Cümə günü, 16 oktyabr 2026
     

Polis qanununda nələr dəyişdirilir(?)…

Image


Şəmsəddin Əliyev: “Azərbaycan polisinin rifah halı niyə Avropa polisindən zəif olmalıdır?”

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polis orqanlarının maddi-texniki bazası möhkəmləndirilir. Bu məsələ Milli Məclisin iclasında müzakirə olunan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Ekspertlər hesab edir ki, qanuverciliyə təklif olunan yeni mexanizm polis əməkdaşlarına yönəlik sosial layihələrin, mənzil və tibbi təminatın, eləcə də peşəkar hazırlığın maliyyə əsasını gücləndirəcək. Digər tərəfdən, bu cür mexanizmlər polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə də töhfə verəcək.

“Polisin əmək haqqı o qədər artmalıdır ki, ən azı Milli Məclis üzvlərinin əmək haqqının yarısı qədər olsun”

Məsələ haqqında fikir bildirən "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, polisin bu gün fəaliyyəti bütün ictimaiyyətin, Azərbaycanda çalışan diplomatik korpusların, hətta onların ailə üzvlərinin məmnunluğu ilə yadda qalır: “Bakı şəhərində sabitliyin qorunması, təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur, yerinə yetirilir, ictimai qaydalar yerinə yetirilir. Hüquqpozmalarla bağlı hansı şəkildə mübarizə aparıldığı cəmiyyətə bəllidir. Danılmaz faktdır ki, kütləvi informasiya vasitələri o qədər geniş inkişaf edib ki, fikir və söz azadlığına belə məhdudiyyət yoxdur və polisin gördüyü işlər ictimailləşdirilir. Polisin vəzifələrini necə yerinə yetirməsi göz qabağındadır. Il ərzində 30-35 min cinayət rəsmən qeydiyyata alınır, onun 90 faizinin açılması təmin edilir. Bu cinayətlərin əksəriyyəti qeyri-aşkar şəraitdə baş verir. Nəzərə almaq lazımdır ki, cəmiyyətə, hətta polisin özünə bəlli olmayan bir şəraitdə baş verən cinayətlərin açılması zaman tələb edir. Burda şəxsi heyətin sayı da önəmlidir. Avropa ilə müqayisədə Azərbaycan polisinin sayı çox azdır. 10 milyondan çox əhaliyə Azərbaycan polisinin sayı azdır. Məlumata görə, mindən çox ştat vahidində vakansiya var”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin olunmasına bütün qurumlar öz töhfəsini verməlidir. Lakin qurumların yarımillik və ya illik hesabatlarında özlərinin fəaliyyət istiqamətlərində cinayətkarlıqla mübarizə ilə bağlı bir cümləyə belə rast gəlmək mümkün deyil: “Təhlükəsizliyin təmin olunması daxili işlər orqanlarına və birgə çalışan hüquq-mühafizə orqanlarına həvalə edilib. Bunun öhdəsindən də tam şəkildə gəlinir”.

Ş.Əliyevin sözlərinə görə, polisin maliyyələşməsi mənbələri artırılır. Bu, “Polis haqqında” qanunda qeyd edilib: “Məlumat üçün deyim ki, polisin fəaliyyətinin maliyyələşməsi “Polis haqqında” qanunun 39-cu maddəsində də qeyd edilib. Qanunla müəyyən edilmiş qaydada bağlanılan müqavilələr, dövlət və qeyri-dövlət fondlarının hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına maliyyələşən polis əməkdaşlarının sayını və onlara çəkilən xərci müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Ancaq bu gün polisin məvacibi, hüquq-mühafizə, prokurorluq orqanları və ya məhkəmə hakimiyyəti ilə müqayisədə 3-4 dəfə azdır. Ancaq faydalı iş əmsalına gələndə polis hər bir qurumdan 4 dəfə artıq işləyir. Məsələn, Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında çalışan polis mayoru rütbəsində olan və 15 illik təcrübəyə malik əməkdaşın əmək haqqısı 950-1000 manat civarındadır. 15 il xidmət edən polis əməkdaşının övladlarından biri ödənişli ali təhsil alarsa, o ailənin vəziyyətini təsəvvür etmək çətin deyil. Həmçinin, onların mənzil şəraitini təsəvvür etmək lazımdır. Hazırda polis dövlət tərəfindən mənzillə təmin olunmur. Ancaq Sovet dönəmində polis rəsmi şəkildə mənzil növbəsinə dayanırdı, o xidməti vəzifəsini icra edərkən vəfat edərdisə həmin növbə ailəsinə şamil olunurdu. Ancaq bu gün bu kimi imtiyazlar yoxdur. Hesab edirəm ki, polis mayoru rütbəsində çalışanların əmək haqqısı azı 3000 manat olmalıdır. Belə olarsa, o həmin vəsaitlə həm ailəsini dolandırar, həm də ehtiyaclarını qarşılayar. Xatırladım ki, Ulu öndər Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət edərkən üzünü polis əməkdaşlarlına tutub “mən polisin əmək haqqısını o qədər artıracam ki, onun gözü digərlərinin əlində və cibində olmasın” sözlərini demişdi. Hesab edirəm ki, bu sitata hörmət və ehtiram bəsləmək lazımdır. Polisin əmək haqqı o qədər artmalıdır ki, ən azı Milli Məclis üzvlərinin əmək haqqının yarısı qədər olsun. Danılmaz faktdır ki, bu gün hər kəs evində rahat olursa, bu, polisin fəaliyyəti sayəsindədir. Polisin rifah halının yaxşılaşdırılması bizim konstitusiyamızda da qeyd edilib. Məlumat üçün deyim ki, konstitusiyanın 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi qeyd edilir. Həmin maddədə bildirilir ki, insan hüquq və azadlıqlarını, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. Polis Azərbaycan dövlətinin bir zümrəsidir, vətəndaşıdır. Polisin xidmətinin fərqində olmaq lazımdır. Onların narahat gecələrini, öz missiyalarını necə şərəflə icra etdiyini görmək, hiss etmək lazımdır. Azərbaycan polisinin rifah halı niyə Avropa polisindən zəif olmalıdır?”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ