Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli-mənəvi dəyərlər və müasirlik...
Tarix: 19.05.2015 / 02:53
Bölmə: Sosial
Milləti millət edən təməl prinsiplərin ən önəmlisi onun milli və mənəvi dəyərləridir. Var olduğu zamandan hər bir millətin dili, dini formalaşdığı kimi, həm də özünəməxsus dəyərlər toplusu meydana gəlir ki, millət gəlişdikcə bu toplu da oturuşaraq millətin mayasını təşkil edir. Bu səbəbdən hər bir millət özünün istər maddi, istərsə də mənəvi dəyərlərinin qorunması və nəsildən-nəslə ötürülməsində maraqlı olur.
Bu cəhətdən hətta xırda etnik toplumlar belə istisnalıq təşkil etmir. Yəni toplum olaraq tərkibində yaşadığı ölkənin çoxluq təşkil edən millətinə assimilyasiya olunsa da, öz milli dəyərlərini yaşatmaqda maraqlı olur ki, bu xüsusda saysız nümunələr mövcuddur. Üstəlik, bu ölkə tolerantlıq ənənələri ilə seçilirsə, istənilən millətin və dinin daşıyıcısı burada özünü daha rahat hiss edərək, bu missiyasını yerinə yetirməkdə də sərbəst olur. Bu zaman bəzən bu xalqların ortaq ənənələri də yarana bilir ki, bu da bir çox hallarda həm də onların bir-birindən örnək götürməsinin nəticəsi olaraq bu millətlərin dinc yanaşı yaşama pozisiyasını şərtləndirir. Bununla belə, millətinin genetik kodunu daşıyan hər bir toplum və ya fərd, harada və kimlərin əhatəsində yaşamasından asılı olmayaraq, öz milli və mənəvi dəyərlərini yaşadıb xələflərinə ötürmək missiyasını özünün prioritet vəzifəsi sayır. Lakin milli dəyərlər yalnız əxlaqi və dini dəyərlərlə simbioz halında üstün mənəvi keyfiyyət qazandığından, heç bir halda bu iki məfhumdan ayrı tutulmamalıdır. Yəni istənilən fərd özünün milli dəyərlərinə sahib çıxıb onu yaşatmaqda maraqlı olursa, əxlaqi və dini dəyərlərini də heç bir halda gözardı etməməlidir. Çünki insanın kamil bir varlıq kimi formalaşmasında bu üç dəyərin hər biri vacib olduğundan, onların ayrı tutulması mümkünsüzdür. Yalnız vəhdət halında bu dəyərlər insanı kamil varlığa çevirməklə bərabər, həm də onun millətinə xas ənənələrin daşıyıcısı olmasını şərtləndirir. Məsələn, dini dəyərlər insanı iman sahibi edirsə, əxlaqi dəyərlər onun özünüsenzinə xidmət edirsə, milli dəyərlər onun fərd olaraq doğulduğu torpağa, soy-kökünə, milli irsinə sahiblənməsini şərtləndirir. Bəs milli dəyərlər dedikdə nə nəzərdə tutulur? Bu zaman ilk olaraq göz önünə vətən gəlir. Vətən istənilən toplumun ən əsas dəyərlərindən biri, hətta birincisidir. Yalnız ondan sonra bayraq, himn, ailə kimi toxunulmazlarımızı sadalaya bilərik. Əslində vətən məfhumunun özü də geniş anlayışdır və heç bir halda onun yalnız torpaqdan ibarət olduğu düşünülə bilməz. Məhz milli dəyərlərinə sahib çıxmağı bacaran xalq onu birinci növbədə əcdadlarının məzarlarının yer aldığı, babalarının uğrunda canından keçdiyi müqəddəs məkan kimi xarakterizə edir və vətəni qorumağı özünün başlıca vəzifəsi bilir. Abbas Səhhət uşaq yaşlarımızdan xatırladığımız "Vətən" adlı məşhur şeirində "Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir" deməklə məsələyə məhz bu prizmadan yanaşır, xələflərinə Vətən anlayışının nə qədər qutsal olduğunu bir daha xatırladır. Böyük türk şairi Mehmet Akif Ərsoy isə özünün məşhur "İstiqlal marşı"nda vətən anlayışının tərifini belə verir:
Basdığın yerləri "toprak" deyərək keçmə, tanı!
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,
Vermə, dünyaları alsan da, bu cənnət vatanı!
Milli dəyərlərimiz həm də genetik kodumuzda yaşatdığımız mental dəyərlərimiz, minillərin sınağından çıxararaq bu günə kimi yaşatdığımız milli adət-ənənələrimizdir ki, biz onları da yad təsirlərdən qoruyaraq yaşadıb gələcək nəsillərimizə ötürməklə görəvliyik. Lakin millətin varlığını şərtləndirən ən önəmli iki amildən biri onun milli dəyərləridirsə, digəri həmin millətə xas mənəvi dəyərlərdir. Çünki insan həm maddi, həm də mənəvi özəllikləri olan varlıq olduğundan, maddiyyata üstünlük verib mənəviyyatı arxa plana keçirdiyi anda onun təmsil etdiyi toplumun gələcəyi sual altına düşər. Mənəvi dəyərlərin önündə isə onun dini inancı yer alır. Qloballaşan dünyamızda bu gün istər milli, istərsə də dini dözümlülüyün zərurət kimi çıxış etdiyi faktdır. Əslində bu faktor istənilən tarixi-ictimai quruluşda özünün aktuallığını qoruyub. Tarixə nəzər salsaq, bir çox dövlətlərarası və millətlərarası münaqişənin kökündə məhz milli və dini dəyərlərə qarşılıqlı dözümsüzlüyün durduğunun şahidi olarıq. Hələ ötən əsrin əvvəllərində məşhur siyasətçi, Amerikanın prezidenti olmuş Avraam Linkoln qeyd edirdi: "Biz təkcə bir-birimizə dözməməliyik, biz həm də bir-birimizin qayğısına qalmalıyıq. Bu prinsip imkan yaradacaq ki, biz dözümlülüyün iliklərimizə, fərqli inancların qəbulunun isə ürəyimizə işləyəcəyi bir dünyada yaşayaq".
Tarix zaman-zaman bir çox dünya ölkələrində milli və dini qarşıdurmalara şahidlik etsə də, fərqli dəyər daşıyıcılarının eyni torpaqda dinc yanaşı yaşadığı, bir-birinin milli-mənəvi dəyərlərinə sayğı ilə yanaşıldığı ölkələr də az deyil ki, müasir Azərbaycan bu sırada öndə gedir. Coğrafi baxımdan çox unikal məkanda yerləşən Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin çulğalaşdığı ölkə kimi də xarakterizə olunur. Bəlkə elə bu səbəbdəndir ki, burada əsrlərdən bəri məskunlaşmış bir çox etnik azlıqlar yerli türk xalqı ilə qaynayıb-qarışaraq vahid bir toplum halına gəlib. Bəzən beynəlxalq aləmdə təəccübə səbəb olsa da, birmənalı etiraf olunur ki, bu millətlər tam fərqli mədəniyyətin, ayrı-ayrı dini inancların daşıyıcıları olsalar da, fərqli dildə danışsalar da heç bir halda bir-birinə qarşı dözümsüzlük nümayiş etdirmir, hətta əksinə, dini bayramlarında bir-birini təbrik etməkdən belə çəkinmirlər. Əslində bu xalqların milli-mənəvi dəyərlərini bu günə qədər yaşatmasının özü bir fədakarlıq nümunəsidir. Bəllidir ki, Sovet İmperiyası mövcud olduğu 70 illik zaman kəsiyində tərkibində yaşayan xalqların milli-etnik mənsubiyyətini unutdurmaq məqsədilə bütün gücünü "sovet insanı" obrazı yaratmağa, millətləri öz kökündən ayıraraq manqurtlaşdırmağa sərf edirdi. Bu zaman ilk növbədə bu xalqların dini və milli adət-ənənələri önündə qırmızı işıq yandırılırdı ki, bunun ən bariz nümunəsini milli bayramımız olan Novruzun timsalında yaşamışıq. Lakin tarix göstərdi ki, bütün qadağalara rəğmən, istənilən xalqın qan yaddaşına hopan, genetik kodunda daşıdığı dəyərləri - istər bu milli, istərsə də dini dəyər olsun - heç bir halda kəsib atmaq, unutdurmaq mümkün deyil.
Lakin faktdır ki, bu gün qloballaşan dünyada müasirlik adı ilə əslində çox eybəcər mahiyyət daşıyan və gənc nəslin yaşam tərzinə çox asanlıqla inteqrə oluna bilən bir sıra neqativ təmayüllər ortaya çıxıb ki, bu təmayüllər özəlliklə mental dəyərlərinə daha sadiq olan türk-müsəlman ölkələri üçün ciddi hədəyə çevrilib. Bu sırada, təbii ki, ilk yerdə gənclərimizin Qərb dəyərlərinə meyl etməsi gəlir. Məsələ burasındadır ki, bəzi yeniyetmə və gənclər Qərbdən gələn hər cür yeniliyi müasirlik kimi qəbul edərək onu heç düşünmədən həyatına daxil edir, bununla da qalmayıb, həmin nəsnəni yaşıdları arasında təbliğ edir. Nəticədə isə mental dəyərlər arxa plana atılır ki, bu da milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması baxımından ciddi problemlərə yol açır. Özü də bu problem cəmiyyətlər inkişaf etdikcə daha qorxulu şəkil alır. Məsələn, bir neçə onillik əvvəl Qərbin yalnız musiqisi, filmləri və bu filmlərdəki parıltılı həyatın təzahürləri müasir gənclik üçün cəlbedici idisə, daha sonra tatu (döymə), pirsinq (bədənin müxtəlif yerlərinə sırğa taxma) kimi əcaib təmayüllər gənclərimiz arasında sürətlə yayılmağa başladı. Lakin təbii ki, mənəvi dəyəri olmadığından, sözügedən təmayüllər tez bir zamanda elə cəmiyyətin özü tərəfindən aradan qaldırıldı. Bunun ardınca müstəqilliyimizin ilk illərində ölkədə yağışdan sonra göbələk kimi çoxalan müxtəlif dini sektalar mənəvi dəyərlərimizi təhdid etməyə başladı. Həmin dövrdə bir sıra gənclərimizin bu dini cərəyanlara meyl etməsi əslində daha çox gəncliyin yeniliyə və macəralara həvəsli olması ilə izah olunmalıdır. Çünki mahiyyəti tam bəlli olmayan istənilən yenilik cəlbedici olur və sözügedən təmayüllərin təbliği ilə məşğul olanlar bunu bilməmiş deyillər. Bu sektaların məqsədi isə əslində dini cərəyan adı altında daha dərin məqsədlərə hesablanmış olur ki, elə çox da uzaq olmayan illərdə gənclərimiz arasında "emo" deyilən cərəyanın yayılması buna sübutdur. Məsələ burasındadır ki, bu cərəyan dünyanın faniliyini (!) təbliğ etməklə gəncliyi tərkidünya ovqatına kökləyir, onun gələcəyə ümidlərini məhv edir və yaşamaq həvəsini öldürür ki, bunun da arxasında həmin millətin millət olaraq yox edilməsi məqsədinin dayandığı şübhəsizdir. Həmin illərdə gənclər arasında ən müxtəlif üsullarla suisid (intihar) hallarının artması deyilənlərə əyani sübutdur. Lakin yuxarıda da dediyimiz kimi, mənəvi əsası olmadığından, bu cərəyan da tezliklə yerini mental şüurlarda yaşayan sağlam düşüncəyə verərək sıradan çıxdı. Lakin demək olmaz ki, bu gün milli-mənəvi dəyərlərimizi təhdid edən başqa nəsnə yoxdur. Belə ki, son illər ərzində daha bir tendensiya cəmiyyəti narahat etməyə başladı. Bu, özəlliklə dindar kəsimi yolundan sapdıraraq məhvə sürükləyən yalançı "cihad" çağırışları idi və təəssüflər olsun ki, bu tələyə düşərək təkcə öz həyatını deyil, ailəsinin, dilsiz körpəsinin belə həyatını məhv edən gənclərimiz az olmadı. Suriyada rejimlə toplumların savaşını islam uğrunda savaş - cihad kimi qələmə verənlərin əsl məqsədi də elə bu idi - millətin gələcəyinin qarantı olan gəncləri məhvə sürükləməklə həm də onun dəyər daşıyıcılarını yox etmək, beləliklə də çox uzağa hesablanmış qaranlıq məqsədlərə nail olmaq. Lakin bildiyimiz kimi, dövlət səviyyəsində zamanında verilən müvafiq qərar bu axının qarşısını almaqla bərabər, artıq gedənlərin də ölkəyə dönüşünü yasaqladı. Bu isə o səbəbdən çox vacib idi ki, orada beyni cəfəngiyyatla doldurulan gənclər Vətənə döndükdən sonra ölkə və millət üçün təhdid yaratmasın. Bu həm də artıq axın şəklini almaqda olan gediş tendensiyasını əngəlləmiş oldu.
Əslində mənəvi məsələlərə inzibati metodlarla müdaxilə hər zaman müsbət nəticə vermir və bəzi hallarda hətta dindar kəsimin aqressiyasına da səbəb ola bilir. O üzdən bu səpkidə qərarlar verilərkən məsələyə çox həssas yanaşılmalı, işin maarifləndirici tərəfi önə çəkilməlidir. Sözügedən qərarın doğruluğu da məhz bununla isbatlandı ki, cəmiyyət tərəfindən razılıqla qarşılandı və təqdir olundu. Çünki cəmiyyətdə çoxluq təşkil edən sağlam təfəkkürlü insanlar məsələnin mahiyyətinin fərqində idi.
Bütün bunlar düşünməyə əsas verir ki, cəmiyyətimiz heç bir halda mentalitetimizə yad ünsürlərin müasirlik pərdəsi altında ölkəmizə və gəncliyin şüuruna təcavüzündən sığortalanmayıb. Bu isə istər Dini İşlər üzrə Dövlət Komitəsinin, istər cəmiyyətin, istərsə də medianın üzərinə gələcəyimizin qarantı naminə milli-mənəvi dəyərlərimizin yaşadılması işinə öz töhfəsini vermək kimi məsuliyyətli bir vəzifə qoyur: ayıq-sayıq olaq ki, bu yad təsirləri zamanında zərərsizləşdirməyi bacaraq, dəyərlərimiz yaşasın, mənəviyyatımız aşınmalara məruz qalmasın.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ