Cümə günü, 02 oktyabr 2026
     

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Image


Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğala məruz qalan Azərbaycan həm də tarixin bütün dövrləri və bütün dövlətlər üçün ən ağrılı məsələ olan qaçqın və məcburi köçkünlər problemi ilə üz-üzədir. Amma Azərbaycan dövləti özünün iqtisadi yüksəlişinə güvənərək qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi addımları atır.
Ötən illər ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, həmçinin onlara güzəşt və imtiyazların verilməsinə yönəlik normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 may 1999-cu il tarixdə imzalanan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülən şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə", "Məcburi köçkünlərə bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilən "Məcburi köçkünlərə birdəfəlik və mütəmadi pul yardımı, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilən "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması Qaydası", "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası", Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 01 iyul 2004-cü il tarixli Sərəncamı və s. hüquqi-normativ aktlar var. Ölkə Prezidenti tərəfindən məcburi köçkünlərin hüquqlarını müdafiə edən 44 fərman və sərəncam imzalanıb, Milli Məclisdə bununla bağlı 23 qanun qəbul olunub, Nazirlər Kabineti isə 194 qərar və sərəncam verib.
Azərbaycan Respublikası 1993-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında Konvensiyasına qoşulub.

Yeni salınan ərazilərə köçürülmə...

2001-2002-ci illər ərzində mərhum prezident Heydər Əliyevin imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar olunub və onlara müvafiq torpaq sahəsi verilib. H.Əliyevin "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınan azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 22 avqust tarixli, 562 nömrəli, "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşən və çadır düşərgələrində müvəqqəti yerləşdirilən məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli, 577 nömrəli, "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşan məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli, 700 nömrəli fərmanlarına əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşması problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondundan ümumilikdə 359 milyard manat vəsait ayrılıb. Həmin vəsait hesabına yeni yaşayış qəsəbələri, o cümlədən 6076 mənzil tikilib, bu qəsəbələrdə 18 məktəb binası, 18 səhiyyə məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.
Doğma torpaqlarından didərgin düşənlərin sosial-iqtisadi problemlərinin necə həll olunduğunu öyrənmək məqsədilə rayon icra hakimiyyətlərinə müraciət etdik.

"Füzuli məcburi köçkünləri müntəzəm olaraq dövlət təminatı ilə əhatə olunur"

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, o, bir vətəndaş və icra başçısı kimi daim məcburi köçkünlərin hər bir problemi ilə maraqlanır: "Rayonda 45 inzibati ərazi dairəsi, 100 inzibati ərazi vahidi var. Hazırda 62 ərazi vahidi işğal altındadır, 22 ərazi vahidi işğaldan azad olunmuş ərazidə yerləşir. Ölkə başçısının sərəncamları ilə 2003-cü ildə 11 Qayıdış, 2007-ci ildə isə 5 Zobucuq qəsəbələri salındı, həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayır.
Hazırda rayonun işğaldan azad olunan ərazisində 67 min nəfər əhali yaşayır. 55 min nəfər füzulili məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və başqa rayonlarda məskunlaşıb".
İcra başçısının sözlərinə görə, rayonun məcburi köçkünləri müntəzəm olaraq dövlət təminatı ilə əhatə olunur: "Füzulili məcburi köçkünlərə çörəkpulu, işıq, qaz, su və torpaqla bağlı imtiyazların hesabına hər il 40 milyon manatdan çox təmənnasız köməklik göstərilir. Bura tikinti-abadlıq işlərini, güzəştli kreditləri, əkinlə bağlı subsidiyaları, müxtəlif yardımları əlavə etsək, ölkə başçısının füzulililərə olan qayğısının miqyası özünü daha aydın göstərir.
Paytaxt Bakı şəhərində, başqa şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkünlər də daimi diqqət və qayğı ilə əhatə olunur. 2014-cü ildə Bakıda məskunlaşan 256 ailə Müşfiqabad qəsəbəsində, 215 ailə isə Mehdiabad qəsəbəsində hər cür şəraiti olan mənzillərlə təmin olunub".
A.Alıyev onu da əlavə etdi ki, yaxın günlərdə rayon ərazisində 400 ailə üçün yeni qəsəbənin salınmasına başlanacaq: "Rayon ərazisində məcburi köçkünlər üçün salınan 11 Qayıdış və 5 Zobucuq qəsəbələrində məskunlaşan məcburi köçkünlər işıq, su, qaz, elektrik enerjisi ilə təmin olunub, hər bir ailəyə həyatyanı və pay torpağı verilib. Sözügedən qəsəbələrdə məktəb, bağça, poçt, kitabxana və musiqi məktəbləri və digər xidmət təşkilatlarının binaları fəaliyyət göstərir.
Qayıdış və Zobucuq qəsəbələrində, o cümlədən işğaldan azad olunan digər ərazilərdə məskunlaşan füzulili məcburi köçkünlər yeməkxərci müavinəti alırlar, dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulan digər güzəşt və imtiyazlardan da istifadə edirlər".

Hər bir ağdamlının sosial problemi yüksək səviyyədə həll olunur

Ağdam Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Allahverən
Əliyev bizimlə söhbətində bildirdi ki, doğma yurd-yuvalarından didərgin düşən ağdamlılar respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Yeni salınan 18 qəsəbədə hazırda 4990 ailə, 25708 nəfər yaşayır: "Rayon icra başçısı Raqub Məmmədov mütəmadi olaraq məcburi köçkünlərin yaşayış tərzi ilə maraqlanır. Onlarla görüş keçirir, hər bir vətəndaşın problemini həll etməyə çalışır. Ağdamlı məcburi köçkünlərin sosial durumlarının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən hər bir şərait yaradılıb".

"Məcburi köçkünlər üçün yaraşıqlı binalar tikilib"

Kəlbəcər rayonundan didərgin düşən Rəfiqə Məmmədova bizimlə söhbətində bildirdi ki, rayon işğal olunan zaman ailəsi ilə birlikdə Biləsuvar rayonuna pənah gətirib: "Orada çadır şəhərciyində məskunlaşdıq. Bir neçə il çox əziyyətlə yaşadıq. Çadır həyatı məşəqqətli həyat deməkdir. Yayda istidən bişirsən, qışda soyuqdan donursan. Havasızlıqdan boğulursan. Daha sonra mərhum Prezidentin sərəncamı ilə bizimlə birliklə həmin çadır şəhərciyində yaşayan kəlbəcərlilərlə Bakıya gəldik. Öncə Sahil qəsəbəsində yay klubunda yerləşdik. Daha sonra Heydər Əliyevin sərəncamına əsasən, əlillər və şəhid ailələri üçün Ümid qəsəbəsində yeni evlər tikildi. Həmin evlərdən mənə də verildi. Bu evlər geniş həyəti olan evlər idi. Ancaq son illərdə həmin ərazini su basdı. Sağ olsun ölkə başçısı. İ.Əliyevin göstərişi ilə biz məcburi köçkünlər üçün yaraşıqlı binalar tikildi və hazırda orda yaşayırıq. Və hər bir məcburi köçkün doğma diyarına dönəcəyi günü səbrsizliklə gözləyir. O cümlədən mən də".
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Bu kontekstdə ölkə başçısı İ.Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.
Onu da qeyd edək ki, Laçın rayonunda doğulub, boya-başa çatan Elxan Çıraqov Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün Avropa Məhkəməsinə müraciət edib. Və Avropa Məhkəməsi E.Çıraqovun xeyrinə qərar çıxarıb. Onun mətbuata verdiyi açıqlamada qeyd olunur: "Ermənistan hüquqi müstəvidə işğalçı dövlət kimi tanınmırdı. Bu qərarla Ermənistan ilk dəfə hüquqi müstəvidə işğalçı dövlət kimi tanındı. Bu qərar Azərbaycan xalqının xeyrinə olacaq".
Göründüyü kimi, Avropa Məhkəməsinin qararı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələnin açılışından xəbər verir.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.


qachqin sheherciyi5



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ