Bazar ertəsi günü, 16 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Cəmi 32 məzun, ana dili rüsvayçılığı...
Tarix: 19.06.2015 / 03:07
Bölmə: Sosial
Musa Qasımlı: "Yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarmalıyıq"
Əjdər Ağayev: "Şagirdlərin ana dilini öyrənməsində təkcə məktəb rol oynamamalıdır"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb. TQDK-nın açıqladığı nəticələr heç də ürəkaçan olmayıb.
9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 21191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün imtahanda iştirakı nəzərdə tutulan 18124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Nəticədə 32 iştirakçı maksimum nəticə göstərib.
Qeyd edək ki, məzunlar bu dəfə də ana dili və riyaziyyat fənnindən olduqca aşağı nəticə göstərib.
Ana dili üzrə aparılan imtahanların nəticələrinə görə, imtahan verən 20.468 nəfər şagirdin 8215 nəfəri 2 (qeyri-kafi) qiyməti alıb. Bu da şagirdlərin ümumi sayının 40.14 faizini təşkil edir.
8409 nəfər (41.08 faiz) bu fənn üzrə 3 (kafi) qiyməti alıb. Şagirdlərin 12.85 faizini (2630 nəfər) 4 (yaxşı) qiyməti alanlar təşkil edir. 5 (əla) qiyməti alanların sayı ümumi nəticələrin tərkibində olduqca azdır. Onların sayı 1214 nəfərdir ki, bu da şagirdlərin ümumi sayının 5.93 faizini təşkil edir.
Riyaziyyat fənni üzrə keçirilən imtahanın nəticələri də ürəkaçan deyil. Belə ki, imtahanda iştirak edən 20468 nəfər şagirddən 8239 nəfəri (40.25 faiz) 2 (qeyri-kafi) qiyməti alanlar təşkil edir. 7596 nəfər (37.11 faiz) 3 (kafi), 3160 nəfər (15.44 faiz) 4 (yaxşı) qiyməti alanlardır.
Bu fənn üzrə yenə ən az nəticə 5 (əla) qiymət alanlar üzrə qeydə alınıb. Onların sayı cəmi 1473 nəfər (7.20 faiz) təşkil edir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Musa Qasımlının sözlərinə görə, buraxılış sinifləri məzunlarının öz ana dilini bərbad halda bilməsi acınacaqlı durumdur. Ana dilimiz eyni zamanda dövlət dilimizdir: "Yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarmalıyıq. Hər şeydən əvvəl məktəblərimizdə ana dilinin tədrisi işi yaxşılaşdırılmalıdır. Bundan əlavə, müvafiq qurumlar Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyən müəllimlərin ixtisas artırmasını təşkil etməli, açıq dərslər keçirməlidir. Yaranmış vəziyyətlə bağlı pedaqoji kollektivlər müzakirələr aparmalıdır. Digər tərəfdən, şagirdlərə qarşı tələblər artırılmalıdır. Həmçinin şagirdlər arasında məktəb və rayon çərçivəsində inşa yazı müsabiqələrinin keçirilməsi praktikası genişləndirilməlidir".
Təhsil eksperti, professor Əjdər Ağayev məsələ ilə bağlı bunları dedi: "Mən bu il TQDK-nın məlumatında böyük bir məntiqi və elmi səhvə rast gəldiyimə görə bu nəticələrə şübhə ilə yanaşıram. Biz hər il TQDK-nın nəticələrinə baxırıq, inanırıq, sonra da "məktəb öyrətmədi, nəticə belə oldu və s." deyə hay-küy etməyə başlayırıq. Nəticədə "2" və "3" qiyməti alanların faizi filan qədərdir" - deyə qeyd olunur. Ancaq təhsil işçisi, pedaqoq bilir ki, "2" və "3"-ün meyarı nədir. "2" qiyməti o deməkdir ki, şagird heç nə bilmir. "3" qiyməti də "kafi" deməkdir, yəni şagird hərəkət edə bilər. Belə bir pedaqoji səhvə yol verdiklərinə görə mənə elə gəlir ki, onların nəticələri obyektivliyi təmin etmir. Onlar işi saxtalaşdırmayıblar, sadəcə, elə qurublar ki, nəticə belə alınıb".
Ə.Ağayevin fikrincə, şagirdlərin ana dilini öyrənməsində təkcə məktəb rol oynamamalıdır. Ailə, televiziya, yollardakı elanlar, yazılar da bu dili uşaqlara öyrədir: "Gəlin baxaq, televiziyada aparıcıların dili hansı səviyyədədir? Yollardakı reklamlar hansı səviyyədədir? Uşaq onlardan götürür. Buna görə məktəbi günahlandırmaq lazım deyil. Ölkədəki sosial və mədəni şəraiti təbliğ etmək lazımdır. Çünki bunlar uşağa təsir edir".
DİGƏR XƏBƏRLƏR
Tarix: 16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi
Tarix: 16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi
Tarix: 16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək
Tarix: 16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı
Tarix: 16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı
Tarix: 16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı
Tarix: 15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
Tarix: 15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
Tarix: 14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
Tarix: 14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
Tarix: 13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
Tarix: 13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi
- İşçi özü istəyirsə, pisdir?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...
Tarix: 12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...
Tarix: 12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
SON XƏBƏRLƏR
16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...
16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq -
Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…
16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...
16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi
16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı
16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək
- FƏRMAN
16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...
16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...
16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...
16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?!
- Tək bir cümlə...
16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi
16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...
16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi
16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu
– Çoxumuz hər gün ödəyirik!
16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...
16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi
16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi
– nəqliyyatın hərəkəti dayandırıldı...
16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək
16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı
16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı
16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı
16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı
- aparatı idarə edən iranlı da yaxalandı
16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı
16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi -
mübahisə bitdi
16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu
16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" -
Yeni Partiya bu şüar altında Qurultay keçirdi
16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı -
bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü
16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi -
“Elə deyirdi süz…”
15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...
15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
- Prezident
15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi
15.11.2026 / 18:43
Ağstafada sursat partladı
- ölən və yaralanan var...
15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib
15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı
– qırıcılar havaya qaldırıldı...
15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq
- razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...
15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır"
- Media və Yayım Şurası
15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir
- İlham Əhmədov yazır
15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...
15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı...
Uşaqların sənədləri illər sonra dəyişdirildi...
15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir
- Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...
15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı...
Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...
15.11.2026 / 13:14
İranın nə qədər raketi var?...
ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...
15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq
- Azərbaycanı nələr gözləyir...
15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...
15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...
15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi
15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib
15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək
– Ağ Evdə qapalı müzakirələr gedir...
15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib"
- Vüqar Rəhimzadə
15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...
14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun
- Zelenski detalları açıqladı...
14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı
14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi
- icazə vermirlər...
14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək
– tarix açıqlandı...
14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq”
- Paşinyan
14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...
14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...
14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı
14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı
İFŞA OLUNDU...
14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...
14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı
14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur
- BƏYANAT
14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu
- RƏSMİ
14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı
- naməlum dron ordunu ayağa qaldırdı...
14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...
14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...
14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu
13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı
- sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...
13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi
- xəstəxana və banklar təhlükədə...
13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...
13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi
- Moldovanın parçalanması da gündəmə gətirildi...
13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
- FOTO
13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir...
Qəribəlik...
13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ