Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanda idmanla milli həmrəylik - "Qarabağ" zirvədə...

Image


Bu günlərdə Azərbaycanda idman həvəskarları böyük bir sevinc və coşqu yaşadı. Belə ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu iki oyunun nəticəsinə əsasən üstələyən “Qarabağ” komandası Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Dövlət başçısı qeyd edib: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”. Bütün bunlar həm də idmana Azərbaycanda ən yüksək səviyyədə göstərilən diqqət və qayğının təzahürüdür.

“Qarabağ” futbol klubunun yeni uğurları bütün Azərbaycanı sevincə qərq etdi

Qeyd edək ki, Azərbaycan rəhbərliyi idmanı yalnız fiziki fəaliyyət kimi deyil, həm də strateji bir sahə kimi qəbul edir. Xüsusən də prezident İlham Əliyev hələ 1997-ci ildən Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkədə idmanın inkişafı istiqamətində sistemli tədbirlərin görülməsinə xüsusi diqqət ayırıb. Məhz bu ardıcıl siyasət nəticəsində idman bugünkü yüksək səviyyəsinə çatıb.

İdman siyasətinin əsas məqsədi gənclərin sağlam həyat tərzi sürməsi, kütləvi idmanın inkişafı, ölkənin beynəlxalq yarışlarda uğurla təmsil olunması və Azərbaycan idmançılarını dünya miqyasında tanıtmaqdır. “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması bu prosesdə öz sözünü deyir. Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Ağdam klubunun evdə məğlub olmasına baxmayaraq, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasının böyük uğur olduğunu bildirib: “Qurban Qurbanov və komandası üçün nəticə önəmli idi. Rəqib son dəqiqələrdə daha təhlükəli idi. Hazırda Azərbaycan xalqı qürur hissi yaşayır. Ölkəmizin təmsilçisinin Avropanın ən böyük klub turnirin əsas mərhələsində olması möhtəşəmdir”.

Veteran futbolçu Liqa mərhələsində hansı komanda ilə qarşılaşmağın vacib olmadığını söyləyib: “Çünki orada olan bütün komandalar güclüdür. “Qarabağ”ın da onlarla üz-üzə gəlməsi və Bakıya gətirməsi fəxr olunacaq məqamdır”. Onu da bildirək ki, futbol dünyanın ən populyar idman növü olmaqla yanaşı, Azərbaycanda da geniş kütlələr tərəfindən sevilən və izlənilən bir idman sahəsidir. Dövlətin idmana, xüsusilə futbola göstərdiyi diqqət və qayğı nəticəsində bu idman növü ölkəmizdə həm peşəkar, həm də kütləvi səviyyədə inkişaf etməkdədir. Futbolun inkişafı təkcə idman uğurlarına deyil, həm də gənclərin sağlam həyat tərzi sürməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə və milli birliyin möhkəmlənməsinə xidmət edir. Dövlət rəhbərliyi futbolu yalnız idman növü kimi deyil, həm də cəmiyyətin sosial həyatında mühüm rol oynayan bir sahə kimi dəyərləndirir. Son illərdə qəbul olunan dövlət proqramlarında futbolun inkişafına xüsusi yer ayrılıb, bu istiqamətdə maddi və təşkilati dəstək göstərilib. Futbolun inkişafı üçün əsas şərtlərdən biri müasir infrastrukturun mövcudluğudur. Azərbaycanda son 20 ildə bu sahədə böyük işlər görülüb. Bakı Olimpiya Stadionunun istifadəyə verilməsi, Tofiq Bəhramov adına Respublika Stadionunun yenidən qurulması, regionlarda yeni stadionların və futbol meydançalarının tikilməsi futbolçuların peşəkar şəkildə məşq etməsinə və beynəlxalq yarışların keçirilməsinə şərait yaradıb. Bundan əlavə, uşaq və gənclər üçün mini-futbol meydançalarının tikilməsi futbolun kütləviləşməsinə təkan verir. Demək olar ki, hər bir bölgədə gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün futbol meydançaları mövcuddur. Azərbaycan futbolunun gələcəyi üçün əsas prioritet uşaq futbolunun inkişafıdır. AFFA ilə dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində müxtəlif futbol akademiyaları və məktəbləri yaradılmışdır. Bu akademiyalar gənc istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Dövlət tərəfindən maliyyələşdirilən layihələr, regionlarda keçirilən turnirlər və məktəblilər arasında təşkil olunan yarışlar futbolun geniş yayılmasına səbəb olur. Məktəblərdə futbol dərslərinin təşviqi və yerli klubların uşaq komandalarının gücləndirilməsi də diqqət mərkəzindədir. Dövlət qayğısı futbol klublarının fəaliyyətində də özünü göstərir. Son illərdə “Qarabağ” futbol klubu Avropa arenasında əldə etdiyi uğurlarla Azərbaycan futbolunun simasına çevrilib. Klubun ardıcıl olaraq UEFA Avropa Liqası və Çempionlar Liqasında çıxış etməsi dövlətin və AFFA-nın dəstəyinin real nəticəsidir. Digər klubların da inkişaf etməsi üçün müxtəlif layihələr həyata keçirilir, sponsorluq və maliyyə dəstəyi təmin olunur. Futbol təkcə idman deyil, həm də ictimai hadisədir. Dövlətin futbola qayğısı nəticəsində bu idman növü gənclər arasında milli həmrəyliyin gücləndirilməsinə xidmət edir. Milli komandanın hər bir oyunu xalqın böyük marağına səbəb olur, azarkeşlərin birliyi isə milli ruhu daha da yüksəldir.

İdman ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə də böyük töhfələr verir

İdmanın digər sahələrinə də diqqət yüksəkdir. Dövlətin idmana göstərdiyi qayğı öz nəticəsini beynəlxalq arenada da göstərir. Azərbaycan idmançıları olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanmışdır. Güləş, boks, cüdo, taekvondo kimi döyüş növlərində qazanılan medallar ölkəmizin idman sahəsində güclü potensiala malik olduğunu təsdiqləyir.

Azərbaycanda idman yalnız peşəkar səviyyədə deyil, həm də kütləvi şəkildə təşviq olunur. Məktəblərdə, universitetlərdə və müxtəlif təhsil müəssisələrində idman dərslərinin keyfiyyətinin artırılması, gənclərin müxtəlif idman növlərinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. “Sağlam gələcək” prinsipi dövlət siyasətinin əsas hədəflərindən biridir. İdman tədbirləri və marafonlar da kütləviliyi artırmaq məqsədi daşıyır. Bakı Marafonu, velosiped yarışları və digər sosial layihələr insanların fiziki fəallığını artırmaqla yanaşı, sağlam həyat tərzinin təbliğinə xidmət edir. İdman yalnız yarış meydanı ilə məhdudlaşmır, o həm də xalqları birləşdirən, dostluq və əməkdaşlığı təşviq edən bir vasitədir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbirləri ölkəmizin dünyaya açıq, tolerant və qonaqpərvər olduğunu sübut edir. Bu tədbirlər vasitəsilə Azərbaycan mədəniyyətini, tarixini və dəyərlərini dünyaya tanıdır.Eyni zamanda idman uğurları xalqımızda milli həmrəylik hisslərini gücləndirir. İdmançılarımız beynəlxalq arenada qalib gəldikdə Azərbaycan bayrağının dalğalanması və himnimizin səslənməsi hər bir vətəndaşda qürur hissi yaradır. Bütün bunlar göstərir ki, Azərbaycanda idmana ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idman həm ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə, həm də sağlam və güclü nəsillərin formalaşmasına xidmət edir. Azərbaycanın idman ölkəsi kimi nüfuz qazanması isə yalnız uğurların göstəricisi deyil, həm də gələcəyə inamın ifadəsidir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ