, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından olub. Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk üç kabinədə maarif naziri, daha sonrakı iki kabinədə isə baş nazir, eyni zamanda, daxili işlər naziri olub.
Tədqiqatçılar yazır ki, 1911-ci ildə Azərbaycan ziyalıları M.F.Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsib bəy Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də "Tərcüman" qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunub. "Molla Nəsrəddin" satirik jurnalını o illərdə müdafiə edən ziyalılardan biri də Nəsib bəy Yusifbəyli idi. Onun 1909-cu il sentyabrın 4-də "Tərcüman" qəzetində dərc edilmiş "Mətbuat" adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və "Molla Nəsrəddin"ə xususi qiymət verilirdi. Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı "Yulduz"un redaktoru ilə polemika aparan müəllif "Molla Nəsrəddin"ə hücumların haqsız olduğunu bildirirdi. O illərdə Gəncədə mövcud olan "Müsəlman xeyriyyə cəmiyyətinin", "Müsəlmanlar içində maarifi yayan cəmiyyət"in və "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində Nəsib bəy Yusifbəyli yaxından iştirak edib. O, "Azərbaycan ədəbiyyatı tarixi" əsərini də həmin dövrdə yazıb başa çatdırıb. Əlyazmanın sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur.
V.Ömərov qeyd edir ki, 1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Həmin ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış "Türk ədəmi-mərkəziyyət partiyası" Gəncədə fəaliyyətə başladı. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı:
"Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etmişdi. Bu mitinq "Yaşasın demokratik respublika!", "Yaşasın Azərbaycan muxtariyyəti!" "Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!" şüarları altında keçirilmişdi. ("Baku", qəzeti, 12 aprel 1917). Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının Qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb edib. May ayında isə o, Moskvada keçirilən Rusiya Müsəlmanlarının Qurultayının iştirakçısı olub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində "Nəsib bəy Yusifbəyli-milli istiqlal və dövlətçilik mücahidi" məqalələr toplusu çap olunub. Azərbaycan Xalq Cumhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş toplu Rusiyada türk və müsəlman xalqlarının hüquqları uğrunda yorulmadan mübarizə aparan, milli dövlətçiliyimizin qurulmasında xüsusi rolu olan, Cumhuriyyətin hökumət başçısı olan Azərbaycanın görkəmli siyasi və ictimai xadimi Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə, eləcə də müəmmalı ölümünün araşdırılmasına həsr olunub.
Toplunun elmi redaktoru tanınmış cumhuriyyətşünas alim Firdövsiyə Əhmədovadır. Topluya F.Əhmədovanın "Nəsib bəy-Yusifbəylilər ocağının yetirməsi" və "Azərbaycan milli istiqlal hərəkatında Nəsib bəy Yusifbəylinin rolu", Əli Fərhadovun "Aləmi-Nisvan"da doğan bir şəfəq", Fikrət Bağırovun "Türk ədəmi mərkəziyyət partiyasının banisi Nəsib bəy Yusifbəyli", Günel Əliyeva-Məmmədovanın "Nəsib bəy Yusifbəyli və onun Zaqafqaziya Seymindəki fəaliyyəti", Zərifə Dulayevanın "Nəsib bəy Yusifbəyli və xalq təhsili" (rus dilində), Fərhad Cabbarovun Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinetinin siyasətində Azərbaycan-Rusiya münasibətləri məsələsi" və "Baş nazirə bir xidməti müraciətin izi ilə" (rus dilində), Zərifə Dulayevanın "Nəsib bəy Yusifbəyli və Azərbaycan Respublikasının beynəlxalq tanınması" (rus dilində), professor Solmaz Rüstəmova-Tohidinin "Nəsib bəy Yusifbəyli Üzeyir bəy Hacıbəyovun məktublarında", Səbuhi Əhmədovun "Nəsib bəy Yusifbəyli hökumətinin az məlum olan nailiyyəti-Azərbaycan hərbi hissələrinin döyüş bayrağının qəbul olunması", Nazif Qəhrəmanlının "Bir daha Nəsib bəy Yusifbəylinin qətli barədə" adlı məqalələri daxil olunub.
Bilirik ki, Azərbaycan dövləti Nəsib bəy Yusifbəylinin xatirəsini hər zaman əziz tutur və onun şəxsiyyətinə, fəaliyyətinə böyük dəyər verir. Bakıda görkəmli dövlət xadiminin adını daşıyan küçə var. Nəsib bəy Yusifbəyli kimi böyük dövlət adamları, qüdrətli şəxsiyyətlər bizim qürur yerimizdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ