"Azercell" mobil rabitə operatoru Whatsapp-a məhdudiyyət qoyması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Şirkətdən baki-xeber.com-a daxil olan məlumatda deyilir: "Son günlər mətbuatda gedən yazılara cavab olaraq bildirmək istərdik ki, "Azercell" şirkəti tərəfindən "Whatsapp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, "Azercell" şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır".