Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə "Koxlear implantasiya ” əməliyyatı icra olunub. Universitetdən baki-xeber.com-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasında "Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitməsini bərpa olunur.
Dünən Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.
Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.