Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda binalara vurulan yeni üzlüklərlə bağlı aparılmış müayinənin nəticələrini açıqlayıb. FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir.
Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə "fibro sement” və "modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur.