çərşənbə günü, 11 noyabr 2026
     

Deputat Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyindən “pullar hara gedir” sorğusunu etdi... - MÜSAHİBƏ

Image


“Heç inflyasiyanı o qədər tənqid etmirlər, nəinki Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edirlər”

Milli Məclisin deputatı Rüfət Quliyevin parlamentdə “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşunun müzakirəsi zamanı “Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir” fikiri cəmiyyətdə ciddi rezonas doğurub.

Rüfət Quliyevlə əlaqə saxlayıb mövzu ətrafında geniş söhbət etdik.

- Rüfət müəllim, sizin parlamentin iclasında ictimailəşdirdiyiniz bu məsələ cəmiyyəti ciddi də narahat edir. Bilirsiz ki, BNA-nın fəaliyyəti daim ictimaiyyətdə narazılıq doğurur. Bəs BNA-nın fəaliyyətində sizi qane etməyən məqamlar nələrdir?

- Mən bu barədə ilk dəfə deyil danışıram, təxminən il yarımdır ki, bu məsələləri qaldırmışam. Sözün açığı, BNA-ya təkliflər vermişəm ki, siz gördüyünüz işlərlə bağlı hansısa bir arayış hazırlayıb verin, yaxud bir məlumat təqdim edin. İşinizi necə qurursuz, necə qurmaq istəyirsiniz? O vaxt da deyirdim, bu il yarımın içində beş-altı dəfə də demişəm ki, tıxacla bu formada mübarizə aparmaq olmaz, mümkün deyil. Bu şəkil çəkmələrlə işi həll etmək olmaz. Gündə 500-600 nəfər adam şəkil çəkir. Bildiyim qədər günə təxminən 10 min cərimə yazılır. Bu 10 min cərimənin də birini ən azından 20 manata vursaq, bu gün ərzində 200 min manta edir. Bu məbləği 30 günə vuranda isə bu 6-7 milyon manat deməkdir. Bu qədər pul hara gedir? Mən bunu komitənin iclasında, plenar iclasda da demişəm. Hesablama Palatasının sədri Vüqar müəllimdən xahiş etdim ki, BNA-da yoxlama aparsın. Ümumiyyətlə, bu qurum nə işlə məşğuldur? Bu qurum fiskaldı, yəni büdcə doldurur, yaxud Bakı şəhərində nəqliyyatın tənzimlənməsi ilə məşğuldurlar? Yoxlamaların nəticəsini də bilirsiz, rəsmən açıqlanıb. Orada 800 min manat kəsir olub, 800 min manatı BNA büdcəyə bərpa edib. 125 min manat da debütor borcu olub. Bu hardasa 5-6 ay bundan əvvələ aiddir, komitə iclasında da bu rəqəmlər səsləndirilib, Hesablama Palatasının rəyində də əks olunub. Bunlar qalsın bir yana. Mən heç maliyə tərəfini götürmürəm…

- Rüfət müəllim, maliyə tərəfi də çox ilgincdir və siz kifayət qədər böyük rəqəmlər səsləndirdiniz. Sual yaranır ki, BNA-nın cərimələrdən yığdığı bu qədər pul hara gedir?

- Bəli, bu da çox incə məsələ olsa da, amma bundan da böyük problem ondan ibarətdir ki,  maşınları saxlamaq üçün yerlər yoxdur insanlar maşınlarını harda gəldi orda saxlamağa məcburdur. Qurum əməkdaşları da maşınların şəkillərini çəkib sürücülərə cərimə yazırlar. Mən demişəm, dünən də dedim. Məndən başqa bir neçə deputat da bunu qeyd etdilər ki, insanlar maşını saxlayıb supermarketə, aptekə gedir, qayıdanda cərimələndiklərini görürlər…

- Belə demək olarsa, 50 qəpiklik çörək almaq üçün maşını saxlayır, əvəzində 40 manat cərimə ödəyir.

- Tamamilə düz deyirsiniz. Taksiləri götürək, ona əl edən müştərini götürmək istəyir, yaxud saxlayır ki, müştəri düşsün, həmin dəqiqə taksini çəkirlər və cərimə yazırlar. Mən özüm bir neçə dəfə taksi xidmətindən istifadə etmişəm və maskada oturmuşam, taksi sürücüsü heç məni tanımayıb. Taksi sürücüsü ilə söhbət etmişəm, deyib ki, bəli, düzdü, ayda ən azı on dəfə mənə cərimə gəlir, bu səbəbdən də müştərini yolüstü götürə bilmirəm, çəkinirəm, problem yaranır. Təklif etdim ki, gün işığında işləyən parkomatlar gətirin və konkret qiymət qoyun ki, sürücülər istifadə etsinlər, pullarını ödəyib maşınlarını rahat saxlaya bilsinlər. Bütün inkişaf etmiş ölkələrdə bu var.

Guya BNA Bəsti Bağırova küçəsində layihə həyata keçirir. Hazırda Bəsti Bağırova ünvanındayam.

- Söhbət BNA-nın hansı layihəsindən gedir?

- BNA “parkovka” yerləri düzəltmək üçün  burada pilot layihə həyata keçirir. Burada əvvəllər təxminən 30, 35, 40 maşın saxlamaq olurdu, amma indi 10-12 maşın saxlamaq olmur. Götürüb özlərindən nəsə “icad” ediblər və trapları artırıblar. Normalda traplar 6, 7,8 metr olanda kifayətdir. Yəni bura bulvar, park deyil, bu ərazi hərəkətinin gur olduğu  yerdir. Əvvəllər burada maşınlar üçün üç zolaq vardı, bu gün cəmi bir zolaqdır. Gəlin baxın, biabırçılıqdır. Bu nə gözəllik kimi gözəllikdir, nə də bunun bir funksional rolu var. Bu sıfırdan da pisdir və daha da problem yaradır. Başqa yerlərdə də yolları daraldıb istehkamlar qoyurlar. Guya maşınlar o istehkamların aralarında saxlanılsın. Nəticəsi isə müsbət olmur, yol daralır, problemlər artır, insanlar əsəbləşir. İnsanlar qanunu pozmağa məcbur olur. Bu tamamilə bizim Bakı şəhər nəqliyyatın idarəediməsinə ziddir. Dünən konkret olaraq tələb etdim ki, Bakıda bu problemlərlə əlaqədar konseptual bir plan olsun.

- Siz çıxış yolu kimi BNA-ya konsepsiya hazırlamağı təklif eidrsiz.

- Bəli. Bu konsepsiya hazırlanmalıdır. BNA bunu hansı formada etmək istəyir? Yoxsa, pərakəndə şəkildə o küçədə, bu küçədə elə, 5 milyon orada, 1 milyon burada xərclə, belə olmaz. Bu pul hara xərclənir? Mən istəyirəm ki, bu məsələ bir dəfəlik həll olunsun. Bakıda ya ümumi şəkildə, ya da rayon-rayon plan tutmaqsaq, bu işi planlı şəkildə etməsək, bu işi görmək üçün konsepsiya olmasa heç nəyə nail ola bilmərik. Konsepsiya insanlar üçün rahatlıq yaratmaqdır. Çünki sürücülər də, piyadalar da ciddi əziyyət çəkir. Amma konsepsiya yox, plan yox. Dünən də parlamentin sədri tapşırıq verdi ki, ikinci oxunuşdan əvvəl komitə iclası keçirilsin. Biz də, BNA təmsilçiləri də o iclasa dəvət ediləcək və  biz onlarla üzbəsurət oturub onlara sual verəcəyik. Sizin fikriniz nədir? Məqsədiniz nədir? Amalınız nədir? Pul yığmaqdırsa bu başqa məsələ. İnsanları incitməyin. Sosial şəbəkələri açıb baxın, görəcəksiniz ki, ən çox tənqid olunan təşkilat BNA-dır. Heç infilyasiyanı o qədər tənqid etmirlər, nəinki  Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edirlər. BNA-dan bir nəfər də olsun razı olan adam yoxdur. Maşınları həyətin içində çəkirlər. Bir əsas məqamı da qeyd edim ki, BNA Dövlət Yol Polisinin bu sahədəki bütün funksiyalarını götürüb. İşıqforları işlətməkdən tutmuş bir sıra məsələlərə qədər ələ alıblar. Bir məqamı da deyim. Yadımdadır ki, Sovet dövrünə məktəblərin qarşısına zolaq çəkirdilər ki, şagirdlər məktəbə tam təhlükəsiz vəziyyətə gəlib gedə bilsinlər. Mən yeni tədris ili ərəfəsində şəhəri gəzdim ki, görüm məktəblərin qarşısında həmin zolaqlar varmı? Mən təxminən 100 məktəbin qarşısından keçdim, lakin 2-3-nün qarşısında zolaq gördüm qalanlarında isə yox idi. Bu sizin işinizdir. Buna görə maaş alırsız, büdcədən sizə pul ayrılır. Bəs bu nə deməkdir? Ordan pul qazanırsız, büdcədən pul götürürsüz, kəsirlə, borclarla  işləyirsiniz, amma sizin işinizin heç bir nəticəsi yoxdur.

- Sizi BNA-nın fəaliyyətində daha nələr qane etmir?

- Böyük problemlərdən biri avtobuslarla bağlıdır. Avtobuslarda insanlar ağız-ağıza gəlirlər. Avtobusları tənzimləmək lazımdır. Xaricdə sərnişin avtobus dayanacağında durur və lövhədə avtobusun gəlmə vaxtı var, camaat rahat istifadə edirlər.

Avtobuslar üçün xüsusi zolaqlar yaratdılar. Mənə elə gəlir, əllərindən gələni edirlər ki, Bakı şəhərində xaos yaransın.

- Yeri gəlmişkən, Bakıdakı dayanacqlarda da monitorlar quraşdırılmışdı, amma onlar indi yoxa çıxıb. Görəsən, o monitorlar niyə yoxa çıxarıldı?

- Mən ekspert deyiləm, o monitorlarla bağlı araşdırma aparmamışam. Amma baş verənlər onu göstərir ki, bu qurum öz işini, vəzifəsini normal səviyyədə həyata keçirə bilmir…Vətəndaş maşını yaşadığı binanın həyətdə saxlayıb evinə gedir, gəlib maşını həyətdə çəkirlər. Bilmirəm məqsəd nədir, xaos yaratmaqdı, yoxsa pul qazanmaqdır, camaatı narazı salmaqdır? Bunun başqa məntiqi yoxdur.

- Rüfət müəllim, statistikaya görə, Bakıda 600 özəl parklanma yeri var və oradan yığılan pullar barədə çox şübhəli açıqlamalar var ki, o vəsait büdcəyə daxil olmur. Bu barədə də fikrinizi bilmək maraqlıdır.

- Qanunsuz parklanma yerlərində mənşəyi bilinməyən adamlar işləyir və insanlardan qeyri-qanuni pul yığırlar. Guya o adamlar orada maşınlara baxırlar, amma onlar maşınlara baxmırlar. Hətta maşını oradan oğurlasalar onlar heç nə etməyəcəklər. Bu “parkovşik”lərin rəsmi icazəsi yoxdur, onların pul yığması qanunsuzdur. Pul götürdüsə mütləq çek verməlidir…Yaranan indiki şərait birbaşa BNA-nın siyasətinin nəticəsdir. Bax, mən bunu kəskin formada da deyirəm. Bəlkə də marağı odur ki, işlər bu şəkildə olsun ki, onun işçiləri gündə rahat 10 min yox, 20 min cərimə yazsınlar. Az rəqəm deyil. Bunların hesabına hər ay 6,7, 10 milyon pul gəlir. Necə gəlir, nə təhər gəlir? Bu çox böyük problemdir və bu problemi həll etmək üçün isə yenə də deyirəm, konseptual formada plan hazırlanmalıdır.

- Rüfət müəllim, BNA-dan lisenziya alan ictimai nəqliyyat şirkətlərinin də seçimində qeyri-şəffaflığa yol verildiyi deyilir. Bu şirkətlər necə seçilməlidir?

- Mən əlimdə olan faktlarla danışram. Yalnız onu demək istəyirəm ki, şəhərin avtobus sisteminin özündə də böyük dəyişikliklər olmalıdır. Cənab Prezidentin tapşırığı ilə yüzlərlə yeni avtobuslar alınıb. Amma bu gün soruşsanız ki, necə avtobus marşuruta çıxır, neçə çıxa bilmir və nəyə görə çıxa bilmir? Bildiyim qədər 100-ə yaxın avtobus marşuruta çıxa bilmir. Çünki bunun ehtiyat hissələri vaxtında gətirilməyib, təmir olunmayıb, bu səbəbdən də marşurut xəttinə çıxara bilmirlər, avtobus qıtlığı yaranıb. Ona görə də, normal iş getmir. Bunu deyə bilərəm…Mənim istəyim odur ki, bu sahədə problemlər həll olunsun və insanlar şikayət etməsinlər, şikayətlərin sayı azalsın.

İnanıram ki, BNA-nın rəhbərliyi planlı şəkildə bir konseptual plan hazırlayıb təqdim edəcək. Biz də həmin plana ya Milli Məclisdə, ya  İqtisadiyyat Komitəsində baxarıq, öz təkliflərimizi verərik. Azərbaycan kifayət qədər avtonəqliyyat mütəxəssisləi var. Amma BNA bu mütəxəssislərin hansını cəlb edib? Mən eşitməmişəm ki, kimisə dəvət ediblər. Burada Yol Polisindən və digər aidiyyatı təşkilatlardan mütəxəssislər olmalıdır. Yol Polisi bu sahədə çox profesionaldır, amma BNA bütün işləri özünə çəkib ki, mən idarə edəcəyəm. Nəticə də budur, şəhərdə bu sahədə xaosdur. Belə xaos olar? Büdcənin milyonları gedir, hara gedir onu bilmirik. Niyə gedir cavab vermək lazımdır…Məntiq yoxdur. Bunun sonu nədir? Sonu var? Yoxdur. Hansı məsələ həll olunub? Heç bir məsələ həll olunmayıb. Bütün məsələlər kəskinləşir…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ