Bunu APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.
O, bildirib ki, yaxın günlərdə "Bakı Tikiş Evi”nin əmtəə nişanından qeyri-qanuni şəkildə istifadə edərək məktəbli forması istehsal edən müəssisələrin aşkar edilməsi bağlı məlumat geniş ictimaiyyətə açıqlanacaq.
Komitə rəsmisinin sözlərinə görə, saxta məktəbli formaları əsasən Qaradağ rayonunda yerləşən iri ticarət məntəqələrində və paytaxtın müxtəlif yerlərində satılır: "Amma biz saxta məktəbli formasının satış yerindən daha çox onu istehsal edən müəssisələrin mənbəyini araşdırırıq”.