Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) çərçivəsində kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsinin təşəbbüskarı qismində çıxış edir. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ITU-nun yaradılmasının 150 illiyinə həsr edilmiş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransında deyib.
O təəssüflə bildirib ki, problem transmilli xarakterli olsa da, bu təşəbbüs dünya ictimaiyyətinin tam dəstəyini qazanmadı: "Ölkələr virtual mühitdə artan insidentlərlə bağlı bir-birinə tez-tez etirazlarını bildirirlər".