Cümə günü, 02 oktyabr 2026
     

“Çimərlik ərazilərinə girişə görə pul tələb oluna bilməz”

Image


Hər il çimərlik mövsümü açıq elan olunandan sonra Bakı sakinlərinin çimərliklərə giriş-çıxış problemi müzakirə mövzusu olur. Hələ çimərliklərdə təklif olunan müxtəlif xidmətlərin qiymətlərini demirik. İllərdir vətəndaşlar şikayət edir, kütləvi informasiya vasitələri problemi qabardır, ancaq bir nəticə hasil olmur ki, olmur. Bakı və Abşeron yarımadasındakı əksər çimərliklərə giriş pulludur. Giriş pulu təbii ki, ilkin mərhələdir. Sonrakı mərhələlərdə qiymətlər daha da yüksəlməyə başlayır...

Bir sözlə, vətəndaşlar narazıdırlar, amma Xəzər dənizinə giriş-çıxışı məhdudlaşdıran, "sahibkarlıq” fəaliyyəti ilə məşğul olan şəxslər isə bu haqlı narazılığı qulaq ardına vurmaqla məşğuldur. Dövlətin qəbul etdiyi qərarlar, verilən sərəncamları saya alan yoxdur. Ümumilikdə çimərliklərdəki obyektlərin "öz əlim, öz başım" prinsipi ilə hərəkət etməsi artıq heç kimə sirr deyil. Bu obyektlər sanki dövlət nəzarətindən kənarda qalıb. Bu sahədə stabil formada normativlərin müəyyənləşməsinə artıq ehtiyac yaranıb. Lap elə dərmanların qiymətinin tənzimlənməsi kimi...

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 26 may 2015-ci ildə Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında imzaladığı sərəncamın 1.3 bəndində qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur və buna nəzarət olunmasının icrası təmin edilməlidir.

Habelə sərəncamın 1.6 bəndində bildirilir ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər aralarındakı sərhədlərin təyin edilməsi məqsədilə çəkdikləri hasarın sahildən 20-25 metr məsafəyə qədər sökülməsini təmin etsin.

Sərəncamda Bakı Şəhər Ticarət və Xidmət Departamentinə tapşırılıb ki, çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin təşkili məqsədilə müvafiq qaydada yerlər müəyyən edilməsini, hüquqi və fiziki şəxslər tərəfindən malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsini, həmçinin çimərliklərə giriş üçün pul yığılmasının qarşısının alınmasını təşkil etsin.

Sərəncam da o da qeyd olunur ki, Şıx çimərlik zonasının Qaradağ rayonu sərhədinədək olan və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları əsasında müxtəlif firma və müəssisələrin istifadəsinə verilmiş ərazilər daş hasara alınaraq, bir növ qapalı zonaya çevrilib.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya deyib ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamda da göstərildiyi kimi, Bakı şəhəri və Abşeron yarımadasında çimərliklərin hamısına giriş birmənalı olaraq pulsuzdur: "Bu məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb. Bu sərəncamda həmin məsələlər ətraflı və izahlı şəkildə qeyd olunub. Bu gün əgər kimsə bunun ziddinə gedirsə, deməli, dövlətin qanununun ziddinə gedir”.

İcra hakimiyyəti rəsmisi bildirib ki, çimərliklərə giriş üçün pul tələb edən sahibkarlara dəfələrlə xəbərdarlıq olunub: "Lakin buna baxmayaraq, əksəriyyət bildiyi kimi hərəkət edir. Biz daha çox həmin çimərliklərdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlər, restoranlar, kafelər, barların lisenziyalaşdırılması ilə məşğul oluruq.

Hazırda monitorinqlər aparırıq. Monitorinqlər başa çatandan sonra bu məsələyə yenidən baxılacaq. Bilirsiniz insanları çaşdıran bəzi məqamlar var. İnsanlar elə bilir ki, dənizə girişin pulsuz olması ilə bağlı sərəncam varsa, deməli, gedib orada səhərdən axşama kimi dincəlmək olar. Məsələ belə deyil. Bunun səbəbi var. Çimərliklərdə insanlara təklif olunan skuterlər, çətirlər, ictimai sanitar qovşaqlar, duşxanalar və digər xidmətlərin hamısından istifadə pullu şəkildə həyata keçirilir. Bu xidmətlərə pul ödəməmək olmaz. Ərazini özəlləşdirənlər, icarəyə götürənlər bu qaydaları müəyyənləşdirir”.

Ə. Bağırov ərazinin özəlləşdirilməsi işinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu da əlavə edib.

Ə. Bağırov müəyyən çimərliklərdə dənizə giriş, habelə göstərilən xidmətlərin baha olmasını həmin çimərliklərdə göstərilən xidmət səviyyəsinin yüksək olması ilə əlaqələndirdi: "Xüsusi yaradılmış turist zonaları var ki, həmin ərazilərdə xidmət səviyyəsinin yüksək olması ilə əlaqədar qiymətlər yüksəkdir. Yenə vurğulayıram ki, bu məsələyə yenidən baxılacaq”.

Ə. Bağırov qeyd edib ki, Bakı və Abşeron yarımadasında 34 çimərlik fəaliyyət göstərir: "Bunlar Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonu ərazisindəki çimərliklərdir”.

Hüquqşünas Aslan İsmayılov isə deyir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1 bəndində Xəzər dənizinin (gölünün), Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər: "Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəliş məhdudlaşdırılmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.

A. İsmayılov əlavə edib ki, 2003-cü il yanvarın 13-də Heydər Əliyevin "Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” imzaladığı sərəncamla bu problemə münasibət bildirilib: "Burada birmənalı göstəriş var ki, dəniz kənarından 130 metr məsafədə olan bütün tikililər qanunsuzdur və məhkəmə, yaxud da inzibati qaydada sökülməlidir. Həmin ərazilər heç kim tərəfindən özəlləşdirilə və hasarlana bilməz. 2008-ci ildə prezident İlham Əliyevin də bu problemlə bağlı sərəncamı var. Eyni məsələlər burada da qeyd olunub ki, dəniz kənarına çıxış heç kim tərəfindən məhdudlaşdırıla bilməz. Xəzərin sahilindəki torpaqlar qanunsuz zəbt olunub və orada qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar”.

Xəzər dənizi ilə vətəndaşlar arasında bufer zona yaradanların hansı məsuliyyəti daşıdıqları ortadadır. Vətəndaşlar da, rəsmilər də, hüquq da, hamı bir sözü deyir: Dövlətin malı – Xəzər dənizi bu ölkənin, bu ölkə insanındır...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ