Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərdən 128 nəfər artıq öz sənədini geri alıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda arxivdə aşkar olunmuş attestatların nazirlik tərəfindən qaytarılması prosesi davam edir.
Müvafiq siyahıda adı olan şəxslərdən 19 may 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221 nəfərdən 128-i sənədlərini geri alıb.