Verilən məlumata görə, hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.
Qeyd edək ki, avqustun 8-də Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onlardan 15-i uşaq olub. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur.