Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bir əlində qələm, bir əlində silah...
Tarix: 24.06.2015 / 02:23
Bölmə: Sosial
Ot kökü üstə bitər. O, əsilli-nəsilli bir ailədə dünyaya gəlib. Qəhrəmanlıq Kazımovların qanında olub. İsmayıl bəyin adı indi də zəngəzurluların dilindən düşmür. 19-cu əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi Məktəbi bitirən İsmayıl bəy vətənə dönəndən sonra doğma yurdunu erməni təcavüzündən qorumaq üçün əlindən gələni edib.
Məhz İsmayıl bəyin sayəsində 1918-1920-ci illərdə minlərlə zəngəzurlu erməni zülmündən xilas ola bilib. Kazımağa hələ uşaq ikən babası haqda çox eşidirdi. Onun ən böyük arzusu İsmayıl bəy kimi qəhrəman olmaq idi...
Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Kazımağa Möhsün oğlu Kərimov 1951-ci il sentyabr ayının 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyalı ailəsində anadan olub. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarına düzgün tərbiyə vermək, onları xalqına-millətinə layiq böyütmək olub. Çətin də olsa, Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çataraq, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaradırlar. Ailənin yeddinci övladı olan Kazımağa, digər qardaşları kimi, orta məktəbi doğulub boya-başa çatdığı Qubadlı rayonunda bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Mətbu aləmə yenicə qədəm qoyan Kazımağa Kərimov çalışırdı ki, sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq qaçsın. Amma Kazımağanın ağlına da gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Görünür, bu da qəhrəmanın taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Onu yaxından tanıyanların dediyinə görə, Kazımağa xarakter etibarı ilə fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi və mehriban idi. Heç zaman başqasından köməyini əsirgəməzdi. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə son dərəcə uzaqgörən olması və ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə analiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri tələbəlik illərində müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun xatirələrində də əksini tapıb. Yazıçı Kazımağada olan bu xarakteri adındakı «ağa» sözü ilə uyğunlaşdıraraq, bu sözün sanki onun xarakterinə yansıdığını yazmışdı. Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək, bir müddət «Azərbaycan məktəbi» jurnalında, sonra isə «Azərbaycan müəllimi» qəzetində çalışıb.
1988-ci ildə doğma vətənin üzərini qara buludlar aldığı vaxt Kazımağa Kərimov qələmini silahla əvəzləyib. Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçib. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant kimi vətən torpağının müdafiəsinə qalxdı. O, döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak edib. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə rəhbərlik edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, o bu sınaqdan alnıaçıq çıxıb. Bu uğurlarla kifayətlənməyən Kazımağa Kərimov komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyatın məqsədi düşmən tapdağı altında olan Ağcakəndin (o zamankı Şaumyan rayonunun) azad olunması idi. Təəssüf ki, bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu döyüş olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Ağcakəndin azad olunması uğrunda gedən döyüşdə Kazımağa Kərimov ağır yaralanır. Amma o, düşmənlə üzbəüz dayanmış əsgər və zabitləri ruhdan salmamaq üçün döyüşü davam etdirmək əmri verir. Çoxlu qan itirsə də, bu cəsur komandiri səngərdən çıxarmaq mümkün olmur. Düşmənin canlı qüvvəsi və sonuncu hərbi texnikası məhv edilənə kimi Kazımağa Kərimov silahı əlindən yerə qoymur. Məhz bunun sayəsində həmin tarix Ağcakəndin, yəni o zaman rayon statusunda olan bütöv bir ərazinin azad olunduğu gün kimi təqvimə həkk olunur.
Aldığı yara ağır olduğu üçün əməliyyat bitdikdən sonra Kazımağanı Bakı şəhərində yerləşən hərbi hospitala çatdırırlar. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an özünü itirmədən əllərini havaya qaldıraraq belə deyir: «Yaxşı ki, yazan əlim var». Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan əzizlərinin ağlına belə gəlməzdi ki, onun özünü itirəcəklər. Çünki onu tanıyanların heç biri bu fikri bir anlıq olsa belə qəbul edə bilmir, «dağ boyda» bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini ağıllarına da gətirmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz necə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucaldı. Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Kazımağa Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk jurnalist idi.
Kazımağa Kərimovun adını əbədiləşdirmək məqsədilə Bakı şəhərində onun adına küçə verilib. Eyni zamanda, doğulub boya-başa çatdığı Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Həmçinin Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü də qoyulub.
Son söz əvəzi
Son dəfə Bakı şəhərində tələbə yoldaşları ilə görüşən Kazımağa Milli Ordumuzun yaxın günlərdə Goranboy cəbhəsində böyük uğurlara imza atacağını söyləyir. Sonra isə söz verir ki, müharibə başa çatan kimi avtomatını qələmi ilə əvəzləyərək, əvvəlki illərdə olduğu kimi yaradıcı fəaliyyətini davam etdirəcək. Tələbə yoldaşları ilə sağollaşan Kazımağa Kərimov növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və təklif edir ki, həmin gün Şəhidlər Xiyabanında görüşsünlər. Vədə yetişəndə Şəhidlər Xiyabanına gələn qələm dostları gözləmədikləri mənzərə ilə qarşılaşırlar: böyük bir izdiham öz çiynində Kazımağanın cənazəsini gətirirdi...
Tələbə yoldaşları hər il iyun ayının 16-da Şəhidlər Xiyabanında bir araya gəlirlər. Amma heç vaxt bununla bağlı əvvəlcədən Kazımağa Kərimova məlumat vermirlər. Çünki 1992-ci il iyun ayının 16-dan etibarən Kazımağa bu müqəddəs məkanın daimi sakininə çevrilib...
Seymur VERDİZADƏ
Yazı «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində hazırlanıb.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ