Azərbaycanda cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4” və "5” qiyməti alıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Ədliyyə Naziriliyi Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilib.