çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Kövrək qəlblərin ünvanı: “Yada düşdü”

Image


Bir neçə ay bundan əvvəl 10 illik yubileyini çoxdan geridə qoyaraq müdrikləşən, yaşının üzərinə iki ilini də əlavə etmiş, yazıçı, şair, publisist, ziyalı mövqeyini və müxtəlif sahələri təmsil edən kövrək qəlblərin ünvanı – “Yada düşdü” dərgisi ilə tanış olmaq fürsətim oldu.

Qarşıma çıxanda, sıradan bir jurnal olub kənara qoyacağımı fikirləşdiyim, lakin səhifələrini vərəqlədikcə nəşrin müasir dövr Azərbaycan oxucuları üçün nə qədər aktual və qiymətli olduğunu anladım. İnsanı özünə bağlayan duyğu yüklü yazılarıyla, milli və mənəvi dəyərlərimizin təbliğatçısı, bir sözlə özümü tapdığım “Yada düşdü” dərgisi ilə bağlı xoş təəssürat və ovqat  hazırki yazını qələmə almağa ilham verdi. Aprel ayının ikinci yarısında dərginin 2022-ci il üzrə ilk nömrəsi işıq üzü gördü. Bu münasibətlə, başda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, ziyalı sözünə böyük dəyər verən, alim və tədqiqatçı ruhunu hiss edən Nəzakət Məmmədova olmaqla, nəcib və professional “Yada düşdü” kollektivini, yazarları təbrik edir, hər birinə yeni yaradıcılıq uğurları diləyirəm.

Hazırda respublikada onlarla qəzet və jurnal nəşr olunur. Rubrikaları, oxucu dairəsi, yazarları, məqalə müəllifləri fərqli olan, rəngarəng nəşrləri hər tərəfdə müşahidə etmək, alıb oxumaq imkanı var. Onların içərisində adı, mahiyyəti və ziyalı yazarları ilə insana doğmalıq hissi yaşadan “Yada düşdü” dərgisi də var. Nəşrin bənzərsiz adı fikir insanlarını, qələm sahiblərini, həssas yazarları dərin düşüncələrə qərq edir və kövrək xatirələri dilə gətirir, yazıya çevirərək məqalə müəlliflərində xoş ovqat yaradır, qəlbən sevindirir. Dərginin ilk sayında mənim “Geoloq ömrü – 70” adlı kiçik məqaləmə də yer verildiyi üçün özümü bir anlıq xoşbəxt hiss etdim. Yazı, həyat məktəbində ilk müəllimim olmuş atam Pirmurad Əhmədovun məzarı başında qeyd etdiyim yubiley yaşı – keçdiyi qısa, lakin şərəfli ömür yolundan, mühəndis-geoloq fəaliyyətindən bəhs edən nostalji, bir qədər də kövrək xatirələrlə zəngin, həyəcan dolu məqalə idi. İlin əvvəlində göndərdiyim yazı səbrsizliklə gözlədiyim anı gerçəkləşdirdi. “Yada düşdü” yazarlarının sırasında atalı xatirələrimi əks etdirən yazımın nəşr olunduğunu və səhifələrin şəkillərini 29 aprel 2022-ci il tarixində sosial şəbəkə üzərindən öyrəndim və vaxt itirmədən redaksiyaya üz tutdum, sanki qanad açaraq uçdum desəm, yanılmaram. Redaksiyada ilk qarşılaşdığım şəxs gülərüzlü və səmimiyyəti ilə “Buyurun, siz Aqil müəllimsiniz ?” söyləyən, dərginin baş redaktor müavini Kəmalə Mirzəyeva idi. Bunu eşitmək mənim üçün xoş oldu. Stulda əyləşdiyim anda mizin üzərində bir neçə dəqiqə əvvəl anonsunu gördüyüm “Yada düşdü” dərgisi var idi, götürüb vərəqlədim və dərin mənalı, məzmunlu yazıların sanki dil açıb mənimlə danışdığını, hər müəllifin seçdiyi mövzuya necə həssas qəlblə yanaşdığını hiss etdim – bir sözlə “Yada düşdü”nün kövrək qəlblərin ünvanı olduğunu bir daha görmüş və duymuş oldum. Ardından, baş redaktorun müavini gülümsünərək: “Elə indicə paylaşmışdım, nə tez xəbər tutdunuz ? Siz redaksiyaya gələn ilk müəllifsiniz” söylədi. Daha sonra Kəmalə xanım məni dərginin təsisçisi və baş redaktoru Nəzakət xanımla tanış etdi. Söhbət etdiyim bir neçə dəqiqə ərzində nəcib və müasir Azərbaycan ziyalı qadınına xas bütün müsbət keyfiyyətləri Nəzakət xanımda gördüm və dərgi haqqında xoş təəssüratlar bir anda dilimdən axmağa başladı. Nəzakət xanımın gözəl aurası, təbəssüm saçan çöhrəsi, qələm sahiblərinə qarşı həssas münasibəti məni duyğulandırdı və bir neçə dəqiqəlik söhbət hazırki məqaləmin ərsəyə gəlməsinə ruh verdi.             

Müstəqil, ədəbi-bədii, nostalji dərgi dizayn baxımından da insanı düşündürür, maraqlı olduğu qədər də üz qabığında və arxa üzündəki sənət əsərləri ilə oxucularının gözünü, ruhunu oxşayır, fəlsəfi mənaları ilə insanı təfəkkürə dəvət edir. Dizayndan söhbət düşmüşkən, redaksiyada Kəmalə xanım dərgini həm oxunaqlı, həm də vizual baxımdan gözoxşayan edən, nəşrin dizayneri Cəfər Kərimovla da məni tanış etdi və istedadlı gənci gözəl əl işləri ilə bağlı təbrik edib müvəffəqiyyətlər arzu etdim. Dərginin əvvəlki illərdə nəşr olunan hər bir nüsxəsi də dizayn baxımından bir-birindən gözəl, əlvan rəngli, cəlbedici, xoş təsir bağışlayan nəşrlərdir. Dünyaca məşhur rəssamların əsərlərinin “Yada düşdü” dərgisinin üz qabığında öz əksini tapması nəşrin hər bir nömrəsinin mündəricatında əks olunan mövzuları tamamlayır və hüzurlu harmoniya yaradır. Dərginin “Dünya bir pəncərədir”, “Yaddaşımızda yaşayanlar”, “Tarixin izi ilə”, “Unutsaq unudularıq”, “Yazıçı ömrünün rəngləri”,  “Ölməzlər”, “Olanlardan, keçənlərdən”, “Qəlbimizə yazılan şeirlər”, “Baxış”, “Gəlimli-gedimli dünya”, “Ustad”, “Vətən sevgisi”, “Qalanı xatirədi”, “Şərəfli peşənin yolçuları”, “Yubiley təbriki”, “Mədəniyyət paytaxtı”, “Körpü”, “Ömür dediyin”, “Poeziya”, “Uşaqlar, ay uşaqlar” kimi rubrikalarında respublikanın tanınmış söz və sənət ustalarının, tədqiqatçıların, alimlərin samballı yazılarını, ziyalı nəsillərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş xatirələri, kövrək qəlblərdən süzülüb gələn duyğu yükül, heç yerdə nəşr olunmayan orijinal, nostalji məqalələri oxumaq mümkündür. Mənim yazım isə dərginin “Geriyə baxdıqca” rubrikasında öz yerini tapmışdır. Rubrika yazının məzmununa çox yaxın, həqiqətən də geriyə baxdıqca qısa, lakin şərəfli ömür sürmüş atamı mənə xatırladır, düşündürür və qəlbimizdə səssiz hüzün, üzümüzdə təbəssüm ilə İlahinin bəxş etdiyi ömrü yaşamağa davam edirik.

“Yada düşdü”nün hər bir rubrikası oxucular tərəfindən böyük maraqla izlənir. Tarixçi olduğum üçün, bir oxucu kimi “Tarixin izi ilə” rubrikası diqqətimi çəkir. Burada tanınmış ziyalılarımız, Azərbaycan hərb tarixinin görkəmli tədqiqatçılarından biri, hərbi jurnalist Şəmistan Nəzirlinin arxiv sənədləri əsasında qələmə aldığı maarifləndirici məqalələri və digər rubrikaları sevə-sevə oxuyur, tarixi keçmişimizdə yaşamış azərbaycanlı ziyalı simalarımızı tanımaq inmaknı əldə etmiş oluram. Yaxud tanınmış ziyalı jurnalist və tədqiqatçı Ülkər Hüseynovanın Azərbaycanın XIX-XX əsrlərdə yaşamış maarifçi nəsillərinin görkəmli nümyaəndələri haqqında qələmə aldığı bənzərsiz yazılar “Yada düşdü” dərgisinin xüsusilə gənclərimizin, gələcək nəsillərin məlumatlandırılması işində öndə getdiyini təsdiq edir.

Qeyd etmək lazımdır ki, “Yada düşdü” dərgisi “The Institution of Engineering and Technology” təşkilatının Ekspert Şurasından keçərək INSPEC indeksləşmə bazasına daxil edilmişdir. Dərgi 2010-cu ildə rəsmi status almaqla yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir. Beləliklə “Yada düşdü” qısa vaxt ərzində böyük uğurlara imza atmışdır.  Dərgi öz yazıları ilə ziyalıların yaddaşını təzələyir, keçmişi unutdurmamaq şərtilə gələcəyə inmala baxmağa səsləyir. Bu üzdən milli və mənəvi dəyəri yüksək, maarifləndirici və kövrək xatirəli, ədəbi-bədii, nostalji yazıları ilə oxucuları sevindirən, onlara xoş ovqat bəxş edən “Yada düşdü”nün gözəl kollektivinə, şəxsiyyətinə və ziyalılığına böyük dəyər verdiyim Nəzakət xanıma məsuliyyətli və şərəfli işlərində yalnız uğurlar və digər jurnallardan hər zaman fərqlənməyi, orijinallığını hərdaim qoruyub saxlamağı arzu edirəm.

Aqil P.ƏHMƏDOV
Dosent, tarix üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ