Cümə günü, 02 oktyabr 2026
     

Mobil telefonlar və insan sağlamlığı...

Image


Bir zamanlar insanlar ən adi xəstəliklərin əlində əsir idilər, indi artıq o xəstəliklər sağalan xəstəliklər sayılır, onların yerini "xərçəng" tutub. Bu xəstəlik daha amansızdır, insanda baş qaldırıb onun orqanlarında yayıldısa, əlacı tapılmır. Xərçəng xəstəliyini doğuran səbəblər də onu tutanların sayına mütənasib olaraq artır. Onlardan biri və məişətimizdə özünə möhkəm yer qazanmış olanı elektromaqnit dalğalarıdır.
Elektromaqnit şüaları olmadan həyatı təsəvvür etmək mümkünsüzdür. Əslində, bu dalğalar çox müxtəlif qaynaqlarda şüalanır və elektromaqnit sahəsi şəklində ətrafa yayılır. Bu cür qaynaqlardan biri mobil telefonlardır. İndiki yazıda mobil telefonların bugünkü faydasını fikirdən qaçırmadan, onun insan orqanizminə ziyanlarından söz açacağıq.
Elektromaqnit dalğaları insan orqanizmində hüceyrə səviyyəsində dəyişikliyə yol açır, buna təkan verir, gen nizamının pozulmasına səbəb olur, xəstə hüceyrələrin, xəstəlik törədən şişlərin meydana gəlməsinə səbəb olur. Elektromaqnit sahəsi heyvanlarda belə yaddaşın itməsinə gətirib çıxarır. Məsələn, elektromaqnit dalğaları ilə şüalandırılmış cücənin xərçəngə həssaslığının üç dəfədən çox artdığı alimlərin əldə etdikləri elmi sonuclardandır. Bu baxımdan, immun sisteminin gərginliyi də elektromaqnit sahəsinin fəsadlarındandır.
Alimlərin apardıqları araşdırmalara görə, şəbəkə telefonu istifadəçilərinin çoxu başağrısından, yuxusuzluqdan əsəbilikdən şikayətli olur. Bütün bu əlamətlər vegeto-damar mərhələsi üçün səciyyəlidir. Bundan başqa, mobil telefonlarda yaranan elektromaqnit sahəsinin ziyanlı etkisi altında orqanizmdə immun sisteminin gərgin reaksiyası yaranır. Həkimlərin sözlərinə görə, bu, orqanizmlərin xəstəliklərə və başqa xarici ziyanlı etkilərə müqavimətinin azalmasına səbəb ola bilər.
Mobil telefondan uzun müddət adi ev telefonları kimi istifadə edənlərin immuniteti fasiləsiz olaraq ciddi təhlükə altında olur. Amerikada vəkillər baş beyinin şişindən əziyyət çəkən qadınların ölməsinin yalnız mobil telefonların ziyanı sonucunda baş verdiyini bir olqu olaraq müəyyənləşdirmişlər. Əlbəttə, bu olqu yalnız Amerika qadınlarına şamil edilə bilməz. Hazırda ölkəmizdə yaşayan qadınların heç də az olmayan bölümü mobil telefon işlədəndir və bunlar arasında beyin xərçəngindən ölənlər də yox deyil.
Televiziya kanallarından birinin bu günlərdə yaydığı məlumata görə, Salyan rayonunda 18 yaşlı gənc qız nişanlandıqdan sonra başağrısı səbəbindən həkimə müraciət edib, həkim də onun beynində xərçəng şişi olduğunu ortaya çıxarıb. Bu ağır xəbərə dözməyən 18 yaşlı gənc qız özünü Kür çayına ataraq intihar edib. Doğrudur, həkimlər bəlkə də bunu mobil telefonla bağlamamışlar, ancaq beyində şişin yaranma səbəbinin mobil telefonla fasiləsiz danışan zaman mobil telefonun şüalandırdığı elektromaqnit dalğaları olduğunu istisna etmək də çətindir. Hazırda daha çox gənc mobil telefonlardan istifadə edir. Onlar sırasında intihar edənlər, müəmmalı ölənlər də olur. Bu, faciədir, daha doğrusu, gələcək faciənin bugünkü görüntüsüdür.
Son zamanlar alimlər mobil bağlantının istənilən cür başqa ziyanlı elektromaqnit şüasaçma qaynaqları (kompyuter, televizor, mikrodalğalı soba, radiotelefon, fen, elektroülgüc, tozsoran) kimi bioloji aktiv olması, yəni insan səhhətinə güclü təsir göstərməsini ən çağdaş araşdırma yolu ilə ortaya çıxarmışlar. Həkimlərin fikrinə görə, üstəlik, bu, insan orqanizminə mənfi təsir göstərən amildir. Gündəlik həyatda işlədilən texniki vasitələr (məsələn, kompyuter, televizor, radiotelefon) sırasında elektromaqnit şüalanması təsirinin səviyyəsinə görə insana mobil telefonun ziyanı ilə müqayisə edilə biləcək vasitə yoxdur.
Sıraladığımız cihazlardan fərqli olaraq, mobil telefon işləyən zaman beyinə və gözlərə birbaşa yaxın tutulur. Borucuğun yaratdığı radiotezlik diapazonlu elektromaqnit şüalanması beyin toxumalarında, gözün tor təbəqəsində, görmə strukturlarında, vestibülyar və eşitmə analizatorlarında udulur, bununla, şüalanma bilavasitə ayr-ayrı orqanlara və strukturlara olduğu kimi, həm də dolayısı ilə ötürücülər vasitəsilə əsəb sisteminə təsir göstərir. Elektromaqnit dalğalarının toxumaya keçərək onların qızmasına səbəb olduğunu da alimlər artıq sübut ediblər. Bu, hər zaman bütövlükdə orqanizmin, əsəb, ürək-damar, həmçinin, endokrin sistemlərinin münasib bilinməyən şəkildə işləməsində özünü göstərir.
Mobil telefondan görmə və immunitetin çəkdiyi zərər az olmur. Rusiyada siçanlar üzərində aparılan eksperimentlər intensivliyi mobil telefonun normal şüalanması ilə müqayisə oluna bilən elektromaqnit şüalanmasına məruz qalmış heyvanların görməsinə elektromaqnit dalğalarının öldürücü etkili olduğunu ortaya çıxarmışlar. Şüalanmanın heyvanların immun sisteminin durumuna da mənfi etki göstərməsi özünü mobil telefonun ziyanını təsdiqləməklə büruzə verir.
Alimlər topladıqları bilgilər özülündə xəbərdarlıq edirlər: mobil telefondan istifadə edən uşaqların yaddaşı və yuxuları yüksək dərəcə pozulma təhlükəsinə məruz qalır. KİV-lərimiz, dünyanın çoxlu başqa ölkələri kimi, bizim ölkəmizdə də son zamanlar uşaqlar arasında xərçəng xəstəliyinə tutulanların olduğu haqqında statistik məlumatlar yayırlar. Ola bilsin, uşaqlar mobil telefonla danışmırlar. Ancaq, sözsüz, çox zaman onların ətrafında mobil telefonla danışanlar olur. Mobil telefonların buraxdığı elektromaqnit dalğalarının uşaq orqanizmlərində böyüklərdə olduğundan dəfələrlə asan yayılması elmi özüllü faktdır. Bu baxımdan uşaqların xərçənglə xəstələnməsi də elə həmin böyüklərin mobillərinin şüalandırdığı elektromaqnit dalğalarının "ayağına" yazıla bilər.
Uşaq orqanizmində pozulmanın başlıca baisi həkim Gerard Hylandın dediyinə görə, kiçik intensivlikli elektromaqnit şüalanmalardır. Yuxarıda vurğuladığımız kimi, belə şüalanmalar uşağın yumşaq bədən orqanlarından, kiçik olan baş qafasının ən incə yerindən keçə bilir. Bu şüalanmalar beyin ritmlərinə etki göstərə, uşağın inkişaf prosesində olan immun sisteminə ciddi ziyan gətirə bilər. Alimlərin sonucları bunları ortaya çıxarıb: ziyanlı elektromaqnit şüalanması radiodakı əngələ uyğundur və orqanizmin hüceyrələrinin stabilliyini pozur, başağrısı, yaddaş itkisi törədir, yuxunu "zədələyərək" əsəb sisteminin işinə ciddi əngəl törədir və insanı yatmağa qoymur.
Mütəxəssislərin qənaətləri bunları deməyə özül yaradır: hətta söndürülməmiş, ən adi iş rejimində belə olmayan mobil telefon sizinlə sadəcə yatağınızın yanında qalıbsa, yatmağınıza sözsüz əngəl törədəcək. Diqqətdə saxlayanların hər biri bunu müşahidə etməmiş deyil, ya da müşahidə etmək zorundadır.
Rusiya Elmlər Akademiyası Ali Əsəb Fəaliyyəti və Neyrofiziologiya İnstitutu alimlərinin aldığı sonuca görə, mobil telefonun elektromaqnit şüalanmaları hətta gözləmə rejimində belə yuxu fazasının normal əvəzlənməsini pozaraq mərkəzi əsəb sisteminə mənfi etki göstərir. Alimlərin araşdırmaları mobil telefonların yaratdığı 900 meqahers tezlikli elektromaqnit şüalanmasının canlı hüceyrələrin törətdiyi, tezliyi 800-1000 meqahers olan təbii elektromaqnit şüalanması ilə interferensiyada olaraq güclənə bildiyini söyləyir. Bu sonucda şüalanma orqanizmin funksiyalarını tənzimləyən əsəb mərkəzlərinin işində fasilə əmələ gətirə bilər, məsələn, yuxunun periodikləşməsi, gümrahlaşma, iti və yavaş yuxunun tənzimlənməsi fasiləsi baş verər. Bütün bunlar onu göstərir: elektromaqnit sahəsinin içində olduğumuz indiki zamanda yalnız ağılla, elmi əsaslarla, özümüzə, ailəmizə, cəmiyyətə sağlam, məsuliyyətli münasibətlərlə yaşasaq, faydalı ömür sürmüş olarıq.
Hazırda həkimlər, bioloqlar, fiziklər mobil telefonun insan orqanizminə təsirindən əndişələnməkdədir. Bu, bir yandan, şəbəkə bağlantı istifadəçilərinin günü-gündən böyük sürətlə çoxalması ilə, başqa yandan, özül stansiyaların durmadan artması və onların bilavasitə şüasaçma qaynaqları olması ilə bağlıdır. Telefon dəstəyinin başa sözsüz yaxınlığı və beyin şişlərinin artdığını göstərən statistik qeydlər insan səhhətinin qolaylaşması ilə telefonun birbaşa bağlılığını göstərən olqudur. İsveç alimi professor Leyf Salfordun iztehzalı fikri: "Beyini mobil telefondan könüllü şüalandırmaq insan üzərində ən böyük bioloji eksperimentdir".
İnsan orqanizminin elektromaqnit sahəsinə ən çox həssas sistemi əsəb, immun, endokrin və cinsiyyətdir, ancaq şəbəkə telefonunun elektromaqnit sahəsindən bütöv orqanizm iztirab çəkir. Elektromaqnit sahəsinin orqanizmə çoxillik təsiri mərkəzi sinir sisteminin bioloji və ruhi cəhətdən pozulmasına, qan xərçənginə, beyin şişlərinə, hormonal xəstəliklərə və müxtəlif başqa sonuclara gətirib çıxara bilər. Elektromaqnit sahəsi uşaqlar, hamilə qadınlar, mərkəzi sinir sistemi, hormonal, ürək-damar sistemləri, allergiyalılar və zəifləmiş immunitetlilər üçün xüsusilə təhlükəlidir.
Özümüzün də çox zaman duyduğumuz kimi, başgicəllənmə, qulaq ətrafında "istilik" duyulması, təngənəfəslik, əsəb pozulması, yüksək yorğunluq şəbəkə telefonları etkisinin ən tipik təzahürləridir.
Şəbəkə telefonları həmçinin ürək-damar sisteminə də etki göstərir. Məsələn, Böyük Britaniyada yaşayan adamlar döş ciblərində telefon gəzdirərkən ürək ağrılarından şikayətlənirlər. Steffordşit universitetindən A.Davud Şeffild də şəbəkə telefonu ilə arterial təzyiqin yüksəlməsi arasında asılılıq müəyyən edib.
Baş Tibb Təşkilatı öz "Elektromaqnit şüalanması və insan sağlamlığı" proqramında biranlamlı olaraq bildirir: "Xərçənglə xəstələnmə, aqibətin dəyişməsi, yaddaşın itməsi, sağlam uşağın qəfildən ölməsi və özünəqəsd də burada olmaqla, çoxlu başqa hallar elektromaqnit etkilərinin sonucudur". Bunun əsas götürülməsi bu məsləhətləri çatdırmağa özül verir: gərək olmadan şəbəkə telefonunu işlətməməli; 3-4 dəqiqədən artıq ardıcıl danışmamalı; uşaqların şəbəkə telefonlarını işlətməsinə yol verməməli; qadınlara hamiləlik dövründə şəbəkə telefonu işlətməyi məhdudlaşdırmalı; şəbəkə telefonu alanda şüalaanma gücü maksimumunun aşağı sərhədində olanı seçməli; vacib deyilsə, şəbəkə telefonu işlətməməli.
Sözsüz, burada mobil telefondan imtina edilməsi təklif olunmur. Ancaq mobil telefon istifadəçiləri onun ziyanını azaltmaq haqqında mütəxəssislərin yuxarıdakı tövsiyələrini diqqətdə saxlasalar, müsbət sonuc almış olarlar.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ