Cümə günü, 02 oktyabr 2026
     

Milli-mənəvi dəyərlər və müasirlik

Image


Nənəm folklorumuzun, adət-ənənələrimizin bilicisi olub. Arxaik sözlər də nənəmin leksikonunda işlək idi. Nənəmin dilindən eşitdiyim çoxlu bayatı, nağıl, tapmaca var ki, onları sonradan heç bir ədəbiyyatda, tədqiqat əsərində görmədim. Nənəm bir tapmaca deyirdi həmişə:
Araba atlandı,
Qayış qatlandı...
Qum ələndi,
Quyruq bulandı...
(Xəmir)
Çoxları bu bilməcənin açmasını bilmirdi. Çoxlu söz, bayatı, qatı açılmamış tapmacalar, əhvalatlar bilən nənəm yurd- yuvaya münasibətində çox həssas idi və evinə, elinə aid olan hər bir əşyaya dünyanın ən qiymətli bir sərvəti kimi baxırdı. Çehiz sandığını saxlayırdı, atasının ona cehiz verdiyi köz ütüsünü, mis səhəngi, samovarı, nehrəni, kirkirəni, cəhrəni, xananı, mis qazanı, iri məcməyini göz bəbəyi kimi qoruyurdu. Nimdaş xalça-palazın, yırtılmış xurcunun belə qədrini bilirdi. O vaxt çoxu elə başa düşürdü ki, nənəm atasından, qayınatasından qalan kiçik var-dövlətini qıymazlıqdan, ya da simiclikdən, mal-dövlət həvəskarı olduğundan qoruyur... Ancaq sonradan hamı anladı ki, nənəmin yad gözdən qoruduğu, antik mal alanların nəzərindən pünhanladığı mis qazan da, cəhrə də, nehrə də, köz ütüsü də, neçə-neçə elat köçünə şahidlik edən yırtıq xurcun da xalqımızın maddi, milli-mənəvi dəyəridir. Nənəm o vaxt gümüş pullu kəmərini və bir də yeganə qızıl üzüyünü Dağ Borçalıda çox sınaqlı ocaq olan Hacı Xəlil ziyarətinə nəzir vermişdi. Çox yaxşı yadımdadır, nənəm bizim hamımızı 1987-ci ildə Hacı Xəlil baba ziyarətgahına aparmışdı... Bu gün uzaqdan gələn bir işıq kimi gah yanır, gah sönür o ziyarətgahda olduğumuz anların xatirəsi. Ziyarətgah dağın təpəsində yerləşdiyindən, külək tutan bir yer idi. Oradan ayrılanda nənəm Hacı Xəlil baba ziyarətgahı ilə vidalaşdı, ömrünü-gününü bu müqəddəs ocağa fəda edən müridlərlə sağollaşdı, daşı öpüb dedi:
Qalasız,
Şəhər olmaz qalasız.
Mən bu yerdən gedərəm,
Sizi sağlıqla qalasız...
Nənəm oradan ayrılanda ağ yelənli qara kəlağayısının ucu ilə gözlərini silib dedi, bax, babanızın anası, qaynanam da bu məzarlıqda basdırılıb, bunu yadınızdan çıxarmayın. Bu, əsrlər boyu mövcud olan və nənəm kimi insanların canına-qanına hopan mənəvi keyfiyyət idi. Ailə sədaqəti, gəlinin qaynanasının ruhuna bəslədiyi sonsuz hörmət nümunəsidir. Bu gün biz bunu çox nadir hallarda müşahidə edirik. Hacı Xəlil baba ocağı qədim məzarlığın içində məskənləşmişdi... Nənəmdə yurdla vidalaşma, ziyarət etdiyi məkanlarla sağollaşma, halallaşma xasiyyəti vardı. Hər yay Borçalının Başkeçid elinə, Şamdüyə yaylağına çıxardıq, payızda köçümüz arana qayıdanda nənəm ocaq daşı ilə, yurd yeri ilə belə sağollaşırdı. Deyirdi ki, gələn il yenə gələcəyəm, a qara daş, a dəyəmi qurduğum yurd yeri... Təkcə nənəm deyildi, yaşlı insanların hamısı halallığa, əhd-peymana sadiq idilər. Onlara elə gəlirdi ki, daşın da, qayanın da, lap elə qaratikan kolunun da dili, alqışı, qarğışı var. Keçən çağlarda insanlar mənəvi dəyərləri öz həyat devizinə çevirirdi, daha doğrusu, mənəvi dəyərlər onların elə həyat tərzi ilə bağrıbadaş idi. Mövzu mənim xəyalımı elə uzaqlara apardı ki, ona görə bu ştrixləri xatırladım. Milli-mənəvi dəyərlərdən danışarkən birmənalı olaraq ulularımızdan yadigar qalan müqəddəs məfhumları yada salmalı və onlara sahib çıxmağı bacarmalıyıq. İyirmi-otuz il əvvəlki insanlar mənən zəngin olardı, çünki bu adamlar kitablarda rastlaşdığımız müsbət qəhrəmanların həyatdakı özləri idi. Mənəvi dəyərlərdən danışırıqsa, onu da deməliyəm ki, əvvəlki dönəmdə kişi də, qadın da verdiyi sözə əməl edərdi. Bəzən bir sözün həyata keçməsi üçün bir ömrü bada verirdilər... Amma müasir çağda bu məsələlərə elə də əhəmiyyət verilmir. Bəllidir ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi yaşadan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin əsas insani vəzifəsidir. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün bu vacib məsələnin daim diqqətdə saxlanması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir. Gizlin deyil ki, böyük ağrılar, itkilər, məhrumiyyətlər hesabına yaşadığımız keçid dövründə itirdiklərimiz çox oldu. Məlumdur ki, uzun, məşəqqətli, tozanaqlı bir yola bənzəyən keçid dönəmi milli-mənəvi dəyərlər sistemində boşluqlar yaratdı. Sözsüz ki, bu zəif nöqtədən istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin keşməkeşlərində deformasiyaya uğramadan, bu günümüzü gözəlləşdirən, həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlardır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək, zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək. Çoxlarımız kənd yerlərində böyümüşük, kənddə mənəvi-əxlaqi dəyərlərin göz bəbəyi kimi qorunduğu da faktdır. Azərbaycan xalqının elə ənənələri var ki, şəhərdə də, kənddə də bir əxlaq, mənəvi tərbiyə məktəbi rolunu oynayıb. Bizim ailələrdə ağsaqqal, ağbirçək, böyük sözünə həmişə ehtiram, hörmət olub. Bu da doğrudur ki, Azərbaycanda bir kişinin, ağsaqqalın sözü el-obada möhürlü kağızdan keçərli olub. Söz deyilib və hamı da ona əməl edib. Vaxtilə toyları, şənlikləri, eləcə də yas mərasimlərini el ağsaqqalları, sözü keçərli insanlar idarə edirdi, onların xeyir-duası vacib bir iş sayılırdı. Bu gün isə müdrik ağsaqqallarımız, söz sahibi olan ziyalılarımız öz məkanından uzaq düşüb, onların sözünə ehtiyac olduğu halda bu insanlar pərdə arxasında qalıb. Onların əvəzinə məclislərdə, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziyada əsasən mənəvi dəyərin nə olduğunu bilməyənlər iştirak edir, sonra da deyirlər ki, özümüz deyib özümüz eşidirik, gənc nəsil bizim sözümüzə əhəmiyyət vermir. Niyə də versin ki? Sənin xalqın adından, onun mənəvi dəyərlərindən danışmaq ixtiyarın varmı? Qətiyyən. Azərbaycan xalqının mental dəyərlərinə çağdaş dövrdə dodaq büzənlər də az deyil. Məsələn, bəziləri düşünür ki, elçilik, nişan nəyə lazımdır, toyu bunlarsız da etmək olar. Bu çürük düşüncəsini də geniş şəkildə təbliğ edir, hətta onlara bu təbliğat üçün geniş auditoriya verirlər. Bəzən adamı acıdan hallardan biri o olur ki, qədim sənət növlərindən, söz xəzinəmizdən söhbət açılır, amma söz xridarları o söhbətdə iştirakdan məhrum edilir. Söz bizim ən böyük mənəvi xəzinəmizdir. Bizim mental dəyərlərimizə söykənc olan sözə ehtiyacımız var, hansı ki, o sərvət bizə ulularımızdan yadigar qalıb. Çoxları deyir ki, keçmişimiz, tariximiz bizim üçün ibrət dərsləridir. Doğru deyirlər, keçmişdən götürüləsi çoxlu dərslər var ki, o bizi milli kökümüzdən ayrılmağa qoymaz. Qloballaşma dalğasının üstümüzə hücum çəkdiyi bir dönəmdə milli-mənəvi dəyərlərimizə, babalarımızın söz xəzinəsinə, ölməz adət-ənənələrinə söykənməliyik. Onları elə qorumalıyıq ki, itib batmasınlar, onlar itsə, bizim də yaşamağımızın mənası olmaz. Minillər uzunu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilib, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməyib.
Kultroloqların təhlillərinə görə, müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən "insan şəxsiyyətinin formalaşdırılması prosesi"nin mürəkkəb strukturu eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır. Milli-mənəvi dəyərlərin özü böyük bir mədəniyyətin tərkib hissəsidir.
Dəyərlər sistemində başlıca yer tutan bu amil insan yetişdirmək, onu mənəvi dəyərlərə bağlamaqdır. Bu da faktdır ki, xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdən bura yad təsirləri gətirənlər böyük cinayət edir. Müxtəlif təbliğat vasitəsi ilə gəncləri öz milli-mənəvi dəyərlərindən ayırmağa cəhd göstərənlərə qarşı media da, sadə vətəndaşlar da barışmaz olmalıdır. Zərərli ədəbiyyat, nəşrlər gənclərin çevrəsinə gətirilməməlidir. Azərbaycan ailəsi elə qəzetlərə, elə jurnallara abunə olmalıdır ki, ondan hər hansı bir mənəvi zərbə almasın, itki verməsin. Gizlin deyil, bəzi televiziyalardakı eybəcərliklər, şou-biznesin bəzi istedadsız və şəxsiyyətsiz nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan verilişlər, porno görüntülər əks olunan reklamlar, kinofilmlər, insan heysiyyətinə ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi, əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşınmasına hesablanmış vasitələrdir. Əcdadlarımızdan bizə qəhrəmanlıq ənənəsi miras qalıb. Gənc nəsildə qəhrəmanlığı tərbiyə etməlidir böyüklər. Bilməlidir ki, xalqımızın zəfər, qələbə gözləntisi var, onu isə bizə gənclərimiz qazandıracaq. Qarabağ müharibəsi başlanar-başlanmaz, igidlərimiz cəbhəyə könüllü yollandılar, onların şücaəti, qəhrəmanlığı indi də yaşayır. İkinci Dünya Müharibəsində böyük igidliklər göstərən babalarımızın şöhrətini unutmaq olmaz. Biz onların davamçılarını yetirməliyik, bunun üçün isə mənəvi, əxlaqi tərbiyə onların əsas könül sirdaşı olmalıdır.
Milli-mənəvi dəyərlər yalnız bu ifadəni hər gün işlətməklə yaşamır, onun tərkibinə daxil olan bütün milli adət və ənənələr, söz xəzinəmiz, hikmət yaradan babalarımızın, övliyalarımızın, fikir adamlarımızın, ictimai xadimlərimizin dəyərləri qorunmalı və təbliğ edilməlidir. Vətən sevgisinin gəncliyə aşılanması, onların vətəni sevə bilməsi bizim üçün ən böyük milli-mənəvi dəyərdir. Ulularımızdan miras qalan mental dəyərləri gənclik yaşatmalıdır. Dövlətimiz milli-mənəvi dəyərlərin təbliğinə daha geniş səviyyədə yer ayırır. Bu gün muğam sənətinin inkişafı, milli teatrın tərəqqisi, aşıq sənətinin daha geniş üfüqlərə çıxarılması, xalçaçılığın, milli kulinariyanın bütün dünyada məşhur olması onu göstərir ki, biz xalq olaraq milli-mənəvi dəyərlərə sahib çıxa bilirik. Bu da onu deməyə əsas verir ki, müasir dövrdə xalqın ayaqda qalması üçün ilk söykəndiyimiz dayaq milli-mənəvi dəyərlər olmalıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ