Cümə günü, 02 oktyabr 2026
     

Elm və təhsilin inkişaf etdirilməsi

Image


Elm və təhsil hər bir dövlətin, xalqın əsas sütunlarından, dayaqlarından biridir. Elmsiz, təhsilsiz cəmiyyət inkişafa, tərəqqiyə, uğura sarı addımlaya bilməz. Çünki mayası, özəyi olmayan cəmiyyətin formalaşması mümkünsüzdür.
Azərbaycanda elmin inkişafına hələ qədim zamanlardan böyük əhəmiyyət verilib. Bilirik ki, tarixən müxtəlif dövrlərdə Azərbaycan alimləri yaşayıb, yaradıb, nəinki milli elm tariximizdə, hətta dünyanın elm tarixində hadisə olan əsərlər yazıb, kəşflər edib, məktəblər yaradıblar. Bu gün o məktəblər dünyanın elm tədqiqatçıları tərəfindən öyrənilir, tətbiq edilir.
Müstəqil Azərbaycan da elm və təhsilin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dövləti son illər hər iki sahədə böyük islahatlar həyata keçirib, bir-birilə sıx bağlı olan bu istiqamətlərin, sahələrin inkişafına yönələn tədbirlər həyata keçirib. Azərbaycanda elm siyasətinin yenidən müəyyən edilməsi, onun müxtəlif istiqamətinin təkmilləşdirilməsi, bu yöndə yeniliklərin tətbiqi çağdaş elmimizin dünya elmi ilə uzlaşmasına gətirib çıxarıb. Bu müsbət hadisə ölkənin elm ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Məlumdur ki, illər əvvəl Azərbaycanda elm və təhsil sahəsinin vəziyyəti elə də ürəkaçan deyildi. Bu gün alimlərin, elm adamlarının, təhsil işçilərinin gün-güzəranı, onların əməyinin dəyərləndirilməsi sahəsində bir sıra addımlar atılıb. Elm adamlarının bu sahə ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Ölkənin baş elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göstərilən dövlət qayğısı, AMEA-nın elmi-tədqiqat institutlarının yüksək səviyyədə fəaliyyət göstərməsi, gənc elm adamlarının yetişdirilməsi üçün həyata keçirilən tədbirlər, yaradılan şərait təqdirəlayiqdir. Dövlətin elmə diqqəti sayəsində bu elm məbədinin şöhrəti yenidən özünə qaytarıldı.
Məlum olduğu kimi, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil sahəsinə göstərilən ardıcıl, davamlı münasibətdir. Bu sahələrə göstərilən qayğının məqsədi elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olub. Elm siyasəti haqqında qanunun əsas istiqamətini bu məsələ təşkil edir.
Bu da məlumdur ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Bildiyimiz kimi, dövrün tələbinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlayıb. Strategiyada Azərbaycan elminin strukturu və tərkibinin ölkənin mövcud və perspektiv tələbatları baxımından müəyyən edilməsi, ölkədə elmin dünya elmi, texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkilinin təmin edilməsi, elmin ölkənin iqtisadi inkişafında rolunun artırılması, elm sahəsində mövcud kadr potensialının, o cümlədən elmi-tədqiqat problemləri ilə məşğul olan mütəxəssis və eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığının təmin edilməsi, Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin normativ-hüquqi bazasının yaradılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi məktəblərin qorunmasına və varisliyin təmin edilməsinə nail olunması, elmin, təhsilin və istehsalın inteqrasiyasının təmin edilməsi, elmi işçilərin sosial vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, ölkənin texnoloji cəhətdən modernləşdirilməsi, elmi potensialın ölkənin milli təhlükəsizliyində fəal iştirakına nail olunması, xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələlərin yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, elmi potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi kimi vacib məsələlər yer alıb. Bu, Azərbaycan elminin yüksək səviyyədə inkişaf etməsinə stimul verən vacib dövlət sənədidir. Sənəddə vurğulanır ki,
Azərbaycan Respublikasında elmin inkişafı dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni və milli təhlükəsizlik sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir.
Yeri gəlmişkən, respublikada elm siyasətinin əsasını qoyan Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin bu sahəyə verdiyi töhfələri unutmamalıyıq. Bu gün onun kursunu uğurla və ləyaqətlə davam etdirən Prezident İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bildiyimiz kimi, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri adlandırılıb. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-birilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir.
Onu da xatırladaq ki, Təhsil Nazirliyinə tabe olan 20 dövlət ali təhsil müəssisəsində 131 fakültə, 659 kafedra, dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi mərkəz, 92 elmi-tədqiqat laboratoriyası, 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Dövlət ali təhsil müəssisələrində elmi tədqiqatlar əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bununla yanaşı, digər mənbələrdən də istifadə edilir. Bu sıradan istehsalat müəssisələri ilə bağlanan təsərrüfat müqavilələri əsasında aparılan tədqiqatları, beynəlxalq fondların və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ayrılan qrantları qeyd etmək olar.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" ölkəmizdə elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmini baxımından qiymətli sənəddir.
Müasir elm və təhsilimizin yüksəlməsi naminə onun tərəqqisinə verilən töhfə təqdirəlayiqdir.
Bir məsələni də vurğulayaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə
təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış"
İnkişaf Konsepsiyasında da elm və təhsil sisteminin inkişafına hesablanan müddəalar var. Sənədin
7.2. maddəsində vurğulanır ki, müasir təhsil sisteminin formalaşdırılması üçün 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki
payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaq: "Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər
yaradılacaq, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcək. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcək. Təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdiriləcək, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılacaq.
Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə çatdırılacaq. Bu məqsədlə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və təşviq mexanizmləri yaradılacaq".
Təhsil sahəsində ən böyük nailiyyətlərdən biri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə 5 sentyabr 2009-cu ildə "Təhsil Haqqında" Qanunun qəbul edilməsi olub. Bilirik ki, bu, uzun illər təhsil sistemində hökm sürən boşluğun aradan qaldırılması işini sürətləndirdi. Sənəddə qeyd edilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır: "Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir".
Azərbaycanda elm və təhsil sistemi özünün yeni inkişaf dövrünə qədəm qoyub. İnanırıq ki, bu vacib sahə öz inkişafı və tərəqqisi ilə dövlətimizin, xalqımızın adını, şöhrətini daha uzaqlara yayacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ