çərşənbə günü, 11 noyabr 2026
     

Ramiz Mehdiyev Akademiyada əməlli-başlı islahatlara başlayıbmış ki... Misir Mərdanovun yazdıqları...

Image


“...Son günlərdə sosial şəbəkələrdə və mətbuatda yazılanlardan belə çıxır ki, bu vəziyyətin yaranmasında əsas səbəbkar kimi iki il üç ay bundan əvvəl akademiyanın rəhbərliyinə gələn Ramiz Mehdiyevdir.

Bəs bu müqəddəs elm ocağında nələr baş verir, hansı “işlər” görülmüşdür?

Bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib.
Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda, indi onların sayı əsassız olaraq doqquza çatdırılıb.

AMEA-nın, necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib.

Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.
Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi...” Bu fikirlər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı yazısında əks olunub.

  • “Akademiyanın rəhbəri yerində olan adam olmadığı üçün vəziyyət bu cür gərginləşib”

Məsələni şərh edən Gənc Alim, Dotorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, M.Mərdanovun R.Mehdiyev haqqında dedikləri, əlbəttə, əsaslıdır: “Ramiz Mehdiyev akademiyaya prezident gələndə düşünürdüm ki, o bu yaşında özünə qədər akademiyada baş verən qanunsuzluqları aradan qaldıracaq, ədaləti bərpa edəcək, ədalətli rəhbərliyi həyata keçirəcək, beləliklə, AMEA-da elmi mühit nəhayət 6 ildən sonra bərqərar olacaq. Amma nə baş verdi? Ramiz Mehdiyev akademiyanın idarəetməsini həddən artıq bürokratikləşdirdi. Eyni zamanda Ramiz Mehdiyev akademiyanın nizamnaməsini kobud surətdə pozub akademiyanın elmi katibini üç dəfə dəyişib. Həmçinin, AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifələri təsis etdi, hansı ki, bunlar birbaşa akademiyanın nizamnaməsinin pozulmasıdır. Yəni mənim nə zaman xətrim istəyir, o zaman durub özbaşnalıq edib akademiyanın nizamnaməsinə dəyişiklik edirəm. O, Rəyasət Heyətinin aparatını qorxulu bir idarəyə çevirdi və bununla da göstərmək istədi ki, mən buranın ağasıyam, yəni Misir Mərdanovun yazdığı kimi özünü elmi mühitdə “padşah” qismində apamağa başladı. Sanki bunun iradəsindən kənar (əslində həqiqətən də elədir) heç bir fəaliyyət mümkün deyil. Bilirsiz ki, mən bu məsələni sizinlə söhbətlərimdə dəfələrlə qeyd etmişəm. Akademiyanın rəhbərliyi kollegial idarəetmə əsasında təşkil olunub. Yəni akademiyanın Rəyasət Heyəti var. Akademiyanın Rəyasət Heyətinin bir üzvü də bir dəfə bu məsələlərlə bağlı səsini çıxarmadı və bununla da baş verən qanunsuzluqlara şərik olduqlarını, onu dəstəklədiklərini dolayısı ilə ifadə etmiş oldular. Bu müddət ərzində akademiyada çalışan xeyli sayda insan etirazını bildirirdi ki, AMEA-da bu cür idarəçilik düzgün deyil. Ümumiyyətlə, elmin idarəedilməsində bir çox Sovetdən qalma üsulların zamanı deyil. Əlbəttə, AMEA-nın şanlı keçmişinə hər zaman hörmətlə yanaşıram. Mənim də orda fəaliyyətim olub, o qurumda elmi gənclik hərəkatını formalaşdırmışam. Zamanında AMEA-da Rəyasət Heyətinin üzvləri çox görkəmli, dünya şöhrətli alimlər, eyni zamanda da sadə, təvəzökar, əlçatan insanalar olub. Mahmud Kərimov prezident olanda AMEA-nın Rəyasət Heyətinin qapıları hamının üzünə açıq idi. Akademiyanın prezidenti ilə görüşmək problem ola bilməzdi. Şahidi olmuşam, süpürgəçidən tutmuş akademikə qədər hər kəs akademiyanın prezidenti ilə görüşüb, dərdini deyirdi, fikrini ifadə edə bilirdi. Akademiya prezidenti qəbuluna gələn şəxsləri qapıda qarşılayıb, dərdini dinləyib, sonra isə alicəbalıqla qapıdan ötürərdi. Mən belə görmüşəm. Təəssüf ki, sonrakı dönəmdə bu cür alicənab davranışlar tarixə qovuşdu və akademiyada belə şahlıq üsul-idarəsi yarandı”.

İ.Orucov qeyd etdi ki, Azərbaycan təhlükəsiz ölkədir, dövlət başçısının rəhbərliyi altında  ölkəmizdə çox stabil yaşayış təmin olunub. “Bu cür şəraitdə təsəvvür edin ki, AMEA-nın binaları xüsusi mühafizə olunağa başladı, Rəyasət Heyətinə ümumiyyətlə yaxın düşmək mümkün deyil. Bu da bu adamların zəhmli görkəmini təmin etməyə hesablanmışdı. Akademiyanın vitse-prezidentlərinin sayı əslində Akif Əlizadənin zamanında artırıldı, Rəyasət Heyətinin ştat cədvəli də onun dövründə belə biabırçı duruma düşdü, akademiyanın Rəyasət Heyəti bürokratikləşdirildi. Ramiz Mehdiyev gələndən sonra ümid edirdim ki, bütün bunlar dəyişdiriləcək, amma dəyişdirilmədi. Ramiz Mehdiyev akademiyanın idarəedilməsinə yaraşmayan şəkildə bu cür idarəetməni bir az da dərinləşdirdi, iş o yerə gəlib çatdı ki, institut rəhbərləri bir işçini belə işə götürə bilmirlər. O ki qaldı AMEA-nın instititutlarında qanunsuz maliyyə yoxlamalarının aparılmasına, bu da səbəbsiz deyil. Mehdiyev, sanki  ona biət etməyən köhnə direktorları cəzalandırmaq üçün məhz bu üsulu seçirdi. Əvvəllər AMEA-nın Rəyasət Heyətinin iclasları hər zaman institutların, digər müəssisələrin rəhbərlərinin iştirakı ilə keçirilib, özüm də bu iclaslarda iştirak etmişəm. Amma indiki pis ənənənin əsasını Akif Əlizadə qoyub və Ramiz Mehdiyev də onu bir qədər də dərinləşdirdi. Yəni akademiyanın son iki prezidenti yerində olmayan adamlar oldu. Ramiz Mehdiyev isə ümumilikdə AMEA prezidentləri içində bu vəzifəyə layiq olmayan prezident oldu. Mən keçən dəfə sizinlə söhbətimizdə akademik titulu daşıyan adamların siyasi riyakarlığına təsadüfən toxunmadım. Məqam gözləyən, mövqeyi olmayan insanlar bu xalq üçün ziyalı ola bilməzlər. Akademiyanın Rəyasət Heyətinin üzvlərinin, vitse-prezdentlərin əksəriyyəti xalqdan və elmdən uzaq adamlardır. Misir müəllim buna da toxunub, Ramiz Mehdiyevin dövründə elə adamlar AMEA-ya işə götürülüb ki, onların keçmişi  haqqında çox xoşagəlməz fikirlər səslənir. Bunların böyük əksəriyyətinin ümumiyyətlə heç zaman akademiya ilə bağlılığı olmayıb. Akademiyanın keçmiş rəhbərlərinin dövründə, xüsusilə Rəyasət Heyətinin əməkdaşları universiteti bitirəndən sonra həyatı yalnız və yalnız akademiya ilə bağlı insanlar olub. Niyə belə olub? Çünki onlar akademiya mühitini biliblər, akademiya nədir, onu qanları, canları ilə hiss ediblər, ona bağlı olublar. Ona görə də, AMEA-nın vite-prezidentləri, institutut direktorları, laboratoriya müdirləri, bütövlükdə Rəyasət Heyətinin bütün işçiləri sadə idilər. Çünki onlar öz dişləri-dırnaqları ilə özlərinə yol aça-aça gəlib həmin postları tutmuşdular. Yoxsa keçmişi ləkəli, hansısa bir hüquq-mühafizə orqanından qovulan, hansı yuvanın quşu olduğu bilinməyən bir adımı gətirib elm adamının başının üstündə qoymaq çox pis haldır. Mən heç bir təhsili olmayan mühafizəçilərin akademiya institutlarında çalışan (bu ənənə də Akif Əlizadənin dövründə qoyulub –İ.O) professorlara, alimlərə göstəriş verməsinin şahidi olmuşam. Onlar qapıda dururlar və bir nəfər çölə çıxa bilməz. Alimə sərbəstlik verilmir, alim ümumiyyətlə sərbəst olmalıdır. İctimai və hümanitar elmlər sahəsində çalışan alimlərn həftədə iki gün kitabxana günü olur. Ənənəvi olaraq həftənin tək günləri onların kitabxana günləridir. Yəni bunlar gedib kitabxanalarda oturub elmi axtarışlar aparmalıdırlar. Bunlar yığışdırıldı. Bir neçə mühafizəçi, qoçu akademiyanın həyətində at oynadır. Bu adamlar elmi mühafizəçilərin ayağına verdilər. Ramiz Mehdiyev Akademiyaya xüsusi mühafizə xidmətinin əhatəsində gəlir. Akademiya belə qorxulu yerdirmi, alimə münasibət budurmu? Alim sənə yaxınlaşıb sözünü deməlidir. Yadımdadır, Mahmud Kərimov prezident olanda nahara Rəyasət Heyətinin binasından çıxıb piyada gedirdi, istənilən bir adam ona yaxınlaşa bilirdi. Heç də onu özünə əskiklik bilmirdi. Amma Akif Əlizadə akademiyanın Rəyasət Heyətinin həyətinə girəndə mühafzə bütün insanları uzaqlaşdırırdı ki, çəkilin “bir şah gəlir”. Onu da Mehdiyev dərinləşdirdi. Akademiyanın rəhbəri yerində olan adam olmadığı üçün vəziyyət bu cür gərginləşib. Ona görə də düşünürəm ki, Ramiz Mehdiyev mütləq şəkildə getməlidir. Elm bu cür idarə olunmalı deyil, elmin idarəedilməsinə baxılmalıdır, alimləri qorumaq lazımdır. Akademiyadakı o çirkin mühit təmizlənməlir, AMEA-nın mövqesiz Rəyasət Heyəti vicdanlı insanlarla əvəzlənməlidir” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ