Mərkəzin xəbərdarlığında deyilir: "Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məhşur veb-saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdı. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu vaxtı atom saatına əsasən tənzimləyir. Nəticədə vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə yanlışlıq kimi anlayaraq öz fəaliyyətini dayandıra bilərlər.
Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqə müddət ərzində kompüterləri söndürməyi tövsiyə edir".