Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli-mənəvi dəyərlər və müasirlik
Tarix: 20.05.2015 / 03:16
Bölmə: Sosial
Təqdim edilən mövzu ilə əlaqədar araşdırma aparmazdan əvvəl özümə sual verdim: «Nə üçün məhz «Milli-mənəvi dəyərlər və müasirlik» haqqında. İndiki dövrdə mövzunun əhəmiyyəti və aktuallığı nədən qaynaqlanır». Məlum oldu ki, müasir dövrün qloballaşma prosesləri bəzi siyasətçiləri vahid dünya mədəniyyətinin təşəkkülü, xalqların qovuşaraq «superetnos» yaradacağı barədə konsepsiyalar irəli sürməyə sövq edib.
Digər mütəxəssislər isə əksinə, sivilizasiyaların toqquşması, Şərq və Qərb mədəniyyətlərinin dialoqunun qeyri-mümkünlüyünü iddia edirlər. Milli-mənəvi dəyərlərimizin təminatçısı olan Prezident İlham Əliyev hər iki ifrat konsepsiyanın təhlükəsini nəzərə alaraq bildirib ki, indiki şəraitdə xalqımızın milli «Mən»inin və mental dəyərlərinin qorunması son dərəcə aktual məsələlərdən biridir. Çünki qloballaşma elmi-texniki tərəqqinin sürətli inkişafına səbəb olsa da, bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükə meylləri də özünü büruzə verir. Belə mərhələdə xalqların milli-mənəvi mədəniyyətinin assimlyasiyaya məruz qalması istisna deyil.
«Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq»
Bu gün dünyada təqribən 200-yə yaxın dövlət və 8 mindən artıq xalq var. Lakin hər bir mədəniyyət başqa mədəniyyətdən öz genotipi və inkişaf məntiqinə görə fərqləndiyi üçün xalqlar da özəl keyfiyyətlərinə, xüsusən sosial-iqtisadi, siyasi, müasirlik, milli-mənəvi və digər dəyərlərinə görə bir-birindən fərqlənir. Bu baxımdan hər bir xalq kimi azərbaycanlıların da vahid amal ətrafında birləşdiyi məxsusi keyfiyyətləri var. Bu, ilk növbədə, xalqımızın zəngin mədəniyyəti, özünəməxsus milli-mənəvi dəyərləri və adət-ənənələridir. Qeyd edək ki, həmin dəyərlərlə dünyada özünü tanıdan xalqımız başqa xalqların mədəniyyətinə, adət-ənənələrinə, dininə hörmətlə yanaşıb, onlarla qarşılıqlı mübadilədə olub. Elə həm tarixi, həm də xüsusən müasir Azərbaycanın tolerantlıq, dözümlülük məkanı olmasının səbəblərindən biri də budur desək, məncə yanılmarıq.
Vurğulayaq ki, milli-mənəvi dəyərlər və müasirliyin vəhdətdə olmasının vacibliyini mərhum Prezident Heydər Əliyev çox yığcam və aydın ifadə edib. Belə ki, keçən əsrin sonlarında cənab Heydər Əliyev «Azərbaycanın inkişaf yolu hayanadır» sualını belə cavablandırmışdı: «Azərbaycanın inkişaf yolu Qərbədir». «Məgər Günəş Qərbdən çıxır» sualına isə, ümummilli lider müdrüklüklə belə cavab verdi: «Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq». Bu bəlağət və fəsahətli sözlərdə həqiqətən böyük məna və hikmət var. Həm də şərqliliyindən fəxr duyan ulu öndər həmin ifadə ilə Şərqlə Qərbin, böyük sivilizasiyaların qovşağında yerləşən ölkəmizin Şərqin dəyərlərini, zəngin mədəniyyətini, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi irsini müasir dövrdə yüksək inkişafa nail olan Qərbin elm və texnologiyası, demokratik dəyərləri ilə uzlaşdırmaqla inkişafın alternativsiz istiqamətini göstərirdi. Həmin səbəbdən mərhum Prezident Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirərkən xalqımızın keçdiyi keşməkeşli tarixi yolu, milli-mənəvi dəyərləri və müasirliyi xüsusilə nəzərə almışdı. Bu baxımdan hesab edirik ki, «Milli-mənəvi dəyərlər və müasirlik» mövzusunu bilavasitə Azərbaycan dövlətinin təməl prinsipləri kontekstində təhlil etmək daha dolğun və doğru olardı.
Azərbaycan dövlətinin təməl prinsiplərinin ilki dövlətçilikdir. Xalq üçün birinci onun dövlətidir. Milli dövlət yoxsa, müstəqil ölkə, azad xalq, ərazi bütövlüyü də olmaz. Bu zaman milli-mənəvi dəyərlər aşınar, azad fikir, azad ibadət yox olar, cəmiyyət yalançı və yabançı «dəyərləri» təlqin edər və nəticədə xalq özgə süvarisinin üzəngisindən öpməyə vadar edilər...
Təməl prinsiplərin ikincisi qanunun aliliyidir. Dövlətin yaşaması üçün qanunun aliliyi olmalıdır. Əgər qanun yoxdursa və ya o işləmirsə, inkişafdan, talerantlıqdan, vətəndaş həmrəyliyindən, milli-mənəvi dəyərlərin qanunla qorunmasından, digər xalqlarla bərabərhüquqlu münasibətdən danışmağa dəyməz və nəticədə dövlət çökər... Üçüncü prinsip azərbaycançılıqdır. Məşhur «Mən fəxr edirəm ki, azərbaycanlıyam» sözünün müəllifi mərhum Heydər Əliyev azərbaycançılıq dedikdə xalqımızın həm də öz dininə, milli-mənəvi dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul edib, onlardan yararlanmasını nəzərdə tuturdu. Təməl prinsiplərin dördüncüsü varislik, yaradıcı təkamüldür. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi, mədəni baxımdan gələcək nəslə ötürülməsidir. Xalqın özünəməxsusluğunu, milli-mənəvi dəyərlərini qorumadan, həmin dəyərlərə söykənmədən və onları müasirliklə zənginləşdirib gələcək nəslə ötürmədən ölkənin uzunmüddətli milli-mədəni inkişafına nail olmaq qeyri-mümkündür. Növbəti prinsiplər vətəndaş həmrəyliyi, sosial ədalət, ölkənin idarəçiliyində xalqın iştirakı və demokratiyadır. Bu prinsipləri qoruyub inkişaf etdirmək də yalnız kimliyimizi ortaya qoymaqla mümkündür. Qeyd edək ki, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi, gələcək nəslə ötürülməsi ilə «çayxana» və «maqdonalds» (Şərq-Qərb) mədəniyyətlərinin birgə yaşamasını təmin edən müasirliyin vəhdəti Azərbaycan dövlətinin təməl prinsiplərinin hamısında öz əksini tapdığı üçün bu, dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.
Milli-mənəvi dəyərlərimiz kimliyimizin ünvanı, müasirlik isə kimliyimizin sükanıdır
Milli-mənəvi dəyərlərimizin müasirlik ilə uzlaşdırılmasının nəticəsi olaraq paytaxtımız artıq dünya ictimaiyyəti tərəfindən multikulturalizm, dözümlülük, tolerantlıq, humanitar mərkəz kimi tanınır. Azərbaycan muğamının UNESCO-da təmsil olunması, mətbəximiz, ornament və xalçalarımız, milli rəqs və geyimlərimiz, xalq mahnılarımız, Azıx mağarası, Qobustan, İçərişəhər və digər tarixi abidələrimiz maddi-mənəvi dəyərlər kimi bu gün təkcə bizim yox, həm də ümumbəşərin malı olub. Ailə institutumuz, ictimai nəqliyyatda «yaşlılara, uşaqlı qadınlara, əlillərə yer verin» müraciəti, əhdə peymanlığımız, qonaqpərvərliyimiz, sözümüzün möhürdən üstünlüyü, sülhsevərliyimiz və digər mənəvi keyfiyyətlərimiz ölkəmizə gələn xarici vətəndaşlarda təəccüb doğuran xoş xatirələr yaşadır. Milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qarşılıqlı zənginləşdirilməsində xaricdə yaşayan həmvətənlərimizin də rolu az deyil. Dinini, dilini, mental dəyərlərini saxlayıb öz övladlarına ötürən həmvətənlərimiz əslində həmin ölkələrdə doğma Azərbaycanımızın bir parçasını yaşadır, ölkəmiz haqqında fikir formalaşdırır.
Milli-mənəvi dəyərlərimizin müasirliklə həmahəng olmasını dünya ictimaiyyətinə dəfələrlə çatdıran cənab İlham Əliyev Asiya İnkişaf Bankı Sədrlər Şurasının bu günlərdə Bakıda keçirilən 48-ci İllik Toplantısındakı çıxışında deyib: «Azərbaycan Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur.
Məlumdur ki, mənəviyyatımızın aparıcı dəyərlərindən biri də İslam dinidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, ölkəmiz sekulyar (hər hansı dini inancın dövlət idarəsinə təsir etməməsi) dövlətdir. Lakin din cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin əsası olduğu üçün, ölkəmizdə dünyavilik elementləri yalnız Konstitusiya ilə deyil, həm də din ilə qorunur. Həmin səbəbdən Azərbaycanda əsrlər boyu yaşayan xalqların ümumi mənəviyyat, adət-ənənə və həyat tərzi sayəsində vahid «azərbaycanlı» adı altında təşəkkül tapmasında İslam dininin əhəmiyyətli rolu olub. İslamın tolerant, sülhsevər, humanist din olmasından fəxr duyan mərhum Prezident Heydər Əliyev mötəbər beynəlxalq kürsülərdən bəyan edirdi: «Biz azərbaycanlılar İslam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik... Heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik». Ulu öndərin hər sahədə siyasətini uğurla inkişaf etdirən cənab İlham Əliyev bir müsəlman kimi həm də milli-mənəvi dəyərlərimizin ayrılmaz atributu olan İslam dininə sadiqliyini bütün dünyaya sübut edib. Prezidentin bu il ailə üzvləri ilə birlikdə müqəddəs Kəbəni ziyarət etməsi, müxtəlif dinlərin nümayəndələri ilə mütəmadi görüşləri, regionda ən böyük məscidin inşası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin möhkəmləndirilməsi və s. işlər bunun əyani sübutudur. Ümumiyyətlə, ölkə Prezidentinin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Bu baxımdan ölkə başçısının xalqlararası və mədəniyyətlərarası, o cümlədən dinlərarası dialoqu inkişaf etdirməsi, ona dəstək verməsi tamamilə təbii və təqdir ediləndir.
Milli-mənəvi dəyərlərin müasirliklə həmahəng səsləndiyi respublikamıza rəsmi səfərə gələn xarici dövlət rəhbərləri, paytaxtımızda keçirilən çoxsaylı beynəlxalq ictimai-siyasi-humanitar tədbirlərin iştirakçıları, qonaq və turistlər öz ölkələrinə Azərbaycan haqqında xoş təəssüratla qayıdıblar. Qeyd edək ki, bu dəyərlərin nümayişi hər birimizin geyimindən tutmuş, danışığına, hərəkətinə qədər diqqətçəkən olduğu üçün, əcnəbilər də məhz gördükləri nisbətdə ölkəmiz, xalqımız haqqında fikir yürüdürlər. Bu çox vacib bir məsələdir. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən bəzi dairələr ölkəmizdəki hərtərəfli inkişafı görmək istəmir. Gözləri və qulaqlarını qapayan bu dairələr ərazimizə, mətbəximizə, musiqimizə, tarixi abidələrimizə təcavüz edən və monoetnik bir cəmiyyət yaradan işğalçı Ermənistanı boykot etmək əvəzinə, əksinə, Bakı-2015 tədbirinin beynəlxalq əhəmiyyətini kiçildir, bu idman bayramını boykot etməyə təşəbbüs göstərirlər. Halbuki, işğaldan fərqli olaraq I Avropa Oyunları yalnız idman bayramı yox, həm də dünya ölkə və xalqlarını birləşdirən sülhməramlı beynəlxalq tədbirdir.
Ölkəmizə ikili standartdan yanaşan dairələrə cavab vermək üçün yaxşı fürsət olan bu tədbir həm də ictimai-siyasi hadisə kimi xalqımızın maddi-mənəvi dəyərlərinin, kimliyinin, sosial-iqtisadi göstəricilərinin, müasir dünyaya inteqrasiyasının sərgisidir. Fəxrlə qeyd edək ki, bu dəyərlərin rəsmi beynəlxalq təqdimatları dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirilib. Lakin məsələnin bir də qeyri-rəsmi tərəfi var. Bu, hər bir Azərbaycan vətəndaşının ölkəmiz haqqında əcnəbilərdə formalaşdırdığı təəssüratın necəliyidir. Unutmyaq ki, Bakı-2015 yekunlaşdıqdan sonra məkrli dairələrin yalnız «ictimaiyyətin» fikirlərini ifadə edəcəyi istisna edilmir...
Göründüyü kimi, xalqımızın əsrlər boyu formalaşdırıb bizə əmanət etdiyi milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi bir xalq olaraq mövcudluğumuzun təminatçısıdır. Bu təminatın davamlı olması üçün milli-mənəvi dəyərlərimiz kimliyimizin ünvanı, müasirlik isə kimliyimizin sükanı olmalıdır.
Vaqif Cəliloğlu, Tex.elmləri üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının «Milli-mənəvi dəyərlər və müasirlik» mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ