çərşənbə günü, 11 noyabr 2026
     

Mehdiyev getdi, Rəyasət Heyəti ki qalır - ondan da pis, ziyankar...

Image


Çoxları hesab edirdi ki, Ramiz Mehdiyev AMEA prezidenti postundan istefa vermək istəmir və vəzifədə qalmaq üçün dirəniş göstərir. Bu səbəbdən də Mehdiyevin gözlənilmədən AMEA prezidenti postundan istefa verməsi bir qisim insanları təəccübləndirdi. Amma onun istefa verəcəyini gözləyənlər də vardı, onlar deyirdi  ki, Mehdiyev özü istefa ərizəsi yazacaq. Elə də oldu.

R.Mehdiyevin AMEA prezidenti postundan istefa verməsindən sonra bu qurumda yeni bir məsələ gündəmə gəlib. AMEA daxilində yayılan söhbətlərə görə, AMEA-nın Rəyasət Heyəti də istefaya hazırlaşır. Daha doğrusu, Rəyasət Heyətinin istefa verməsini akademiyanın daxilində tələb edirlər. AMEA əməkdaşları Rəyasət Heyətindən tələb edir ki, istefa verin və  Rəyasət Heyətinin tərkibi yenilənsin. Onlar hesab edir ki, Rəyasət Heyəti həm Akif Əlizadənin, həm də Mehdiyevin özbaşınalığına reaksiya verməyib, işləri-gücləri çəpik çalmaq olub.

Ekspertlər deyir ki, Mehdiyev də, ondan əvvəl Əlizadə də AMEA-da nə istəyirsə edib, qanunsuz əməllərə imza atıb, elmi sarsıdıb, elmi tərəqqini böhrana yuvarlayıb, amma bir nəfər də olsun şəxsin səsi çıxmayıb. Halbuki, Rəyasət Heyəti bunlara heç cür imkan verməli deyildi, səsini çıxarmalı idi. Ekspertlər deyir ki, Rəyasət Heyəti fəaliyyətsiz bir təsisatdır, yeganə gördüyü iş dövlət büdcəsini sümürməkdir.  Hətta AMEA Rəyasət Heyətinin tamamilə ləğv edilməli olduğunu deyənlər də var.

  • İlqar Orucov: “Təəssüf ki, RH üzvləri arasında kiçik mehdiyevlər də var”

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bizimlə söhbətində bildirdi ki, AMEA-nın daxilində baş qaldıran Rəyasət Heyətinin istefası ilə bağlı tələbi dəstəkləyir və qanunsuzluqlara göz yuman Rəyasət Heyətinin tərkibinin indiki şəkildə qalması mənfi haldır. “Hesab edirəm ki, haqlı tələbdir. Akif Əlizadə və ondan sonra gələn Ramiz Mehdiyev AMEA-nı çətin duruma saldılar. Təəssüf ki, o zaman da, indi də Rəyasət Heyəti (RH) heç bir münasibət ifadə etmədi. Düzdür, RH-də əqidəli, işgüzar alimlər də var. Akademiklər Arif Həşimov, Nərgiz Paşayeva, Cəmil Əliyev kimi alimləri nümunə göstərmək olar. Təəssüf ki, akademiya əməkdaşları RH-nin əksər üzvlərini hər zaman yalnız öz məqsədlərinə xidmət edən alimlər kimi tanıyırlar. Ona görə də mütləq şəkildə onlar dəyişməli, yeni düşüncəli, beynəlxalq elmi tendensiyalardan məlumatlı olan adamlar idarəetməyə cəlb olunmalıdır. Əksər institutların direktorlarının da dəyişməsinə ehtiyac var. 50 il bir müəssisəyə direktorluq edən, rəhbərlik etdiyi müəssisinin adı Biləcəridən o tərəfə çıxa bilməyən adamların birmənalı şəkildə uzaqlaşdırılması vacibdir.

Təəssüf ki, RH üzvləri arasında kiçik mehdiyevlər də var. Vaxtilə Akif Əlizadəyə əl çalmağı peşə seçən, o gedəndən sonra isə Mehdiyevə yarınan belə adamlar RH-də yer ala bilməzlər. Mən bu adamlar haqqında dünən yazdığım məqalədə geniş bəhs etmişəm. Bu adamları vaxtilə akademik təyin edən də Mehdiyev olub”- deyə İ.Orucov vurğuladı.

  • İdris Abbasov: “AMEA-da Rəyasət Heyətinin bu tərkibdə saxlanılması məqsədəuyğun deyil”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasovun sözlərinə görə də, Rəyasət Heyəti istefaya getməlidir. “Ramiz Mehdiyevin AMEA rəhbəri vəzifəsindən getməsi heç də o demək deyil ki, akademiyada hər şey əla olacaq. Xeyr, belə deyil. Akademiyanı uzun müddət kurasiyasında saxlayan Mehdiyevin vəzifədən getməsi qaçılmaz idi. Bu lazım idi, bu öz yerində. Amma AMEA-da Rəyasət Heyətinin bu tərkibdə saxlanılması məqsədəuyğun deyil. Həmişə sual vermişəm ki, bizə Rəyasət Heyəti lazımdırmı? Rəyasət Heyəti mənə müftəxor bir qrupu xatırladır. Bunlar dövlətdən yüksək maaşlar, təqaüdlər alırlar, amma onun müqabilində görüləcək işlərin faydalılıq əmsalı sıfırdır. Həmişə demişəm, yenə də deyirəm, çoxu akademiyanın ləğvi deyəndə elə başa düşür ki, söhbət bu binanın uçurulmasından gedir. Halbuki, burada struktur dəyişikliklərindən söhbət gedir. Akademiyadan Ramiz Mehdiyev getdi, amma gəlin görək 10-15 nəfərin bir otaqda oturub qeybət etməsi məsələsi də qurtardımı? Təbii ki, onlar var və olacaq da. Akademiyanın institutlarında normal iş şəraiti yoxdur. Ora o qədər işçi götürüblər ki, sanki o adamlar orada sosial müavinət alırlar. Bunlara sosial müavinət verilib işə gəlməsələr ölkə üçün daha faydalı olar. Bunlara xeyli pul xərclənir. Təkcə kommunal xərclərini, təsərrüfat xərclərini götürək. Burada hansı işlər ortaya qoyulur? Boş-mənasız məqalələr, yazılar yazılır. Bir də görürsən ki, elan edirlər filankəsin məqaləsi filan xarici elmi jurnalda çıxdı. Onların bu məqaləsi ölkəyə nə gətirdi? Heç nə gətirmədi, əksinə, ölkədən valyuta çıxardı. 1000-1500 dollar verib bir məqalə çap etdirirlər ki, elmi dərəcə alsınlar. O qədər çatışmazlıqlar var ki, saymaqla qurtarmaz. Hətta burada insanlar var ki, akademik titulu alıblar, əmək fəaliyyətləri sıfıra enib. Amma dövlətdən kifayət qədər pul alırlar. Alim zəhmətkeş deməkdir”.

İ.Abbasov deyir ki, AMEA-nın institutlarına xalı-xalça döşənib, bu isə dövlət büdcəsi hesabına başa gəlib. Dövlətin akademiya adlı ilgəkdə, düyündə itirdiyini qeyd edən İ.Abbasovun sözlərinə görə, bəziləri “akademiya olmasa bizim elmimiz olmaz” deyir, amma onlar səhv düşünürlər : “Bizim universitetlər var. Akademiya formal xarakter daşıyır. Burada son dövrlər elmə əməlli-başlı töhfələr verilə bilmir. Halbuki, bu faydanı kiçik bir labaroriya verərdi. Akademiyaya ayrılan milyonların bir qismini xərcləsə idilər, demirəm şəhərin mərkəzində, amma şəhərdən kənarda laboratoriyalar tikilə bilərdi, Zəhmətkeş alimlər də gedib orada tədqiqatla məşğul olardı, öz məhsulunu ortaya qoyardı və mən bu işi gördüm, ölkəyə də bu qədər xeyir verdim. Amma on min adamı şəhərin mərkəzində saxlamaq düzgün deyil. Otaqlarda oturmağa yer yoxdur. Ora, yenə də deyirəm, çay içmək, qeybət qırmaq, intriqa ilə məşğul olmaq məkanıdır. Mehdiyevin getməsindən sonra da bunlar belə davam edəcəksə, struktur dəyişikliyi olmayacaqsa problemlər həllini tapmayacaq”- deyə İ.Abbasov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ